Böyrək çatışmazlığı zamanı daxili orqanların vəziyyəti


Digərləri 26 Fev 2023 07:41:00 879 0

Böyrək çatışmazlığı zamanı daxili orqanların vəziyyəti

Böyrək çatışmazlığı xəstələrində aşağıdakı ümumi əlamətlər özünü göstərir: - baş ağrıları - baş gicəllənmə - süstlük - ürəkbulanma - öyümə - qusma - ödemlər - pozulmuş sidik ifrazı. Bunlardan başqa böyrək çatışmazlığı xəstənin daxili orqanlarında da bəzi patoloji əlamətlərlə özünü biruzə verir: Tənəffüs orqanları: Xəstələrdə təngnəfəslik və asidoz özünü göstərir. Ağciyərlərdə azot mübadiləsinin son məhsulları yığılır və durğunluq əmələ gəlir ki, bu da ağır dəyişikliklərə səbəb olur. Rentgenoqrammada ağciyərlərin kökündə kəpənək qanadlarına oxşayan kölgə görünür ki, bu da uremik ağciyər adlanır. Xəstəliyin ağır hallarında plevraya su yığılır, bəzi xəstələrdə pnevmoniya inkişaf edir. Ürək. Böyrək çatışmazlığı zamanı ürəyin vəziyyəti arterial təzyiqin səviyyəsindən asılı olur. Böyrək çatışmazlığı xəstələrində arterial təzyiq digər xəstəliklər zamanı baş verən təzyiqdən ağır formada olur. Bunun nəticəsində ürək əzələsinin hipertrofiyalaşması baş verir ki, bu da miokardın distrofiyası və ürək ritminin pozulmasına səbəb olur. İlk əvvəllər ürəkdöyünmə, təngnəfəslik və ürək astması baş verir. Tədricən ürək səbəbli qaraciyər böyüyür və ayaqlarda ödemlər əmələ gəlir. Belə xəstələr ən çox ürək çatışmazlığından ölürlər. Xroniki böyrək çatışmazlığı xəstələrində perikardit əmələ gəlir ki, bu da hemodializlə müalicə olunmadıqda 2-3 həftə ərzində xəstənin ölümünə səbəb olur. Mədə-bağırsaq sistemi. Xroniki böyrək çatışmazlığı xəstələrində stomatit, parotit, qastrit, enterit, kolit və uremik psevdoperitonit müşahidə olunur. Xəstələrin dili quru, üstü qəhvəyi ərplə örtülmüş olur. Ürəkbulanma, qusma, iştahsızlıq, ağızda pis qoxunun olması belə xəstələr üçün xarakterik sayılır. Sümük-oynaq sistemi. Kalsium-fosfor mübadiləsinin pozulması nəticəsində böyrək çatışmazlığı xəstələrinin sümük-oynaq sistemində ağır dəyişikliklər baş verir. D vitamininin büzüşmüş böyrəklərdə aktiv formaya keçə bilməməsi nəticəsində kalsiumun bağirsaqlardan qana sorulması prosesi pozulur. Xroniki böyrək çatışmazlığı zamanı mədə-bağırsaq sistemi vəziləri bədəndəki zəhərlənməni aradan qaldırmaq məqsədilə çoxlu miqdarda azot mübadiləsinin son məhsullarını ifraz edirlər. Bu da mədə-bağırsaq sistemi üzvlərinin selikli qişalarının zədələnməsinə səbəb olur. Sinir sistemi. Böyrək çatışmazlığı xəstələrinin sinir sistemində və psixi fəaliyyətində baş verən dəyişikliklər hıçqırma, hipotermiya, əzələdə qıcolmalar, psevdotetaniya, süstlük, yuxululuq, koma şəklində təzahür edir. Dəri. Xroniki böyrək çatışmazlığı xəstələrinin dərisinin rəngi avazımış, sarımtıl, yaxud qəhvəyi torpaq rəngində quru və elastikliyini itirmiş olur. Dərid qaşınmalar baş verir ki, bu da dəridə dırnaq cızması izlərinin olmasına səbəb olur. Bəzən dəridə müxtəlif yaralara, allergik səpgilərə rast gəlmək olur.

Böyrək səbəbli arterial təzyiq like
  • 26 Fev 07:31  
Digərləri Böyrək səbəbli arterial təzyiq

Böyrək səbəbli arterial təzyiqin olmasının tibbdə renovaskulyator arteri

arrow Ətraflı
Diabetik nefropatiya like
  • 26 Fev 07:21  
Digərləri Diabetik nefropatiya

Nefropatiya -böyrəklərin funksiyası ilə əlaqədar olan xəstəlikdir. Üm

arrow Ətraflı
Kinbek xəstəliyi like
  • 26 Fev 07:11  
Digərləri Kinbek xəstəliyi

Kinbek xəstəliyi insanın sümük toxumasının strukturunu dəyişməsi nəti

arrow Ətraflı
Böyrəkdaşı xəstəliyinin əlamətləri like
  • 26 Fev 07:01  
Digərləri Böyrəkdaşı xəstəliyinin əlamətləri

Böyrəkdaşı xəstəliyinin əsas əlamətləri aşağıdakılardır: - böyr

arrow Ətraflı
Böyrəklərin bəzi kəskin və xroniki xəstəlikəri like
  • 26 Fev 06:01  
Digərləri Böyrəklərin bəzi kəskin və xroniki xəstəlikəri

Böyrəklərin bəzi kəskin və xroniki xəstəlikəri ölümlə nəticələnə

arrow Ətraflı
Məşhur reper şeytan obrazında kamera qarşısına keçdi like
  • 26 Fev 05:31  
Şou-biznes Məşhur reper şeytan obrazında kamera qarşısına keçdi

Dünyaca məşhur reper Doca Kət yeni fotosessiyası ilə gündəm olub.

arrow Ətraflı
Uşaqlarda allergiyaya səbəb olan 8 qida like
  • 26 Fev 05:01  
Digərləri Uşaqlarda allergiyaya səbəb olan 8 qida

Mütəxəssislərin heablamaları 5 uşaqdan birində allergiyanın olduğunu qe

arrow Ətraflı
Revmatizm zamanı böyrək zədələnmələri like
  • 26 Fev 04:03  
Digərləri Revmatizm zamanı böyrək zədələnmələri

Orqanizmdə baş verən revmatik proses 5% halda böyrəklərin zədələnməsi

arrow Ətraflı
Mukoroz like
  • 26 Fev 03:03  
Digərləri Mukoroz

Mukoroz göbələklər tərəfindən törədilən infeksion xəstəlikdir. Xəst

arrow Ətraflı
Bir dövr Alen Delonla eyni kinoya çəkilən məşhurlarımıza tələb niyə azalıb? like
  • 26 Fev 02:31  
Şou-biznes Bir dövr Alen Delonla eyni kinoya çəkilən məşhurlarımıza tələb niyə azalıb?

Sovet dönəmində Azərbaycan aktyorları müttəfiq respublikaların çəkdiyi

arrow Ətraflı
Hemodializin risk faktorları like
  • 26 Fev 02:02  
Digərləri Hemodializin risk faktorları

Bəzi xəstəliklər vardır ki, onlar böyrəklərin fəaliyyətini korlayır v

arrow Ətraflı
Etdikləri səhvləri sonradan başa düşən BÜRCLƏR like
  • 26 Fev 01:31  
Digərləri Etdikləri səhvləri sonradan başa düşən BÜRCLƏR

İnsanlar bəzən etdiklərinə, bəzənsə etmədiklərinə görə peşman olur

arrow Ətraflı
Süd allergiyası like
  • 26 Fev 01:01  
Digərləri Süd allergiyası

Süd allergiyası uşaq allergiya xəstəlikləri arasında tez-tez rast gəlin�

arrow Ətraflı