Yanvarın 16da səmada qeyriadi hadisə olacaq


Digərləri 10 Yan 2025 20:59:00 62 0

Yanvarın 16da səmada qeyriadi hadisə olacaq

Yanvarın 16-da Mars planeti qarşıdurmada olacaq. Qarşıdurma zamanı Mars və Günəş Yerə görə əks istiqamətlərdə yerləşir. Bu, Marsın tam işıqlanmış və Yerə yaxın mövqelərdən birində olduğu vəziyyətdir.

Son.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.

Bildirilib ki, qarşıdurma vəziyyətində Mars tam gecə boyunca görünür. Bu mövqe Marsın həm teleskopla, həm də adi gözlə ən yaxşı müşahidə olunduğu vaxtlardan biridir. Planet daha parlaq və böyük görünür, buna görə də onun xüsusiyyətlərini öyrənmək üçün astronomlar üçün ideal şərait yaranır. Eyni zamanda, yanvarın 12-də saat 23:00-da Mars Yerə 0.642 AV (96.079 milyon km) yaxın məsafədə olacaq. Hər Mars yaxınlaşması bir neçə gün fərqlə, demək olar ki, eyni vaxtda baş verən bir qarşıdurma ilə müşayiət olunur. Bu gecikmə Mars orbitinin nəzərəçarpacaq dərəcədə elliptik olması ilə əlaqədardır. Bu dəfə Mars Yerə yaxın mövqedə olanda onun görünən bucaq ölçüsü 14.6" (bucaq saniyəsi), parlaqlığı isə -1.4m ulduz ölçüsünə çatacaq. Başqa sözlə, adi gözlə görünən ən zəif ulduzdan təxminən 900 dəfə parlaq olacaq.

Bakıdan Mars bütün gecə ərzində təxminən saat 18:30-dan saat 07:41-ə kimi görünəcək. Saat 01:14-də Mars göy meridianını keçəcək və həmin an üfüqdən 74° hündürlükdə olacaq.

Marsın ən böyük qarşıdurması Yerlə Marsın bir-birinə ən yaxın olduğu və Marsın göydə mümkün olan ən böyük parlaqlığa və bucaq ölçüsünə çatdığı hadisədir. Bu fenomen Marsın elliptik orbitinin təsiri ilə əlaqədardır, çünki Mars orbitində Günəşə nisbətən fərqli məsafələrdə hərəkət edir. Marsın ən böyük qarşıdurması təxminən 15-17 ildə bir dəfə baş verir. Bu, Mars Günəşə ən yaxın nöqtəsində - perihelidə olduğu zaman və Yer Marsa mümkün qədər yaxın olduqda baş verir. Belə hadisələrdə Mars ilə Yer arasındakı məsafə təxminən 0.37 AV (55 milyon kilometrə yaxın) olur.

Ən böyük qarşıdurma zamanı Marsın bucaq ölçüsü təxminən 25.1"-yə qədər artır və bu, adi qarşıdurmalarda olduğundan daha böyükdür. Parlaqlığı -2.9m ulduz ölçüsünə qədər yüksəlir ki, bu halda Mars Veneradan sonra gecə səmasında ən parlaq obyekt olur. Marsın səthindəki əsas detallar, məsələn, qütb papaqları, səhralar və albedo xüsusiyyətləri teleskop vasitəsilə aydın görünə bilər.

Marsın son dövrlərdə bir neçə böyük qarşıdurma hadisəsi baş verib:

* 2003-cü il 27 avqust: Mars Yerdən cəmi 55.7 milyon kilometr məsafədə olub. Bu, son 60 000 ilin ən yaxın qarşıdurması idi. Marsın bucaq ölçüsü təxminən 25.1" olmuşdu və bu hadisə böyük müşahidə kampaniyaları ilə müşayiət edilmişdi.

* 2018-ci il 27 iyul: Bu zaman Mars cəmi 57.6 milyon kilometr məsafədə olub.

Növbəti böyük qarşıdurmanın 15 sentyabr 2035-ci ildə baş verəcəyi gözlənilir. Bu zaman Mars Yerdən təxminən 56 milyon kilometr məsafədə olacaq.

Xalq artisti geyimlərindən ibarət "Muzey" açacaq  VİDEO like
  • 10 Yan 20:52  
Şou-biznes Xalq artisti geyimlərindən ibarət "Muzey" açacaq VİDEO

Xalq artisti Aygün Kazımova geyimlərindən danışıb.

arrow Ətraflı
Ən insafsız BÜRCLƏR like
  • 10 Yan 20:45  
Digərləri Ən insafsız BÜRCLƏR

Müxtəlif  həyat şərtlərinə görə hətta ən güclü insana da acımaq l

arrow Ətraflı
Vahid Ələkbərovun oğluna like
  • 10 Yan 20:44  
Dünya Vahid Ələkbərovun oğluna

ABŞ Azərbaycan əsilli rusiyalı iş adamı, LUKOİL şirkətinin keçmiş pre

arrow Ətraflı
Özündən 30 yaş kiçik sevgilisindən uşağı oldu  FOTO like
  • 10 Yan 20:38  
Şou-biznes Özündən 30 yaş kiçik sevgilisindən uşağı oldu FOTO

Fransız aktyor Vensan Kassel dördüncü dəfə ata olub.

arrow Ətraflı
36 yaşlı hakim niyə qəfil öldü?  FOTO like
  • 10 Yan 20:35  
Digərləri 36 yaşlı hakim niyə qəfil öldü? FOTO

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Qax Rayon Məhkəməsinin

arrow Ətraflı
Bakıda parkda süpürgəçi öldü like
  • 10 Yan 20:22  
Digərləri Bakıda parkda süpürgəçi öldü

Bakıda təmizlik işçisi parkda ölüb.

arrow Ətraflı
"Həmin əməliyyatlara 60 minlik şəxsi heyət cəlb etmişik" like
  • 10 Yan 20:19  
Dünya "Həmin əməliyyatlara 60 minlik şəxsi heyət cəlb etmişik"

"Ukrayna ordusunun Kursk istiqamətindəki hərbi əməliyyatlarına 60 min

arrow Ətraflı
Aktyoru insan alverçiləri qaçırıb?  FOTO like
  • 10 Yan 20:12  
Şou-biznes Aktyoru insan alverçiləri qaçırıb? FOTO

Keçən həftə Tailand-Myanma sərhədində itən 22 yaşlı çinli aktyor Vanq

arrow Ətraflı
“Kül onun başına...” efirdə ƏSƏBİLƏŞDİ  VİDEO like
  • 10 Yan 19:52  
Şou-biznes “Kül onun başına...” efirdə ƏSƏBİLƏŞDİ VİDEO

Müğənni Niyam Salami qalmaqallı açıqlamalar verib.

arrow Ətraflı
Məşhur polkovnikə yeni vəzifə verildi like
  • 10 Yan 19:50  
Digərləri Məşhur polkovnikə yeni vəzifə verildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətin

arrow Ətraflı
Bu sexin şirniyyatlarını qəti almayın  FOTO like
  • 10 Yan 19:45  
Digərləri Bu sexin şirniyyatlarını qəti almayın FOTO

Naxçıvanda fəaliyyət göstərən "Azcake" MMC-nin un məmulatları istehsal�

arrow Ətraflı
"Səninlə nəfəs alıram"  VİDEO like
  • 10 Yan 19:25  
Şou-biznes "Səninlə nəfəs alıram" VİDEO

Müğənni Emil Bədəlov qızı Səadətin 12 yaşı tamam olduğunu bildirib.�

arrow Ətraflı
5 xarici şirkətin quş əti məhsullarının gətirilməsinə like
  • 10 Yan 19:24  
Digərləri 5 xarici şirkətin quş əti məhsullarının gətirilməsinə

Azərbaycana beş xarici şirkətin quş əti məhsullarının gətirilməsinə

arrow Ətraflı
Polis əməliyyatlar keçirdi  Çox sayda saxlanılan var  FOTO like
  • 10 Yan 19:19  
Kriminal Polis əməliyyatlar keçirdi Çox sayda saxlanılan var FOTO

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son bir-neçə g�

arrow Ətraflı
Dilarə Əliyeva onu görüb hönkürhönkür AĞLADI  VİDEO like
  • 10 Yan 18:56  
Şou-biznes Dilarə Əliyeva onu görüb hönkürhönkür AĞLADI VİDEO

"5 Üz" verilişinin növbəti qonağı Əməkdar artist Dilarə Əliy

arrow Ətraflı