Mənzil almaq istəyənlərə şad xəbər
Digərləri 11 Yan 2025 00:19:00 58 0
Mənzil bazarında hissəli satış prosesi canlanacaq.
Son.az Xəzər TV-yə istinadən bildirir ki, "Vergi Məcəlləsinə" edilən son dəyişikliklərdən biri də tikinti ilə məşğul olan sahibkarların vergi yükünün azaldılması ilə bağlıdır. Yeni dəyişiklik inşaat şirkətlərinin mənfəət vergisi üzrə yükünün azalmasına imkan verəcək.
Əmlak məsələləri üzrə ekspert Firdovsi Xəlilov deyir ki, yeni qaydalara əsasən, vergi yalnız mənzilin mənfəət hissəsi sahibkara ödənildikdən sonra tutulacaq. Əvvəl isə xüsusən hissəli satışla satılan mənzillərdə ilkin ödəniş maya dəyərinə aid edilsə də, mənfəət vergisi bu məbləğdən çıxılırdı.
Eskpertin sözlərinə görə, Vergi Məcəlləsinə edilən dəyişiklik sahibkarların yeni tikili binalarda hissəli satış üçün marağını artıracaq ki, bu da sözügedən mənzilin vətəndaş üçün əlçatanlığına səbəb olacaq.
Firdovsi Xəlilov əlavə edib ki, yeni tikili binalarda mənzillərin ucuzlaşmasına səbəb ola biləcək amillərdən biri təklifin artmasıdır. Bunun üçün isə bina layihələrinin müvafiq icazə sənədləri vaxtında təsdiqlənməlidir.
Ekspert qeyd edib ki, bundan başqa, sahibkarlara güzəştli kreditlərin aşağı faizlə verilməsi, tikinti materiallarının ucuzlaşması kimi amillər yeni tikili binalarda mənzillərin aşağı qiymətlə təklif edilməsinə səbəb ola bilər.
Son.az
Tanınmış aktrisa Selin Demiratar uzun müddət sonra görüntülənib.
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
"Mən ayılanda təyyarənin içində başıaşağı idim".
Azərbaycanda 55 yaşlı qadının 32 il sonra övladı olub.
Kənar müdaxilə nəticəsində Aktauda qəzaya uğrayan Azərbaycan təyyarəs
Türkiyənin "Anadolu Agentliyi"nin ştatdankənar operatoru 25 yaşl�
ABŞ Venesuelanın yeni seçilmiş prezidenti Nikolas Maduronun həbsi ilə bağ
İsrailin Baş naziri Binyamin Netanyahu gələcəkdə ölkəsinə qarşı istə
Xəbər verdiyimiz kimi, Xalq artisti Ofeliya Sənani bir müddət əvvəl xəst
Polis Sabunçu rayonunda quldurluq etməkdə şübhəli bilinən 2 nəfəri saxl
Dizayner Aynur Xəlilovanın yutubda yayımlanan "Hərşeyşünas" pod
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa İttifaq�
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Aişə Axundo