Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü
Kriminal 10 Yan 2025 23:29:00 80 0
Kənar müdaxilə nəticəsində Aktauda qəzaya uğrayan Azərbaycan təyyarəsinin həlak olan ekipaj üzvləri - pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov, bələdçi Hökumə Əliyevaya "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Bu xəbəri də oxu: Polis əməliyyatlar keçirdi Çox sayda saxlanılan var FOTO
Qanunvericiliyə əsasən, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə və onların ailə üzvlərinə dövlət qayğısını artırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.
Son.az xəbər verir ki, Modern.az Milli Qəhrəmanların ailələrinə təqaüd təyin edilib-edilmədiyini öyrənmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlayıb.
Sorğuya cavab olaraq bildirilib ki, nazirlik tərəfindən Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilmiş Hökumə Cəlil qızı Əliyevanın, İqor İvanoviç Kşnyakinin, Aleksandr Georgiyeviç Kalyaninovun ailə üzvlərinə proaktiv qaydada Milli Qəhrəmanların ailələri üçün nəzərdə tutulan aylıq təqaüdün (1800 manat) təyinatı aparılıb.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları"na məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstanın Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub, hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb. Son.az
Türkiyənin "Anadolu Agentliyi"nin ştatdankənar operatoru 25 yaşl�
ABŞ Venesuelanın yeni seçilmiş prezidenti Nikolas Maduronun həbsi ilə bağ
İsrailin Baş naziri Binyamin Netanyahu gələcəkdə ölkəsinə qarşı istə
Xəbər verdiyimiz kimi, Xalq artisti Ofeliya Sənani bir müddət əvvəl xəst
Polis Sabunçu rayonunda quldurluq etməkdə şübhəli bilinən 2 nəfəri saxl
Dizayner Aynur Xəlilovanın yutubda yayımlanan "Hərşeyşünas" pod
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa İttifaq�
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Aişə Axundo
Aparıcı Tarix Əliyev (Tolik) bacısı Fatimə ilə bağlı açıqlamalar veri
Əxlaqsızlığın təbliğinə qarşı polis tərəfindən həyata keçirilən
Türkiyədə məşhurların çalışdığı "D İletişim" şirkəti i
Daşkəsən rayonunun sabiq icra başçısı Əhəd Abıyev yenidən aktiv idman