Uşaqlarda allergiyaya səbəb olan 8 qida
Digərləri 26 Fev 2023 05:01:00 310 0
Mütəxəssislərin heablamaları 5 uşaqdan birində allergiyanın olduğunu qeyd edir. Allergiyanın əmələ gəlməsinə səbəb olan amillərdən biri də uşaqların düzgün qidalanmamasıdır. Sizlərə uşaqlarda allergiyaya səbəb olan 8 qida növünün adını təqdim edirik. Bu siyahı allergiya uzmanı professor-doktor Yonca Nuhoğlunun analara təqdim etmək istədiyi qida maddəsidir: 1. Şiriniyyatlar. Tərkibindəki qatqı və marqarin yağları, müxtəlif rənglər şirniyyatları dadlı etməsinə baxmayaraq uşaqlarda mədə-bağırsaq problemləri və allergiya yarada bilir. 2. Acı, ədviyyatlı və istiotlu qidalar. Acı, istiotlu və ədviyyatlı qidalar azyaşlı uşaqlar üçün gizli təhlükə mənbəyi sayılır. Qırmızı bibər qatılmış souslu qidalar və çərəzlər uşaqlar üçün əsil təhlükə mənbəyi hesab edilir. 3. Bal. Bal təbiətdən gələn ən gözəl nemətlərdən hesab edilsə də, uşaqlarda allergiyaya səbəb ola biləcək qidalar sırasındadır. 4. Ketçup. Pomidor uşaqların ən çox sevdiyi tərəvəzlərdəndir. Təbii yollarla bostanda yetişdirilmiş pomidorun heç kimə zərəri dəyməz. Amma marketlərdə satılan ketçup və pomidor sousları müxtəlif qatqılardan hazırlandığı üçün uşaqlarda allergiyaya səbəb olur. 5. Mayonez. Mayonez tərkibində olan yağlar sayəsində mədənin fəaliyyətini ləngidir. Bu ən çox allergik astmalı xəstələrdə patologiyaların artmasına səbəb ola bilir. Mayonezlər azyaşlı uşaqların qidasında tez-tez yer aldıqda allergiyanın baş verməsinə səbəb olur. 6. Çipsı. Çox miqdar yağ və kaloriyə malik çipslər uşaqlarda allergiyaya səbəb olan qidaların siyahısında ön sıralardan birində durur. Çipsi uşaqlarda həm piylənməyə, həm də allergik astmaya səbəb olur. 7. Marqarin. Marqarin və bəzi bitki tərkibli yağların uşaq qidalarında həddindən artıq istifadəsi allergiyanın baş verməsinə səbəb olan amillərdən biri hesab edilir. 8. Şokolad. Uşaqlarım dadbilmə qabiliyyəti çox tez inkişaf edir və bu səsəbdən onlar dadlı qidalara qarşı daha çox meyilli olurlar. Bu cür qidalardan biri də şokoladdır. Şokoladın tərkibində insanın əhval-ruhiyyəsini yüksəldən endorfin var. Buna görə də əksər insanlar şokoladı çox sevir. Normasında qəbulu uşaqlar üçün faydalı sayılsa da, şokoladdan çox istifadə edən uşaqlarda allergiya əmələ gəlir.
Bu xəbəri də oxu: Şəkil çəkdirmək istədilər, dənizə düşdülər
Orqanizmdə baş verən revmatik proses 5% halda böyrəklərin zədələnməsi
Sovet dönəmində Azərbaycan aktyorları müttəfiq respublikaların çəkdiyi
Bəzi xəstəliklər vardır ki, onlar böyrəklərin fəaliyyətini korlayır v
İnsanlar bəzən etdiklərinə, bəzənsə etmədiklərinə görə peşman olur
Son.az Kulis.az-a istinadən Milli Qəhrəman, kəşfiyyatçı baş leytenant V�
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" səhifəs
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
İki ölkə arasında dialoq davam edərkən, Yunanıstan xarici işlər nazirin
Stilist Kristin Nikolson insanların ən çox iyrəndiyi qarderob əşyalarını