Xroniki böyrək çatışmzlığı
Digərləri 26 Fev 2023 08:05:00 306 0
Xroniki böyrək çatışmazlığı simptomokompleks olub, hemostazın pozulması ilə meydana çıxan, nefronların durmadan məhvinə səbəb olan, xroniki, ikitərəfli böyrək xəstəlikləri nəticəsində baş verən, böyrəklərin funksiyasının uzun müddətli, proqressiv pozulmasıdır. Bununla belə böyrəklər müxtəlif metobolitlərin ekskresiyası, su-duz, qələvi-turşu, osmotik hemostazın sabitliyini təmin etməkdə böytük kompensator imkanlara malikdir. Hətta 50% nefronların məhvi adətən simptomsuz keçir və heç bir əlamət vermir. Dünya Səhiyyə Təşkilatı böyrək çatışmazlığı xəstələrinin günü-gündən artdığını bildirir. Xroniki böyrək çatışmazlığının 3 mərhələsi ayırd edilir I mərhələ - Bu zaman böyrək çatışmazlığının əlamətləri müşahidə edilmir, amma böyrək zədələnməsi əlamətləri ön planda diqqəti cəlb edir. Bu əlamətlərə aiddir: - nefrotik sindrom - tubulyar sindrom - sidik sindromu - arterial təzyiqin yüksəlməsi - proteinuriya - ödemlər. II mərhələ - Bu mərhələ böyrək çatışmazlığı simptomlarının müxtəlif kombinasiyası və onun dərəcəsi ilə müşahidə olunur. Bu mərhələdə birinci mərhələnin simptomlarına uremiya simptomu əlavə olunur. III mərhələ - Bu mərhələ son mərhələ hesab olunmaqla böyrəklərin ən ağır vəziyyəti hesab edilir. Bu zaman əgər dializ müalicəsi başlamasa, uremik intoksikasiyanın ağır təzahürləri meydana çıxır. Böyrək çatışmazlığının əmələ gəlməsinin əsas səbəbləri aşağıdakılardır: Böyrək yumaqcıqlarının zədələnməsi ilə keçən xəstəliklər - xroniki qlomerulonefrit - yarımkəskin qlomerulonefrit - pielonefrit - intersistal nefrit. Böyrəklərin zədələnməsi ilə keçən birləşdirici toxumanın diffuz xəstəlikləri - qırmızı qurd eşənəyi - sistem sklerodermiya - düyünlü periarterit - hemoragik vaskulit Mübadilə pozğunluğu xəstəlikləri - şəkərli diabet - amiloidoz - podaqra - sistinoz - hiperkalsinuriya böyrəklərin anadangəlmə, irsi xəstəlikləri - böyrək polikistozu - diffuz mezangial nefroskleroz - nefropatiya ilə keçən skletin anadangəlmə xəstəlikləri Damarların birincili zədələnmsi - bədxassəli hipertoniya xəstəliyi - esensial hipertoniya Obstuktiv nefropatiyalar - böyrəkdaşı xəstəliyi - hidronefroz - sidik-cinsiyyət sisteminin şişləri.
Bu xəbəri də oxu: Sərnişinin halı pisləşdi təyyarə Bakıya
Böyrək çatışmazlığı xəstələrində aşağıdakı ümumi əlamətlər �
Böyrək səbəbli arterial təzyiqin olmasının tibbdə renovaskulyator arteri
Nefropatiya -böyrəklərin funksiyası ilə əlaqədar olan xəstəlikdir. Üm
Böyrəkdaşı xəstəliyinin əsas əlamətləri aşağıdakılardır: - böyr
Böyrəklərin bəzi kəskin və xroniki xəstəlikəri ölümlə nəticələnə
Dünyaca məşhur reper Doca Kət yeni fotosessiyası ilə gündəm olub.
Mütəxəssislərin heablamaları 5 uşaqdan birində allergiyanın olduğunu qe
Orqanizmdə baş verən revmatik proses 5% halda böyrəklərin zədələnməsi
Sovet dönəmində Azərbaycan aktyorları müttəfiq respublikaların çəkdiyi