Renoparenximatoz hipertoniya
Digərləri 26 Fev 2023 08:51:00 1630 0
Arterial təzyiqin əmələ gəlmə səbəblərindən biri böyrək parenximasının xroniki xəstəlikləridir. Arterial təzyiqin əmələ gəlməsində 50-70% böyrək xəstəliklərinin ikitərəfli zədələnmələrini səbəb olduğu söylənilir. Təzyiqin yüksəlməsinə səbəb olan böyrək xəstəlikləri aşağıdakılardır: İkitərəfli xəstəliklər: - birincili qlimerulonefrit - birləşdirici toxumanın sistem xəstəlikləri - vaskulitlər - diabetik nefropatiya - böyrəklərin polikistozu - analgetik nefropatiya - intersistal nefrit. Birtərəfli xəstəliklər: - polinefrit - reflyuks nefropatiya - seqmentar hipoplaziya - potobstuktiv böyrək - renin ifraz edən şiş - hidronefroz - böyrək vərəmi - böyrəyin tək nəhəng kistası - böyrəyin bədxassəli şişi - böyrəyin travması. Fəaliyyətdə olan nefronların kəskin azalması zədələnmiş böyrəyin su və natrium funksiyasını pozur. Nəticədə hipervolemiya inkişaf edir, ürək vurğusu yüksəlir ki, bu da təzyiqin artmasına səbəb olur. Sonralar arterial təzyiq damarların müqavimətinin artması nəticəsində sabitləşir, damar müqavimətinin artım mexanizmi renin-angiotenzin sistemin aktivliyindən asılı olur. Bu zaman xəstələrdə şişkinlik, oliqouriya, proteinouriya, hematuriya ilə yanaşı arterial təzyiq də yüksəlir. Böyrəklərdəki patoloji proseslər davam etdikcə təzyiq bədxassəli şəkil alır. Xroniki pielonefrit zamanı təzyiq nefroskleroz inkişaf etdikdə böyrək parenximasının kütləsi getdikcə azalır. Patoloji proses çox zaman ikitərəfli olur. Bu zaman xəstənin sifətində şişkinlik, titrətmə, dizuriya, oliqouriya, sidikdə qan və iltihab əlamətləri də qeyd olunur. Anamnez zamanı xəstənin sidik yollarında da obstruktiv dəyişikliklər meydana çıxır. Böyrəklərin polikistozu zamanı arterial təzyiq nefroskleroza, işemiyaya səbəb olur. Xəstəliyə diaqnozun qoyumasında bir çox laborator müayinə üsullarının nəticələrinin olması vacibdir: - sidiyin bakterioloji analizi - sidiyin ümumi analizləri - qanda kreatinin - qanda sidik cövhərinin təyini - qan elektrolitləri - qan albumini - sutkalıq sidikdə zülalın miqdarı - sutkalıq sidikdə kreatinin miqdarı - ehtiyac olduqda böyrəklərin biopsiyası. Digər bəzi müayinələrin də olunması xəstəliyə diaqnozun qoyulmasında mühüm sayılır: - sidik yollarının infeksiyaları - nefrotoksik preparatların tətbiqi - şəkərli diabet - proteinouriya - eritositar slindirlər - periorbital şişlər - anemiya.
Bu xəbəri də oxu: Validenylər DİQQƏT: Yerdəyişmə başladı
Sidik yollarının infeksiyası geniş yayılmış bakterial infeksiya olub ümu
Böyrəklər insanın strukturca ən mürəkkəb və funksiyasına görə ən ə
Diz ağrılarından şikayət edənlərin sayı günü-gündən artmaqdadır. Di
Xroniki qlomerulonefrit geniş yayılmış böyrək xəstəliklərindəndir. Bu
Müasir günümüzdə əhalinin əksər hissəsinin böyrəklərlə bağlı prob
Xroniki böyrək çatışmazlığı simptomokompleks olub, hemostazın pozulmas�
Böyrək çatışmazlığı xəstələrində aşağıdakı ümumi əlamətlər �
Böyrək səbəbli arterial təzyiqin olmasının tibbdə renovaskulyator arteri
Nefropatiya -böyrəklərin funksiyası ilə əlaqədar olan xəstəlikdir. Üm