Rəcət nədir?
Digərləri 11 Fev 2023 23:10:00 305 0
"Rəcət" lüğətdə "qayıtmaq", dini terminologiyada isə "insanların öldükdən sonra bu dünyaya və qiyamətdən öncə qayıtması" mənasınadır. Bu, imam Zamanın (ə) ümumbəşəri hərəkatı zamanı baş verəcəkdir. Bu müddəanın nə əql ilə ziddiyyəti var, nə də vəhy məntiqi ilə.
Bu xəbəri də oxu: Çətin günlər geridə qaldı 2025 bu bürclərin ili olacaq
İslam dini, eləcə də digər ilahi dinlərə görə insanın cövhərini və əsasını mücərrəd ruh təşkil edir. Ona nəfs də deyilir. Bədən çürüdükdən, fani olub aradan getdikdən sonra ruh qalır və öz əbədi həyatını davam etdirir. Digər tərəfdən, böyük Allah mütləq qüdrət sahibidir və heç bir maneə Onun qüdrətini məhdudlaşdıra bilməz. Qeyd etdiyimiz bu iki müqəddimədən rəcət məsələsinin əqli baxımdan mümkünlüyü aydın olur. Müəyyən qədər təfəkkür etməklə məlum olur ki, insanlardan bir qrupunun həyata qaytarılması onların ilkin yaradılışından qat-qat asandır. Deməli, insanları ilk dəfə yaradan Allah, şübhəsiz, onları yenidən qaytarmağa da qadirdir. Vəhy məntiqi əsasında rəcətin nümunələri keçmiş ümmət-lərdə mövcud olmuşdur. Quran bu barədə buyurur:
وَاِذْ قُلْتُمْ يَا مُوسَي لَن نُّؤْمِنَ لَكَ حَتَّي نَرَي اللَّهَ جَهْرَةً فَاَخَذَتْكُمُ الصَّاعِقَةُ وَاَنتُمْ تَنظُرُونَ ثُمَّ بَعَثْنَاكُمْ مِنْ بَعْدِ مَوْتِكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ
"Yada salın o zamanı ki, siz (yəhudilər) dediniz: Ey Musa, biz böyük Allahı aşkar şəkildə görməyincə sənə iman gətirməyəcəyik. Beləliklə, gözünüz baxa-baxa sizi ildırım vurdu. Sonra sizi, öldüyünüzdən sonra diriltdik ki, bəlkə şükr edəsiniz." (əl-Bəqərə, 55-56)
Digər bir ayədə Hz.İsanın (ə) dilindən buyurulur: وَ اُحْيِ الْمَوْتَي بِاِذْنِ اللّهِ "Ölüləri Allahın izni ilə dirildirəm." (Ali-İmran 49)
14Qurani-Kərim təkcə rəcətin mümkünlüyünü deyil, o cümlədən, bəzi insanların (qiyamətdən öncə) öldükdən sonar yenidən həyata qayıtmalarını da təsdiq edir. Buna Quranın aşağıda qeyd edəcəyimiz iki ayəsi işarə edir:
وَاِذَا وَقَعَ الْقَوْلُ عَلَيْهِمْ اَخْرَجْنَا لَهُمْ دَابَّةً مِنَ الْاَرْضِ تُكَلِّمُهُمْ اَنَّ النَّاسَ كَانُوا بِآيَاتِنَا لَا يُوقِنُونَ وَيَوْمَ نَحْشُرُ مِن كُلِّ اُمَّةٍ فَوْجًا مِمَّن يُكَذِّبُ بِآيَاتِنَا فَهُمْ يُوزَعُون
Onlara verilən əzab vədi yerinə yetdikdə onlar üçün yerdən bir canlı çıxardarıq ki, yer əhli ilə danışsın. Çünki insanlar Bizim ayələrimizə yəqinlik tapmırlar. Hər bir ümmətdən Bizim ayələrimizi təkzib və inkar edən dəstələri toplayacağımız o gün, onlar bir yerdə cəm edilər və tutulub saxlanılar. (Nəml 82-83)
Rəcət məsələsini bu iki şərif ayə əsasında isbat etmək üçün yaxşı olar ki, aşağıda qeyd edəcəyimiz məsələyə də diqqət yetirək:
1-İslam müfəssirlərinin inancına görə bu iki ayə qiyamətlə əlaqədar məsələni bəyan edir. Birinci ayədə qiyamətdən öncə baş verən hadisələrə işarə edilir. Belə ki, Cəlaləddin Süyuti özünün "Əd-dürrül Mənsur" adlı təfsirində ibni Əbi Şeybədən, o da Hüzeyfədən nəql edir ki, (ayədəki) "xürucul-dabbə" (yərdən canlının çıxması) qiyamətdən öncə baş verən hadisələrdir.( Əd-Dürrül Mənsur,c.5, səh.77, Nəm surəsinin 82-ci ayəsinin təfsirində)
2-Şübhəsiz, qiyamət günündə ümmətin arasındanmüəyyən bir qrup deyil, bütün insanlar dirildiləcəkdir. Quran qiyamətdə bütün insanların dirildilib məhşər səhnəsinə gətiriləcəyi barədə belə buyurur:
ذلِكَ يَوْمٌ مَحْمُوعٌ لَهُ النَّاسُ
"O (Qiyamət) elə bir gündür ki, bütün insanlar bir yerə toplanar." (Hud 103, Əd-Dürrül Mənsur, c.3, səh. 349)
Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Suriyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1408 nəfərə
Hansı qidaların birləşməsi təhlükəlidir?
Şimali Koreya lideri həyat yoldaşı və qızı ilə birlikdə Pxenyanın hər
Әhli-sünnə məzhəblərinin tutarlı sənəd hesab etdikləri hədisin ("
Ukrayna Prezidenti Volodimir Zelenski türk xalqına dərin hüznlə başsağlı
Hal hazırda kolbasa məhsullarının istehsalı zamanı onlarla müxtəlif kimy
Hatayın Antakya rayonunda zəlzələdə dağıntılar altında qalan 19 yaşlı
Biz inanırıq ki, İlahi mərifəti barəsində olan məsələlərin ən əhəm
Bədənimiz çox ağıllı və mürəkkəb mexanizmdir. O, daim keşikdədir, ra
Azərbaycanın Ankaradakı səfirliyi Türkiyənin zəlzələdən zərər çəkm
"Malatyada azərbaycanlı tələbələrlə bağlı axtarış-xilasetmə iş
Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl qəsəbələrində yaşaya