Güneylilər də Türkiyəyə yardım üçün səfərbər oldu
Digərləri 10 Fev 2023 08:51:00 317 0
Türkiyədə baş verən zəlzələyə yardım etmək məqsədi ilə Güney Azərbaycanda yaşayan soydaşlarımız da səfərbər olub. Onlardan bəziləri İğdıra gələrək qan vermək istəyir. Bunun üçün nə etmək lazım olduğunu soruşur. Bir çoxu isə xilasetmə işlərinə qoşulub.
Bu xəbəri də oxu: Düşmənləri təlaşa salan təyyarə Türkiyənin seçiminin əsas səbəbləri
Son.az bildirir ki, bu barədə axar.az-a Güney Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Camal Mehmetxanoğlu deyib.
O, mərkəzin başlatdığı yardım kampaniyasından da söz açıb:
"Mərkəzimizin başlatdığı yardım kampaniyasında soydaşlarımızın aktiv rol oynayacağına əminəm. Bu, Türkiyədə Güney Azərbaycan türkləri haqqında bilginin artması üçün də önəmlidir. Çünki bəzi insanlar İranda 40 milyona yaxın türkün olmasından və azadlıq uğrunda başlatdıqları mübarizədən xəbərsizdir. Soydaşlıq borcumuzu ödəməklə yanaşı, adımızın da yaxşı mənada tanınmasına nail ola bilərik".
Mehmetxanoğlu gün ərzində Güney azərbaycanlılardan dəstək mesajları aldığını da diqqətə çatdırıb:
"Kampaniyaya qoşulan soydaşlarımız hansı ehtiyacın qarşılanmasının daha vacib olduğunu soruşur. Biz də əlimizdən gəldiyi qədər onları istiqamətləndiririk. Yardıma qoşulanlar arasında İzmirdə yaşayan təbrizli dostlarımız var. Onlar hər cür maddi və mənəvi dəstəyini əsirgəmir".
Mərkəz rəhbəri bildirib ki, yardım kampaniyasına qoşulmaq istəyənlər 0090533 2714949 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
"Zəlzələyə məruz qalan bütün vilayətlərimizdə mövcud olan binala
Episentri Kahramanmaraş olan güclü zəlzələdən artıq dörd gün keçib. B
Bu gün Rusiya sülhməramlılarına məxsus bir mülki minik avtomobili Laçın
Novosibirskdə beşmərtəbəli binada qaz partlayışı nəticəsində ölənl�
Münaqişə baş verərsə, bunun üçün lazım olan bütün vasitələr tətbi
Həbsdəki generalın vəkili danışdı: "Mən belə məsələlərə qarı
ABŞ administrasiyası Türkiyə və Suriyadakı zəlzələlərdən sonra humani
Tikintidə təhlükəsizlik üzrə mütəxəssislər deyir ki, əsas risk qrupun
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba
Əvvəl Brüsselə, sonra Berlinə səfər etmiş Ermənistanın xarici işlər
ATƏT-in Baş katibi Helqa Mariya Şmid Türkiyəyə zəlzələ zamanı çoxsayl
İş adamı, əslən azərbaycanlı olan Rusiya vətəndaşı Hatayada baş ver�
Sosial şəbəkə üzərindən yaradılan Güney Azərbaycan qrupunun üzvləri