Şiə sözünün mənası və yaranma tarixi


Digərləri 09 Fev 2023 23:50:00 363 0

Şiə sözünün mənası və yaranma tarixi

Şiə sözünün mənası lüğət kitablarında tabe, ardıcıl kimi göstərilmişdir.

Әrəb dilində "şiətur-rəcul" sözü deyildikdə, o kişinin arxasıyca gedən, ona tabe olan mənası nəzərdə tutulur. Məşhur Әhli-sünnə lüğət və ədəbiyyatçıları Firuzabadi "Qamusul-lüğət" və İbni-Әsir "Nihayətul-lüğət" kitabında şiə sözünün mənası haqda belə yazırlar: "Həqiqətən bu ad (şiə) Әli (ə)-ı və onun Әhli-beytini sevənlərə şamil olurdu. Daha sonra bu ad onrlar üçün xüsusiləşdi". Şiə məzhəbi ardıcılları Әli (ə)-ın tabeləri olduqları üçün onlara aid edilən bu ad sonradan xüsusiləşdi. Belə bir sual ortaya çıxır: Nə üçün bu məzhəb Həzrət Məhəmmədin (s) ümməti kimi müsəlman deyil, sonradan qondarılmış şiə adını daşıyır? Cavab: 1.Biz insanlar yalnız və yalnız öz yaradanımıza baş əyir, Ona itaət edirik. Allahdan başqa heç bir kəsin əmrinə itaət etmək bizim vəzifəmiz deyildir. Fiziki və ya mənəvi gücündən asılı olmayaraq, kimsənin bizlərə göstəriş vermək hüququ yoxdur. Lakin əmr və itaət sahibi olan Allah-taala bizlərə müəyyən bir şəxsə itaət etməyi əmr edərsə, bu şəxsin itaəti bizim üçün vacib sayılır. Bu şəxsin itaəti, onun əmrlərinə tabe olmaq bilavasitə Allah-taalanın əmrinə itaət etmək deməkdir. Allah-taala bəşəriyyətin atası Adəmi yaratdıqdan sonra bütün mələklərə onun qarşısında səcdə etməyi əmr etdi. Bu səcdə Allahın Öz icazəsi və əmri ilə olduğu üçün sözsüz ki, Allah-taalanın Özünə səcdə hesab olunur. Uca və əzəmətli Allah bizlərin hidayəti üçün həzrət Məhəmmədi (s) peyğəmbərlik məqamına təyin etdi. O həzrətin bütün əmrlərinə itaət etməyi bizlərə əmr etdi. Allah Rəsulunun əmrlərinə itaət etmək heç də Allahdan qeyrisinə itaət etmək sayılmır. Bu itaət bilavasitə Allah qarşısında baş əymək, Onun əmrlərinə tabe olmaqdır. Necə ki, "Nisa" surəsinin 80-cı ayəsində buyurulur: "Hər kəs peyğəmbərə itaət edərsə, Allaha itaət etmişdir". Bu məntiqlə həzrət Peyğəmbər (s) müsəlmanlara müəyyən bir şəxsin itaətini əmr edərsə, bu itaət bütün müsəlmanlara vacib olur. Bu şəxsin itaəti Peyğəmbərin (s) itaəti və bilavasitə Allah-taalanın itaəti sayılır. Biz gələcək bəhslərimizdə isbat edəcəyik ki, Allahın Rəsulu bütün müsəlmanlara özündən sonra Әli (ə)-a itaət etməyi vacib buyurmuşdur. Deməli, əgər Әli (ə)-ın itaəti Peyğəmbərin (s) əmri və göstərişidirsə, onun ardıcılı (şiə) olmaq Peyğəmbər (s) itaətindən kənara çıxmaq deyildir. 2.Şiə sözünün həzrət Peyğəmbərdən (s) sonra qondarılması həqiqətə uyğun deyildir. Bu söz hətta Qurani-Kərimdə də işlədilmiş, insanların bəziləri digərlərinin şiəsi adlandırılmışdır. "Saffat" surəsinin 83-cü ayəsində İbrahim peyğəmbər (ə) Nuh peyğəmbərin (ə) şiəsi kimi təqdim olunur: "Onun (Nuh) şiələrindən biri İbrahim idi". Şiə sözü Peyğəmbərin (s) zamanında da işlədilmiş, bu barədə yüzlərlə hədis və rəvayətlər nəql olunmuşdur. Böyük əhli-sünnə alimi, hədisşünas Hafiz Әbu-nəim İsfahani mötəbər sənədlərlə İbni Abbasdan nəql edir: "Bəyyinə surəsinin 7-ci ayəsi nazil olduqdan sonra: "İman gətirib saleh əməl edənlər ən yaxşı məxluqdurlar. Onların mükafatı Rəbblərinin hüzurunda altından çaylar axan cənnət bağlarıdır. Onlar əbədi olaraq bu bağlarda qalarlar. Allah onlardan, onlar da Allahdan razıdırlar". Peyğəmbər (s) Әli (ə)-a üzünü tutaraq buyurdu: Ya Әli, onlar sən və sənin şiələrindir. Qiyamət günü sən və sənin şiələrin Allahdan razı, Allah da sizdən razı olar." Həmçinin bu mötəbər hədis aşağıdakı əhli-sünnə kitablarında yazılmışdır: 1.Mənaqib ‒ Әbul-müəyyəd ibni Әhməd Xarəzmi; 2.Şəvahidut-tənzil fi qəvaidit-təfsil ‒ Hakim Әbul-Qasim Ubeydullah ibni Әbdullah Әl-Həskani; 3.Kifayətut-talib ‒ Məhəmməd ibni Yusif Gənci; 4.Təzkirətu xəvassil-ümmə fi mərifətil ümmə ‒ Sibt ibni Cuzi. 5.Durrul-mənsur fi kitabillahil-mə'sur ‒ Cəlaləddin Siyuti; 6.Səvaiq ‒ İbni Həcər; 7.Nihayə ‒ İbni Әsir; 8.Cəvahirul-əqdəyn ‒ Әllamə Səmhudi; 9.Füsulul-mühimmə ‒ Nurəddin Әli ibni Məhəmməd ibni Әhməd Maliki. Әhli-sünnə raviləri (hədisşünaslar) Seyyid Әli Həmdani Şafei "Məvəddətul-qurba" kitabında və İbni Həcər "Әs-səvaiqul-mühriqə" kitabında həzrət Peyğəmbərin (s) xanımı Ümmu-Sələmədən nəql edirlər ki, Peyğəmbər (s) buyurdu: "Ya Әli, sən və sənin səhabələrin, sən və sənin şiələrin cənnətdə olacaqlar". Bu hədislərdən mə'lum olur ki, şiə sözü heç də sonradan qondarılmış bir termin deyildir. Әksinə, bu kəlmə Peyğəmbərimizin (s) dilindən bəyan olunmuşdur və o həzrət, Әli (ə)-ın tərəfdarlarını şiə adlandırmışdır.

FHNin növbəti humanitar yardımları Türkiyəyə like
  • 09 Fev 23:48  
Digərləri FHNin növbəti humanitar yardımları Türkiyəyə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığın

arrow Ətraflı
Azərbaycanın həmrəylik rəmzinə çevrilən Sərvər Bəşirliyə təşəkkür etdim” like
  • 09 Fev 23:46  
Digərləri Azərbaycanın həmrəylik rəmzinə çevrilən Sərvər Bəşirliyə təşəkkür etdim”

Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı qardaş ölkədə zəlzələd

arrow Ətraflı
Yaddaş itkisi hansı səbəblərdən baş verə bilər? like
  • 09 Fev 23:45  
Digərləri Yaddaş itkisi hansı səbəblərdən baş verə bilər?

İnsanların əksəriyyəti yaddaş pozulmasından 65-70 yaşından başlayaraq

arrow Ətraflı
İmam Rizaya xilafətin təklifi like
  • 09 Fev 23:40  
Digərləri İmam Rizaya xilafətin təklifi

İmam Riza əleyhissəlamın hərəkət etdiyi karvan şəvval ayında Mərv ş�

arrow Ətraflı
Türkiyəli aparıcı bu debatdan sonra istefa verdi – VİDEO like
  • 09 Fev 23:37  
Dünya Türkiyəli aparıcı bu debatdan sonra istefa verdi – VİDEO

"Şou" (Show) telekanalının aparıcısı Dilarə Göndər istefa ver

arrow Ətraflı
Baldızını güllələyib qaçdı, dördüncü dəfə tutuldu: Sumqayıtdakı like
  • 09 Fev 23:36  
Digərləri Baldızını güllələyib qaçdı, dördüncü dəfə tutuldu: Sumqayıtdakı

Sumqayıt şəhərində baldızını odlu silahla qətlə yetirməkdə təqsirli

arrow Ətraflı
Son 40 ildə ilk dəfə  Yeni nəsil antibiotik like
  • 09 Fev 23:35  
Digərləri Son 40 ildə ilk dəfə Yeni nəsil antibiotik

Tibb tarixində nəhayət ki, 40 ildən sonra yeni molekul və yeni nəsil antib

arrow Ətraflı
Kral da “eyni bizim kimi”dir  FOTO like
  • 09 Fev 23:32  
Digərləri Kral da “eyni bizim kimi”dir FOTO

Britaniya monarxı III Çarlz ayağındakı deşilmiş corabı ilə gündəmə g

arrow Ətraflı
Qışda daha çox ət yeyilməlidir  Bədənə nə lazımdır? like
  • 09 Fev 23:30  
Digərləri Qışda daha çox ət yeyilməlidir Bədənə nə lazımdır?

Soyuq mövsümdə qidalanma rasionunun təxminən 40%-i ət, onunla əvəz edil�

arrow Ətraflı
Bu gün neçə vaksin like
  • 09 Fev 23:28  
Digərləri Bu gün neçə vaksin

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 251 vaksin vurulub.

arrow Ətraflı
Yoluxanların sayı like
  • 09 Fev 23:27  
Digərləri Yoluxanların sayı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 37 yeni yolux

arrow Ətraflı
İlin ən ağır ayı fevraldır  Həkimlər nə tövsiyə edir? like
  • 09 Fev 23:25  
Digərləri İlin ən ağır ayı fevraldır Həkimlər nə tövsiyə edir?

İnsan orqanizmi üçün ən ağır, çətin aylardan biri, həkimlərə görə,

arrow Ətraflı
Qadın namaz qılarkən naməhrəm kişi onu görsə, namazı pozularmı? like
  • 09 Fev 23:10  
Digərləri Qadın namaz qılarkən naməhrəm kişi onu görsə, namazı pozularmı?

Qadın namaz qılarkən naməhrəm kişilərin gözündən uzaqda dursa daha yax

arrow Ətraflı
Millət vəkili həlak oldu like
  • 09 Fev 22:59  
Dünya Millət vəkili həlak oldu

Kahramanmaraşın millət vəkili Sıtkı Güvenç zəlzələdə həlak olub.

arrow Ətraflı
Azərbaycandan Türkiyəyə 855 min manat like
  • 09 Fev 22:56  
Digərləri Azərbaycandan Türkiyəyə 855 min manat

Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Azərbaycandan

arrow Ətraflı