Azərbaycan daha təmiz enerjinin istehsalına çalışır


Digərləri 09 Fev 2023 22:27:00 290 0

Azərbaycan daha təmiz enerjinin istehsalına çalışır

Azərbaycan öz tərəfdaşları üçün enerji tədarükünü artırmaqla həm onların enerji təhlükəsizliyini təmin etmək, həm də öz iqtisadiyyatını gücləndirmək üçün müxtəlif istiqamətlərdə aktiv şəkildə çalışır.

Bu barədə Trend-ə özəl müsahibəsində Azərbaycan Respublikası energetika nazirinin müavini Elnur Soltanov deyib.

Cənub Qaz Dəhlizinin analoqu olaraq yaşıl enerji "dəhlizi"

Nazir müavininin sözlərinə görə, Azərbaycan neft baxımından etibarlı tərəfdaşdır, son vaxtlar isə qaz tədarükü ilə bağlı etibarlılığı daha da güclənib.

"Azərbaycanın ixrac etdiyi neftin böyük hissəsi Avropa istiqamətinə nəql olunur. Təbii qazla bağlı vəziyyət də eynidir.. Biz 2027-ci ilədək Avropa bazarına qaz nəqlini praktiki olaraq iki qat artırmağı planlaşdırırıq. Azərbaycan artıq Avropaya 10 milyard kubmetrdən çox ixrac edir - 2022-ci ildə bu göstərici 11,4 milyard kubmetr təşkil edib. Bu il də Avropa ölkələrinə analoji həcmdə qaz nəql etməyi planlaşdırırıq. Yenə də bu, Gürcüstana (2022-ci ildə 2,8 milyard kubmetr) və Türkiyəyə (2022-ci ildə 8,4 milyard kubmetr) ixrac etdiyimizdən əlavədir. Beləliklə, ümumilikdə, artıq 22,6 milyard kubmetr ixrac etmişik. 2023-cü ildə ümumi ixracın 24 milyard kubmetri keçəcəyi gözlənilir", - Soltanov deyib. O, Azərbaycanın artıq bir neçə ildir ki, fevral ayında Cənub Qaz Dəhlizinin (CQD) Məşvərət Şurasının iclaslarını keçirdiyini qeyd edib. Bununla belə, bu il Bakıda eyni vaxtda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası keçirildi.

"Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında Qara dənizin dibi ilə kabel çəkilişi ilə bağlı bu yaxınlarda imzalanmış sazişə gəlincə, bu, artıq bu sənədi imzalamış ölkələr çərçivəsindən kənara çıxa bilər, belə ki, bütün Avropada elektrik şəbəkəsinə qoşulma yetərincə inkişaf edib. Kimsə Avropanın enerji sisteminə daxil olarsa, Azərbaycanda istehsal olunan elektrik enerjisi Avropanın istənilən nöqtəsinə düşə bilər və mənbə Azərbaycanın bərpa olunan enerjisi olacaqdır. Lakin bu, əsaslı təhlil tələb edir. Bizim Gürcüstanla Rumıniyanı birləşdirmək fikrimiz var idi və biz bu layihəyə lap əvvəldən maraq göstərmişik. Lakin sonra öz resurslarımız olan dəniz və küləyin potensialını öyrənəndə anladıq ki, ilkin planlaşdırılan qoşulma kifayət etməyə bilər. Xəzəri Avropa ölkələri ilə birləşdirmək üçün daha böyük ötürücülük qabiliyyəti formalaşdırmaq lazım idi. Yenə də Rumıniyanın seçimi səmərəli tərəfdaşlığımızla bağlıdır, həmçinin müəyyən dərəcədə coğrafiya da bu seçimə təsir edir, belə ki, Rumıniya Qara dənizə yaxınlığını nəzərə alsaq, ən yaxşı namizədlərdən biridir və Macarıstan isə mahiyyətcə bütün Avropaya giriş qapısıdır. Təkrar edirəm, bu sənədi imzaladığımız üçün bütün Avropa ölkələri bizim potensial tərəfdaşlarımızdır - bu, strateji perspektivimizin əsasını

Azərbaycan "yaşıl" enerji ilə Avropa bazarına çıxır

"Azərbaycan artıq Avropa ölkələrinə elektrik enerjisi ixrac edir, bizim əsas tərəfdaşlarımız Gürcüstan və Türkiyə idi və bu istiqamətdə malik olduğumuz əsas birləşmə Gürcüstana, oradan isə Türkiyəyə gedən xətlərdir", - nazir müavini deyib.

Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan sinxronizə olunduğu üçün çoxlu texniki problemlər də mövcuddur, bu isə o deməkdir ki, bu iki ölkə arasında elektrik enerjisinin nəqli və ya elektrik enerjisi ticarəti texniki cəhətdən daha asan və ucuzdur. Lakin Türkiyə fərqli zonadadır ki, bu da daha bahalı infrastruktur tələb edir və istehsalçı xərclərini artırır. Lakin belə bir qoşulma artıq mövcuddur və bu gün biz artıq Türkiyəyə təqribən 300-400 MVt elektrik enerjisi ixrac edirik. "Halbuki Avropa Komissiyası ilə iyul ayında imzaladığımız sənəddə iki enerji dəhlizindən bəhs olunur: bunlardan biri Qara dənizdən keçir ki, bud a onu Xəzər dənizi ilə Avropa ölkələri arasında təbii dəhlizə çevirir, digəri isə Naxçıvan vasitəsilə Türkiyəyə və Avropanın digər hissələrinə yönəlir ki, bu da əslində Zəngəzur dəhlizinin tərkib hissəsidir. Biz bu istiqamətdə artıq Cəbrayıl rayonunda 330 kVt gücə malik yarımstansiya inşa etməkdəyik Bu nə üçün vacibdir? Çünki Azərbaycanın elektrik şəbəkəsi də eyni növ yarımstansiyalara əsaslanıb. Cəbrayılda da bu növ stansiyanın inşası Naxçıvanda daha bir stansiya inşa edəcəyimizdən xəbər verir. Bu filial eksklavı Azərbaycanın əsas hissəsi ilə, daha sonra isə Türkiyə ilə və nəhayət, Avropa ölkələri ilə birləşdirəcək. Bu, bizə təxminən 1000 MVt elektrik enerjisi nəql etmək imkanı verəcək ki, bu da kifayət qədər böyük rəqəmdir. Bu, hazırda ixrac etdiyimizdən qat-qat yüksək göstəricidir. Bu eyni zamanda, işğaldan azad edilmiş ərazilərin enerji təchizat sisteminin etibarlılığını artırır, bu səbəbdən biz bir layihə çərçivəsində iki işi yerinə yetiririk. Bundan başqa, bu yarımstansiya həmçinin Cəbrayıl rayonunda bp ilə birlikdə üzərində çalışdığımız günəş elektrik stansiyasının tikintisi baxımından vacibdir. Beləliklə bəlkə də üç əsas problem bir layihə ilə həll olunur. Qeyd etmək istərdim ki, biz təkcə hər hansı elektrik enerjisini ixrac etməyi planlaşdırmırıq - bu xətlərlə nəqlini planlaşdırdığımız elektrik enerjisinin əsas mənbəyi "yaşıl" elektrik enerjisi olacaqdır. Avropaya lazım olan, dünyaya lazım olan və müəyyən səbəblərdən Azərbaycana lazım olan budur. Bu səbəblərdən biri də odur ki, Azərbaycanda bir çox başqa ölkələrdən, o cümlədən Avropa ölkələrindən fərqli olaraq elektrik enerjisinin böyük hissəsi - 95 faizi - təbii qazın yandırılması hesabına istehsal olunur. Avropanın bir çox ölkəsində qaz baha olduğundan qat-qat ucuz, lakin çirkli olan kömürdən istifadə olunur. Beləliklə, təbii qazdan istifadə ətraf mühit üçün o qədər də zərərli deyil və bu bizim dünyada iqlim dəyişikliyinin nəticələrinin yüngülləşdirilməsinə töhfəmizdir. Əlbəttə ki, bu, Azərbaycana çox baha başa gəlir, biz qaz sərf edirik, halbuki onu ixrac etməklə çoxlu sayda xarici valyuta əldə etmək olar. Beləliklə, yaşıl enerjiyə keçidlə təbii qaza qənaət edəcəyik ki, bu da ölkəyə əlavə gəlir gətirəcək", - o açıqlayıb.

Azərbaycan bərpa olunan enerji mənbələri sahəsində layihələr üzrə ilk hərracını keçirməyə hazırlaşır

Nazir müavininin sözlərinə görə, bu proses tezliklə tamamlanacaq və ilk hərracın artıq 2023-cü ilin birinci yarısında keçirilməsi planlaşdırılır.

"Biz artıq bunun hansı sahə üzrə realalşdırılacağını müəyyən etmişik; ehtimalla bu əvvəlcə günəş enerjisi ilə əlaqəli layihə olacaq, lakin zamanla külək elektrik stansiyaları da nəzərdən keçiriləcək. Problem ondadır ki, Azərbaycanda enerji daşıyıcılarının qiyməti nisbətən aşağıdır və müvafiq olaraq obyektlər kiçik olanda investorlar miqyasın təsiri ilə qazanc əldə edə bilmirlər və ölkəmizdə tarif qiymətlərinin müqayisəsi onlar üçün problem təşkil edir. İndiyədək Masdar və ACWA Power şirkətləri ilə razılaşmalarımızda ölkədə mövcud olan tariflər çərçivəsində (təqribən 3 sent) qalmağa nail olmuşuq. Və bu, həqiqətən də yaxşı qiymətdir, lakin layihə kiçik olarsa, qiymətlər qalxır. Ona görə də burada düzgün tarazlığı tapmalıyıq", - deyə E.Soltanov bildirib.

O qeyd edib ki, indiyədək Azərbaycan bir qədər fərqli yol ilə gedib. Çox hərtərəfli və şəffaf seçim prosesi aparıldı və nəticədə Masdar ilə 230 MVt günəş enerjisi layihəsi və ACWA Power ilə 240 MVt külək stansiya layihəsinin həyata keçirilməsinə başlanılıb:

"Biz bütün rəqabət aparan enerji korporasiyalarına başa salmışıq ki, əsas seçim meyarı onların təqdim etməli olduqları tarif təklifidir ki, onu digər bərabər şərətlər əsasında etməlidirlər. Məhz bu meyar əsasında biz son nəticədə Masdar, ACWA Power və bp-ni seçdik. Beləliklə, müxtəlif qanuni seçim prosesləri var. Hərraclar həmişə planın bir hissəsi olub və biz də bu imkanı həyata keçirməyə yaxınlaşdığımız üçün çox şadıq".

Azərbaycanda "yaşıl" hidrogenin istehsalının perspektivləri

"Azərbaycan üçün hidrogen hesabatı ilə bağlı Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə görüşlərdə şəxsən iştirak edirəm. Bu həm də ona görə vacibdir ki, bu, 2022-2026-cı illər üçün dövlət strategiyasının sosial-iqtisadi inkişafın milli prioritetlərindən irəli gələn nəticələrindən biridir. Hidrogen olduqca bahalıdır və "yaşıl" hidrogen ən bahalı növdür. AYİB daha çox diqqəti "mavi" hidrogenə yönəldir və bu, əsasən ən arzuolunmaz əlavə məhsul olan karbon dioksidi tutmaq üçün istifadə olunur. Bu, cəlbedici bir fikirdir, xüsusən ona görə ki, bizdə həm təbii qaz bolluğu, həm də karbonun tutula biləcəyi tükənmiş neft və qaz yataqları var. Bununla belə, biz "yaşıl" hidrogenin, atmosferə atılmadan sudan çıxarılan hidrogenin ən təmiz formasının istehsalına diqqət yetirmək istəyirik. Bu, ən bahalı yoldur, lakin bu gələcəkdir və biz ona doğru getmək istəyirik. Hazırda biz texniki-iqtisadi əsaslandırmanın çox mühüm mərhələsindəyik", - deyə o bildirib.

Onun sözlərinə görə, "Masdar" və "Fortescue Industries" şirkətləri ilə sazişlər Xəzər dənizində dəniz küləyi də daxil olmaqla, geniş bərpa olunan enerji mənbələrinin işlənməsini nəzərdə tutur:

"Hesab edirik ki, bu miqyaslı layihələrdə hidrogen istehsalı, o cümlədən balanslaşdırma məsələləri baxımından iqtisadi məna kəsb edə bilər. Bəzi layihələrin xüsusiyyətlərini nəzərə alaraq, hidrogenin istifadəsi onların ümumi dəyərini həqiqətən azalda bilər. Aİ əsasən "yaşıl" hidrogenlə maraqlanır. Azərbaycanda bəzi potensial investorlar artıq bu sahəni öz prioritetlərindən biri kimi müəyyən ediblər".

Xəzərdə böyük dəniz külək potensialının üzə çıxarılması

Onun sözlərinə görə, ilkin tədqiqatlar dənizdə külək enerjisi istehsalının texniki potensialının 157 QVt təşkil etdiyini göstərir:

“Tövbə” surəsində İmam Mehdi haqqında ayələr like
  • 09 Fev 21:55  
Digərləri “Tövbə” surəsində İmam Mehdi haqqında ayələr

Qurani-Kərimdə "Tövbə" surəsinin 32-33-cü ayəsində Allah-Taala

arrow Ətraflı
Elmi mübahisə ixtilaf yaratmır like
  • 09 Fev 21:50  
Digərləri Elmi mübahisə ixtilaf yaratmır

Hər hansı bir məsələ ətrafında müzakirə aparmaq, elmi mübahisə etmək

arrow Ətraflı
Azərbaycana hücum planı: İran haranı like
  • 09 Fev 21:46  
Siyasət Azərbaycana hücum planı: İran haranı

Ermənistan və İranın Azərbaycana qarşı təxribat hazırlığı təkcə T�

arrow Ətraflı
Mədə qıcqırması və göynəməsini dərmansız söndürün – like
  • 09 Fev 21:45  
Digərləri Mədə qıcqırması və göynəməsini dərmansız söndürün –

Mədənin qıcqırması, boğaza turş mədə suyunun geri axması, gəyirmə, m

arrow Ətraflı
Paşinyan niyə İranı yox, Türkiyəni seçdi? like
  • 09 Fev 21:43  
Siyasət Paşinyan niyə İranı yox, Türkiyəni seçdi?

Necə oldu ki, İranın Zəngəzur bölgəsinin qarantına çevrilməsi fonunda

arrow Ətraflı
Ərdoğana qarşı qəsd planı like
  • 09 Fev 21:42  
Siyasət Ərdoğana qarşı qəsd planı

Qardaş Türkiyədə yaşanan ağır faciədən Ərdoğan əleyhdarlarının, x�

arrow Ətraflı
Dünya sevgisi like
  • 09 Fev 21:40  
Digərləri Dünya sevgisi

Ey əziz qardaş, dünya sevgisindən uzaq ol! Çünki dünya sevgisi bütün x�

arrow Ətraflı
İranın təxribat planı: Ordumuzun cavabı like
  • 09 Fev 21:39  
Siyasət İranın təxribat planı: Ordumuzun cavabı

İran münaqişəyə (Ermənistan-Azərbaycan konflikti - red.) hərbi müdaxil�

arrow Ətraflı
Erməni: "Türkiyəyə yardımı zəhərləyib like
  • 09 Fev 21:37  
Dünya Erməni: "Türkiyəyə yardımı zəhərləyib

Türkiyədəki dəhşətli zəlzələnin yaratdığı mənzərə bütün dünyad

arrow Ətraflı
İran zəlzələdən çirkin siyasəti üçün like
  • 09 Fev 21:36  
Siyasət İran zəlzələdən çirkin siyasəti üçün

Yanvarın 28 və 29-da Güney Azərbaycanın Xoy şəhərində zəlzələ oldu.

arrow Ətraflı
Teztez sabunla çimmək zərərlidir? like
  • 09 Fev 21:35  
Digərləri Teztez sabunla çimmək zərərlidir?

Elmi araşdırmaların nəticələrinə görə dəri mikroflorası hər gün və

arrow Ətraflı
“Ermənistan nədir?” soruşduq, KTMT susdu – like
  • 09 Fev 21:34  
Siyasət “Ermənistan nədir?” soruşduq, KTMT susdu –

Ermənistan Baş naziri Nikol Paşinyan niyə KTMT-nin deyil, AB müşahidə mis

arrow Ətraflı
Qadını qaynar su ilə yandırıb öldürdü, meyitini... like
  • 09 Fev 21:32  
Dünya Qadını qaynar su ilə yandırıb öldürdü, meyitini...

Sankt-Peterburqda 52 yaşlı yerli sakin 30 yaşlı qadını qətlə yetirməkd�

arrow Ətraflı
Azərbaycan Türkiyədən kimsəsiz uşaq götürə bilər? like
  • 09 Fev 21:31  
Dünya Azərbaycan Türkiyədən kimsəsiz uşaq götürə bilər?

Türkiyə səfirliyi Azərbaycan vətəndaşlarının zəlzələdə zərərçək

arrow Ətraflı
SPİD xəstəliyinə yoluxduğunu göstərən 10 əlamət like
  • 09 Fev 21:30  
Digərləri SPİD xəstəliyinə yoluxduğunu göstərən 10 əlamət

QİÇS (el arasında SPİD kimi tanınan) infeksion xəstəlik virus vasitəsil�

arrow Ətraflı