İranın təxribat planı: Ordumuzun cavabı
Siyasət 09 Fev 2023 21:39:00 309 0
İran münaqişəyə (Ermənistan-Azərbaycan konflikti - red.) hərbi müdaxilə üçün çoxdan əlverişli şərait axtarır. İndi düşünə bilərlər ki, belə bir imkan yaranıb. İran görür ki, Türkiyə ilə Qərb arasında münasibətlər rəvan deyil və Qərb bütün vasitələrlə Ermənistana kömək etmək istəyir. Bizim təbii müttəfiqimiz Türkiyənin isə başı zəlzələnin fəsadlarının aradan qaldırılmasına qarışıb. Düşünürlər ki, belə vəziyyətdə İranın Ermənistan tərəfdən münaqişəyə qatılması Qərbin onlara təzyiqini azaldar, onlar da bundan istifadə edib, həm nüvə proqramını, həm də daxildə repressiyaları genişləndirib orta əsrlərə xas olan teokratik rejimlərinin ömrünü uzada bilərlər.
Bu xəbəri də oxu: Afaq Gəncəli FOTOları ilə diqqət çəkdi
Son.az axar.az-a istinadən bildirir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev İranın Ermənistanla birgə Azərbaycana qarşı təxribat hazırlaması haqda mediada yayılan məlumatı şərh edərkən deyib.
Millət vəkilinin sözlərinə görə, ermənilərin türklərə olan nifrəti, revanş hissi onları sağlam mühakimə yürütmək qabiliyyətindən məhrum edib və hər cür avantüraya sövq edir.
O, belə bir hal baş verəcəyi halda onlara ciddi əks-zərbə vurulmalı olduğunu deyib:
"Qarabağda erməni sakinlərin yaşadığı ərazilərimizdə dövlət suverenliyi bərpa olunmalı, nəhayət ki, bölgəyə sülh gəlməlidir. Bunun üçün dərhal Daxili Qoşunlar Xankəndiyə daxil olmalıdır. Zəngəzurdan Naxçıvana, 10 noyabr 2020-ci il üçtərəfli sazişə uyğun olaraq, açılmalı olan yolların tikintisini təmin etmək məqsədilə tədbirlər görülməlidir. Yəni avtomobil və dəmir yollarının bərpa edilməli olduğu ərazi Silahlı Qüvvələrimiz tərəfindən müvəqqəti nəzarətə götürülməli və müəyyən təminatlar əsasında qeyd etdiyim Sazişə uyğun olaraq, yolların təhlükəsizliyini təmin etməyə məsul olan Rusiyanın nəzarətinə verilməlidir".
Türkiyədəki dəhşətli zəlzələnin yaratdığı mənzərə bütün dünyad
Yanvarın 28 və 29-da Güney Azərbaycanın Xoy şəhərində zəlzələ oldu.
Elmi araşdırmaların nəticələrinə görə dəri mikroflorası hər gün və
Ermənistan Baş naziri Nikol Paşinyan niyə KTMT-nin deyil, AB müşahidə mis
Sankt-Peterburqda 52 yaşlı yerli sakin 30 yaşlı qadını qətlə yetirməkd�
Türkiyə səfirliyi Azərbaycan vətəndaşlarının zəlzələdə zərərçək
QİÇS (el arasında SPİD kimi tanınan) infeksion xəstəlik virus vasitəsil�
Siqaret ürəyə və qan damarlarına böyük ziyan vurur. Bir ədəd siqaretdə
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən
Dəmiryolu Nəqliyyatında Polis İdarəsi və Biləcəri Xətt Polis Şöbəsin
Xalq artisti Fəxrəddin Manafov Teleqraf.com-un suallarını cavablandırıb.
Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin müəllimi, soydaşı
Bakının Nizami rayonunda qaynı arvadı olan qadını və onun iki azyaşlı �
Artrit və artroz da iltihabı azaltmaq üçün xəstələrə bəzi ərzaq və i