Yeni dəyişikliklər pensiya məbləğini nə qədər artıracaq?
Digərləri 07 Fev 2023 10:07:00 361 0
Milli Məclisin Əmək və sosial siyasət komitəsində "Sosial sığorta haqqında" Qanununda yeni dəyişikliklər müzakirə edildi və plenar iclasa tövsiyə olundu.
Bu xəbəri də oxu: Türkiyədə 6 aydır etiraz edən işçilər istəklərinə çatdı
Son.az-ın məlumatına görə, bu barədə şərh verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişiklik Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsinə imkan verəcək.
Deputat deyib ki, ilk dəfə olaraq sözügedən qanunvericiliyə sərbəst vəsait və investisiya gəliri terminləri kimi yeni anlayışlar gətirilir:
"Həmin anlayışlar Dövlət Sosial Müdafiə Fondunun investisiyaya yönəldilə bilən vəsaitini və bu vəsaitin sərmayəyə yönəldilməsi nəticəsində əldə edilən gəlirlərin formalaşması qaydasını müəyyən etməyə imkan verir.
Dəyişikliyin ümumi mahiyyəti ondan ibarətdir ki, fond sərbəst vəsaitini az riskli sahələrə investisiya edərək öz gəlirlərini artıra biləcək. Fond bununla gəlir mənbələrini şaxələndirərək yalnız büdcə transferləri və yığımlardan asılı olmayacaq. Bu isə Fonda imkan verəcək ki, pensiya artımları daxil olmaqla fərqli istiqamətlərə daha çox vəsait ayıra bilsin. Riskləri sığortalamaq üçün sərbəst vəsait hər hansı kommersiya bankında deyil, yalnız Mərkəzi Bankda saxlanıla biləcək".
"Bütövlükdə, məqsəd əlavə gəlir mənbəyinin formalaşdırılması vasitəsilə pensiya təminatı sisteminin dayanıqlılığının artırılması, eləcə də, sosial müdafiə və təminat sahələrində davamlı islahatların aparılmasına imkan verməkdir. Bu isə o deməkdir ki, sərmayə mexanizmi növbəti illərdə pensiya məbləğlərində yeni artımlara imkan yaradacaq. Bu pensiya təminatının da güclənməsinə xidmət edəcək", - deputat qeyd edib.
65 ölkədən ümumilikdə 2660 personal təbii fəlakət bölgəsində aparıla
Son bir ayda Bakıda tıxacların nisbətən azalması müşahidə olunur. Xüsu
Göyçayın sabiq icra başçısının köməkçisi Vahid İsayevin cinayət iş
Türkiyədə baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində dağıntı
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Zamin Salayev saxlanıl�
"Rusiya fevral ayı ərzində Ukraynaya qarşı genişmiqyaslı həlledici
Türkiyəli müğənni Haluk Levent zəlzələdən sonra yardıma ehtiyacı olan
Dünya ulduzu Dua Lipa dəhşətli zəlzələdən əziyyət çəkən Türkiyəy�
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əmi
"Rumıniya Prezidenti Klaus Yohannisin fevralın 2-də Azərbaycana rəsmi
Hər dəfə salat hazırlayarkən mayonezdən istifadə edirik.Marketlərdə sat
Perunun cənubundakı Arekipa departamentində torpaq sürüşməsi nəticəsind
Bu gün Milli Qəhrəman İbrahimov Mübariz Ağakərim oğlunun doğum günüd�