Bakıda tıxacların əsl səbəbi bəlli olur,
Dünya 07 Fev 2023 09:56:00 298 0
Son bir ayda Bakıda tıxacların nisbətən azalması müşahidə olunur. Xüsusilə yeni ildən sonra, ali təhsil müəssisələrinin qış tətilinə çıxmasından sonra Bakıda nəqliyyat sıxlığı bir qədər seyrəlib. Ekspertlər də bu amilin önəmli rol oynadığını hesab edir.
Bu xəbəri də oxu: “Cessna 182” tipli təyyarə qəzaya uğradı
Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Huseynov Trend-in sualını cavablandırarkən bildirib ki, tıxacların azalmasında ali təhsil müəssisələrinin tətilə çıxması da təsir göstərir.
"Həm orta məktəblərdə qış tətili oldu, ali təhsil müəssisələri də tətilə çıxdı. Ona görə də yollarda bir qədər seyrəklik var, amma bu davamlı deyil. Ancaq tıxacların azalmasında başqa səbəblər də ola bilər. Düşünürəm ki, fevralın birinci ongünlüyündən sonra real mənzərəni görəcəyik. Əgər tıxacın azalması tam olaraq ali təhsil müəssisəslərinin tətilə çıxması ilə bağlıdırsa universitetlər açıqldıqdan sonra yenə tıxaclar müşahidə olunacaq", - deyə ekspert vurğulayıb.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı da tıxacların azalmasının ali təhsil müəssisələri ilə bağlı olduğunu hesab edir.
E.Murdalı Trend-ə açıqlamasında bildirib ki, ali məktəblərin tətilə çıxması tıxacların azalmasına təsir göstərir.
"Bəli, tıxaclar azalıb və bu aydın şəkildə hiss olunur. Eyni zamanda orta məktəblərdə bir müddət tətildə oldu və bu da öz təsirini göstərdi. Ancaq artıq orta məktəblərdə dərslər başladığı üçün yenə də bəzi məktəblərin qarşısında tıxaclar olduğunu hiss edirik.
Ali məktəblər də əlbəttə böyük qüvvədir, tələbə kontingenti böyükdür. Ona görə də hesab edirəm ki, tələbə kontingentini ictimai nəqliyyata yönəltmək böyük fayda verə bilər. Əgər ali məktəblər tətildə olanda yollarda tıxac yaranmırsa, bu artıq özü bir araşdırmadır, biz tıxacların ən böyük səbəbini görə bilirik. Bir çox tələbələrin şəxsi avtomobillərlə universitetlərə gəlməsi tıxaclara səbəb olur.
Bu baxımdan tələbələrin ictimai nəqliyyata cəlb edilməsi önəmlidir. Ancaq ictimai nəqliyyat da normal vəziyyətdə olmalıdır. Eyni zamanda tələbələrə də güzəşt edilməlidir. Misal üçün tələbə kartları hazırlamalıyıq, tələbələrə ictimai nəqliyyatda güzəştlər etməliyik, bonus verməliyik. Amma ictimai nəqliyyat da qaydasında olmalıdır. Əgər tələbələri indi ictimai nəqliyyata cəlb etsək nə metroda nəfəs almaq olar, nə avtobusa minmək. Yəni problemlər bir biri ilə bağlıdır", - deyə E.Muradlı əlvə edib.
Qeyd edək ki, ali təhsil müəssisələrində dərslərin fevralın 10-dan sonra başlaması nəzərdə tutulur. Hazırda Bakıda dövlət və özəl olmaqla 60-a yaxın ali və orta təhsil müəssisəsi fəaliyyət göstərir.
Göyçayın sabiq icra başçısının köməkçisi Vahid İsayevin cinayət iş
Türkiyədə baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində dağıntı
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Zamin Salayev saxlanıl�
"Rusiya fevral ayı ərzində Ukraynaya qarşı genişmiqyaslı həlledici
Türkiyəli müğənni Haluk Levent zəlzələdən sonra yardıma ehtiyacı olan
Dünya ulduzu Dua Lipa dəhşətli zəlzələdən əziyyət çəkən Türkiyəy�
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əmi
"Rumıniya Prezidenti Klaus Yohannisin fevralın 2-də Azərbaycana rəsmi
Hər dəfə salat hazırlayarkən mayonezdən istifadə edirik.Marketlərdə sat
Perunun cənubundakı Arekipa departamentində torpaq sürüşməsi nəticəsind
Bu gün Milli Qəhrəman İbrahimov Mübariz Ağakərim oğlunun doğum günüd�
Ukrayna Daxili İşlər Nazirliyi daxili işlər naziri Denis Monastırskinin ö
Boyundakı xırçıltılar əksər adamların problemidir. Bu əlamət insanlard