Kamaləddin Qafarov: “Rumıniya Azərbaycan əlaqələri intensiv inkişaf edir”
Siyasət 07 Fev 2023 09:10:00 925 0
"Rumıniya Prezidenti Klaus Yohannisin fevralın 2-də Azərbaycana rəsmi səfəri Avropa dövlətlərinin ölkəmizlə əməkdaşlıq əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaqda və daha da genişləndirməkdə maraqlı olduqlarını sübut edir. Məlum olduğu kimi, Rumıniya-Azərbaycan əlaqələri uzun illərdir ki, strateji tərəfdaşlıq əsasında intensiv inkişaf edir. Bu müddət ərzində ölkələrimiz arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Prezident İlham Əliyevin mətbuata bəyanatında da qeyd etdiyi kimi, ölkələrimiz arasında ticari-iqtisadi sahələrdə də müsbət nəticələr var. Dövlətimizin başçısı bu məqamı da vurğulayıb ki, ticarət dövriyyəsi iki dəfədən çox artsa da, bu dövriyyənin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neftin təşkil etməsi ölkəmizi qane etmir. Buna görə də ticarət dövriyyəsinin şaxələndirilməsi üçün əlavə addımlar atılacaq. Bu məqsədlə hökumətlərarası komissiyanın fəaliyyəti xüsusi önəm kəsb edə bilər".
Bu xəbəri də oxu: COP29un yekun plenar iclası keçirilir
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat Rumıniya-Azərbaycan əlaqələrində energetika sahəsinin aparıcı rol oynadığını xüsusi vurğulayıb:
"Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün energetika bütün dünya ölkələrinin gündəliyində duran ən vacib məsələdir. O cümlədən, energetika sahəsi Rumıniya-Azərbaycan əlaqələrində də əsas yeri tutur. Bunu təsdiq edən məqamlardan biri kimi, SOCAR-ın Rumıniyada uzun illərdən bəri davam edən səmərəli fəaliyyətini göstərmək olar. Bu gün artıq ölkələrimiz arasında əməkdaşlıq yeni mərhələyə çıxır. Dövlətimizin başçısı ötən ay Buxarestdə olarkən təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş imzalanmışdır. Beləliklə, Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və buna paralel olaraq, Rumıniyanın imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir. İki il bundan əvvəl isə Cənub Qaz Dəhlizinin son seqmenti uğurla başa çatdırıldı və Azərbaycanın Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşı kimi əhəmiyyəti bir qədər də artdı. Qeyd etmək lazımdır ki, ötən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumu bir daha ölkəmizə olan etimadı təsdiqləyir. Azərbaycan öz növbəsində Memorandumun uğurlu icrasını təmin etmək üçün Avropaya qaz ixracatını sürətlə artırır. Eyni zamanda, Azərbaycan və Rumıniya arasında "yaşıl enerji" sahəsində əməkdaşlıq istiqamətində önəmli addımlar atılır. Prezident İlham Əliyevin Buxarestə səfəri zamanı bu sahə ilə bağlı səmərəli müzakirələr aparılıb. Bu strateji layihə böyük sərmayə tələb edir və bir neçə ölkəni, iki dənizi birləşdirir. Bundan başqa, Azərbaycan və Rumıniya arasında nəqliyyat sahəsi də böyük önəm kəsb edə bilər. Dövlətimizin başçısının dediyi kimi, Bakı və Konstansa limanları arasında əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var və bu imkanların reallaşdırılması bütün Avrasiya məkanı üçün son dərəcə maraqlı layihələrin icrasına yol aça bilər".
Hər dəfə salat hazırlayarkən mayonezdən istifadə edirik.Marketlərdə sat
Perunun cənubundakı Arekipa departamentində torpaq sürüşməsi nəticəsind
Bu gün Milli Qəhrəman İbrahimov Mübariz Ağakərim oğlunun doğum günüd�
Ukrayna Daxili İşlər Nazirliyi daxili işlər naziri Denis Monastırskinin ö
Boyundakı xırçıltılar əksər adamların problemidir. Bu əlamət insanlard
Azərbaycan ötən il Gürcüstandan avtomobil idxalına görə birinci yerə ç
Mən faktiki olaraq ölüm hökmü almışam və ölümcül xəstəliklərlə h�
Yaşıl və qara reyhan təbiətin insanlara bəxş etdiyi antibiotiklərdən bi
ABŞ-ın Nyu-York ştatının şimal-qərbində son 40 ilin ən güclü zəlzəl
Türkiyə və bəzi Qərb mütəxəssisləri hesab edirlər ki, son 500 il ərzi
Ayaqarınızı altındakı döyənəklərdən xilas olmaq istəyrsinizsə mütl�
Bakının Yasamal rayonunda 17 yaşlı piyadanın xəsarət alması ilə nətic�