Türkiyə və Qərb alimlərindənr qorxunc xəbərdarlıq:
Dünya 07 Fev 2023 08:47:00 302 0
Türkiyə və bəzi Qərb mütəxəssisləri hesab edirlər ki, son 500 il ərzində eyni fəlakət zonasında iki ardıcıl zəlzələnin baş verməsi təhlükənin davam etdiyini göstərir... Onlar iddia edirlər ki, tektonik laylar iki hissədən qırıldığı üçün qarşıdakı günlərdə daha dəhşətli təbii fəlakətlər istisna olmadığından diqqətli və ehtiyatlı olmaq vacibdir...
Bu xəbəri də oxu: "Qərb qoşunları Rusiyanı sülhə məcbur edə bilər"
Son.az musavat.com-a istinadən bildirir ki, türk dünyası qardaş Türkiyədə baş vermiş təbii fəlakətlə sarsılmış durumdadır. Gecə saatlarına təsadüf edən 7,6 bal gücündə zəlzələ Türkiyənin 10 əyalətində bir çox şəhərlərdə böyük dağıntılara səbəb olub. Eyni zamanda, bunun ardınca 6-6,5 bal gücündə təkanların baş verməsi ardıcıl şəkildə davam edib. Günorta saatlarındasa, 7,7 bal gücündə daha bir zəlzələ baş verib. Və təhlükənin hələ davam etdiyi bildirilir.
Nəticələr faciəvidir, yüzlərlə həlak olan, minlərlə yaralanan var. Yekun vəziyyəti isə hələlik təxmin belə, eləmək mümkün deyil. Böyük ehtimalla xilasetmə prosesi sona çatdıqdan sonra təbii fəlakətin əhatə dairəsi də aydınlaşmağa başlayacaq. Və bu baxımdan, indiki situasiyada Türkiyənin genişmiqyaslı dəstəyə ehtiyacı olduğu qətiyyən şübhə doğurmur.
Bu çətin günlərdə Türkiyənin köməyinə tələsən ilk ölkədə məhz Azərbaycan oldu. Rəsmi Bakı fəlakət zonasına dərhal xilasedicilər göndərdi və Azərbaycanın Türkiyənin yanında olduğunu, hər cür dəstəyə hazır olduğunu bəyan etdi. Və Türkiyənin hərbi-strateji müttəfiqi olan Azərbaycanın bu davaranışı qətiyyən gözlənilməz xarakter daşımır.
Təbii ki, Türkiyəyə yardıma tələsən dövlətlərin sırasında dünyanın bir çox nüfuzlu ölkələri də var. Azərbaycanın ardınca, Pakistan, Yaponiya və İsrail də Türkiyəyə dərhal xilasedicilər göndəriblər. Sonradan bu prosesə ABŞ, Ukrayna, Finlandiya, Rusiya, Yunanıstan, Almaniya, Fransa, Tayvan, Polşa, İspaniya və Hindistan da qoşuldu. Avropa Birliyi isə ərazilərində təbii fəlakət baş vermiş Türkiyə və Suriyaya yardım göstərməyə hazır olduğunu bəyanlayıb.
Digər maraqlı bəyanatlardan biri də NATO-dan gəlib. Belə ki, NATO-nun baş katibi Yens Stoltenberq rəhbərlik etdiyi hərbi-siyasi alyansın Türkiyəyə dəstək üçün hazırlıqlara başlayıb. Yəni, dünyanın ən nəhəng və çevik hərbi ittifaqı olan NATO bu qurumun aparıcı ölkələrindən olan Türkiyəyə yardım üşün hələ hazırlıq prosesi içərisindədir.
Halbuki, təbii fəlakətə qarşı dərhal hərəkətə keçmək vacibdir və çeviklik minlərlə insanın həyatını xilas edə bilər. NATO-nun hazırlaşdığı bir məqamda uzaq Yaponiya isə Türkiyənin yardımına yetişməyə artıq imkan tapıb. Bu baxımdan, NATO-nun, eləcə də Avropa Birliyinin bu qədər ləng davranması istər-istəməz təəssüf doğurur.
Təbii ki, Türkiyə güclü dövlətdir və kifayət qədər fədakar dostlara da, müttəfiqlərə də sahibdir. Bu qardaş ölkə nə qədər ağır vəziyyətdə olsa da, mövcud situasiyadan mütləq çıxa biləcək. Rəsmi Ankara artıq təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün bütün resurslarını hərəkətə gətirib. Və hazırda baş verənlərin Türkiyəni sarsıdacağına ümid bəsləyənlər tezliklə yanılmalı olacaqlar.
Ayaqarınızı altındakı döyənəklərdən xilas olmaq istəyrsinizsə mütl�
Bakının Yasamal rayonunda 17 yaşlı piyadanın xəsarət alması ilə nətic�
"Allah millətimizə qüvvət versin. Allahdan həyatını itirən qardaşl
Avropa İttifaqı (Aİ) Şurasına sədrlik edən İsveç Türkiyədə baş ver�
Ukraynın Prezident Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviçin
Səhər yeməyi orqanizm üçün ən vacib sayılan qida hesab edilir. Biz orqan
Bakının Yasamal rayonunda 22 yaşlı gənc piyadanın xəsarət alması ilə n
Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin təsis etdiyi "Vahid
Birincisi, 27 yanvar terror aktının nəticələri nə qədər sarsıdıcı ols
Ayaqlar orqanizmin aşağı sərbəst hissələridir.Bu orqan insanın hərəkə
Məşhur aktyor Çağrı Çıtanakın anası Türkiyədə baş verən zəlzələ
Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı Türkiyəyə yola düşüb
ABŞ Prezidenti Co Baydenlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aras�
Əgər siz bel ağrılarından əziyyət çəkirisinizsə aşağıdakı hərək�
Ötən gün Türkiyənin cənub-şərqində baş verən güclü zəlzələ nəti