Ayaqlarınızın nədən ağrıdığını bilirsinizmi?
Digərləri 07 Fev 2023 08:21:00 376 0
Ayaqlar orqanizmin aşağı sərbəst hissələridir.Bu orqan insanın hərəkətini və yerişini təmin edir. Ayaqların baş hissəsi kiçik çanaq orqanlarından başlayır və barmaqların ucuna qədər davam edir.
Bu xəbəri də oxu: Azərbaycanın şərab milyonçuları: Bir ildə 12 milyon manat
Ayaqların anotomik quruluşu pəncə, daban, baldır, diz və bud hissədən ibarətdir. Ayağın ən iri hissəsi isə bud hissədir. Bud sümüyü ilə baldır sümüyü diz nahiyədə birləşir. Ayaqlarda hərəkətin çətinlşməsi və ağrıların baş verməsi üçün bir-çox səbəblər var. Amma, ən çox daban və diz hissənin patologiyası baş verdikdə ayaqların hərəkəti tamamilə çətinlşir. Bu səbəbəbdən də mütəxəssislər ayağın istənilən hissəsində diskomfort baş verən zaman həkimə müraciət etməyi məsləhət bilirlər. Çünki, adi bir ağrı və ya diskomfort ayaqlarda patoloji xəstəliklərə və hərəkətin tam dayanmasına səbəb ola bilər. Bunun baş verməməsi üçün ayaq ağrılarına qarşı diqqətli olmaq lazımdır. Ayaqlarda əmələ gələn problemlərin əksəriyyəti isə (damar xəstəliklərindən başqa)onurğa ilə əlaqədar olur ki,bu da xəstəliklərin ciddi olmasından xəbər verir.
Ayaqlar niyə ağrıyır? Ayaqlar onurğanın, damarların, sümüklərin, sinirlərin və qığırdaq toxumanın xəstəliklərindən ağrıya bilir. Ayaqlar ayaq venalarının genişlənməsi zamanı ağrayır. Buna səbəb isə vena damarlarında qan durğunluğunun baş verməsidir. Ayaqlar sinir uclarının qıcıqlanmasından ağraya bilir. Ayaqlarda ən çox küt ağrılar müşahidə edilir ki, bunun da səbəbi varikoz genəlmələr olur. Ayaqlar tromboflebit xəstəliyi zamanı ağrayır ki, bu zaman ağrayan nahiyənin dərisində qaşınmalar müşahidə edilir. Bu xəstəlik üçün xarakterik xüsusiyyət daimi sızıldaytıcı ağrı və əzələlərdə baş verən zədələnmələrdir. Ayaqlarda ağrılar arteriyaların ateresklerozu səbəbindən də baş verə bilir. Bu zaman ayaqlarda sıxışma hissinə bənzər ağrılar müşayət olunur. Bu ağrılar ilin bütün fəsillərində baş verə bilir. Xəstəliyin əsas xarakter xüsusiyyəti isə dabanların buz kimi soyuq olmasıdır. Onurğada əməılə gələn xəstəliklər də ayaqlarda ağrılara səbəb olur. Bu ən çox onurğanın yırtığı və disklərdə əmələ gələn sürüşmələr səbəbindən baş verir. Bu zaman ağrı oturq sinirdə daha çox baş verir. Bu zaman ağrı hissi əzaverici və dözülmz olur, heç bir ağrıkəsiciyə tabe olmur. Ayaqların ağımasına oynaqlar da səbəb ola bilir. Oynaqlardakı qığırdaq toxumanın zədələnməsi ayaqlarda ağrılara səbəb olur. Bu özünü ən çox hərəkət edən zaman oynaq nahiyələrdə əmələ gəllən ağrı lıə biruzə verir. Yastıayaqlılıq da ayaq ağrılarına səbəb ola bilir. Bu səbəbdən əmələ gələn ağrını ortopedik ayaqqabı geyinərək aradan qaldırmaq mümklün olur. İşyas xəstəliyi ayaqlarda yüksək intensivli ağrıların meydana gəlməsinə səbəb olur. Müxtəlif travmalar və zədələnmələr zamanı ayaqlarda ağrılar meydana gələ bilir. Artıq çəki zamanı ayaqlara güc düşdüyünə dörə ayaqlarda ağırlıq hissi müşahidə oluna bilir. Bəzən daban bölgəsində çox kəskin ağrılar meydana gəlir ki, bunun da səbəbi ağrılı şnur olur. Bu da ən geniş yayılmış xəstəliklərdən sayılır. Ayaq ağrılarını müayinə edərkən aşağıdakılar müşahidə edilə bilir: * onurğanın skalioz xəstəliyi * oturaq sinirin patologiyası * hərəkətsiz uzanan zaman ayaqlarda baş verən ağrılar * ayaq əzələlərində atrofiyalaşma * daban hissənin xarici qatının hipestenziyası Ayaq ağrılarını müayinə edərkən diaqnozun qoyulması xüsusi diqqət tələb edir. Ağrının haradan başlaması, haraya qədər yayılması, hərəkətlə əlaqədar olub olmaması,refleksləri mühüm əhəmiyyət kəsb edir.
Məşhur aktyor Çağrı Çıtanakın anası Türkiyədə baş verən zəlzələ
Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı Türkiyəyə yola düşüb
ABŞ Prezidenti Co Baydenlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aras�
Əgər siz bel ağrılarından əziyyət çəkirisinizsə aşağıdakı hərək�
Ötən gün Türkiyənin cənub-şərqində baş verən güclü zəlzələ nəti
Dabanda əmələ gələn şpor dabanın alt hissəsində yığılmış kalsiumda
Amerikalı aktrisa və model Peris Hilton musiqi prodüseri Klayv Devisin qala g
Dəri insan orqanizminin ən böyük orqanı sayılır. Bizim orqanizmimizdə ba
Bu günlərdə Hollivud aktyoru Leonardo Di Kaprio məclislərin birində yeni s
Qrammənfi və qrammüsbət bakteriyalar orqanizm üçün çox təhlükəli say�
Dünyaca məşhur model Emili Ratajkovskinin növbəti fotosessiyası gündəm o
Bağırsaqların vaxtaşırı təmizlənməsi insan orqanizmi üçün çox fayda
Müğənni Şəbnəm Tovuzlu sosial media hesabındakı paylaşımı ilə diqqə
Diz insan bədənində hərəkəti idarə etmək üçün vacib olan orqandır. D