Rusiyalılar ötən il rekord qırdı: səfəbərlikdən
Siyasət 04 Fev 2023 08:42:00 361 0
Rusiya sakinləri 2022-ci ildə ölkədən kənara 24,3 milyon dəfə səfər ediblər.
Bu xəbəri də oxu: Ermənistanla bağlı 1919cu il planı gerçəkləşir
Son.az Report-a istinadən xəbər verir ki, rusiyalılar Ermənistan, Qırğız Respublikası, Özbəkistan, Tacikistan və Monqolustan daxil olmaq üzrə 5 illik rekordu qırıblar. 2022-ci ildə rusiyalılar bu ölkələrə 8,4 milyon dəfə səfər ediblər ki, bu da 2021-ci illə müqayisədə 4,7 milyon nəfər çoxdur.
Ölkədən çıxanların böyük payı Rusiyada səfərbərlik elan edilən 2022-ci ilin üçüncü rübünə düşüb. İyul-sentyabr aylarında Rusiya ilə qonşu ölkələrə 3,5 milyon, oktyabr-dekabr aylarında isə daha 2,1 milyon insan gedib.
Monqolustana gediş il ərzində 989%, Gürcüstana - 475%, Qazaxıstana - 234%, Tacikistana - 212%, Özbəkistana - 99% artıb. Bildirilib ki, 2022-ci ildə ondan qabaqkı illə müqayisədə Azərbaycana keçən rusiyalıların sayında 86% artım müşahidə edilib.
Bundan əlavə, 2022-ci ildə rusiyalıların İsrailə uçuşlarının sayı iki dəfə artaraq 100 mini keçib. Rusiyalıların Tailand, Şri-Lanka, Hindistan və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gedənlərin sayı da artıb.
FTB statistikasını da təhlil edən "Mediazona"nın məlumatına görə, 2022-ci ildə Rusiyanı koronavirus məhdudiyyətlərinin hələ də qüvvədə olduğu 2021-ci ilə nisbətən daha çox Rusiya vətəndaşı tərk edib, lakin müharibə və kovidsiz normal bir ildəkindən təxminən iki dəfə azdır.
Eyni zamanda, qeyd olunub ki, bu artım milyonlarla vətəndaşın ölkəni tərk etməsi anlamına gəlmir. Gedənlərin bir qismi qayıdır. Bəziləri sərhədi bir neçə dəfə keçə bilər. Buna baxmayaraq, demoqraflar Yuliya Florinskaya və Aleksey Rakşa ötənilki mühacirət dalğasını 400-800 min nəfər kimi qiymətləndiriblər. Onlardan 100 mindən çoxu Gürcüstanda qalıb. Azı 100 mindən çoxu Qazaxıstandadır. 50-100 min Serbiyaya uçub. 40 minə yaxın Ermənistana. Təxminən 35 mini İsrail, Qırğızıstan, Avropa İttifaqına üz tutub.
Ağciyər arteriyası qapağının çatışmazlığı ağciyər arteriyasının
Türkiyə xarici işlər nazirinin müavini Sədat Önal bu ölkənin BMT-dəki
Norveçdə bu ölkədən siyasi sığınacaq istəyən "Vaqner" özəl
1. Şokolad. Şokolad hamilə qadınların yeməkdən doymadığı qidalardand�
Aİ ölkələri fevralın 5-dən etibarən G7 ölkələri ilə birlikdə Rusiya
"Oleq Bakinski" kimi tanınan və kriminal avtoritet olduğu iddia edi
Xankəndidəki separatçı rejimdə "daxili siyasi" böhran dərinlə�
Hamilə qadınların bətnindəki uşaq böyüdükcə bədənin ağırlıq mərk
Meksikanın Miçoakan ştatının aparıcı mətbu orqanlarından olan "Qua
"ABŞ-ın gəlib bölgəyə girməsi ilə bağlı biz real addımları gör
Süni mayalanma lazım gəldikdə qadın və kişinin sağlamlığının diqqət
"Ukrayna Aİ-yə üzvlüklə bağlı danışıqlara 2023-cü ildən başlay
İranın davranış tərzi onun sadəcə olaraq küncə sıxışdırılması il�