Bakıya qarşı "media" oyunu: İran, ermənilər və Avropadakı
Siyasət 03 Fev 2023 22:43:00 341 0
"Azərbaycan müharibədə qalib gəldi, Ermənistanı məğlub etdi. Lakin biz Azərbaycana yeni, daha ağır müharibə vəd edirik".
Bu xəbəri də oxu: ABŞsız müdafiə: Avropa İttifaqı ölkələri qorunmağa
Fransa Ermənilərinin Koordinasiya Şurasının (CCAF) "kölgə" rəhbərlərindən biri Manuçar Gevorkyan iki il əvvəl, 2020-ci ilin noyabrın 27-də Monrey sür Mer şəhərində ermənilərlə toplantıda "proqram nitqi" ilə çıxışında demişdi.
Bu isə Azərbaycana beynəlxalq təşkilatlarda, diplomatiyada və mediada hibrid savaşın elan edilməsi idi.
Bəhs etdiyimiz savaşda ölkəmizə qarşı Ermənistanın müttəfiqləri az deyil.
Onlar "kollektiv Qərb" adlanan Avropa İttifaqı və ABŞ-dakı bir sıra "müstəqil", lakin xüsusi xidmət strukturlarının kontrolunda olan və transmilli şirkətlərlə postsovet məkanındakı proseslərə təsir imkanları əldə etməyə çalışan böyük biznes mənsublarının birbaşa təsir çərçivəsindəki təşkilatlar, habelə bölgədəki hadisələrin aktiv iştirakçısına çevrilməyə can atan dövlətlərin strukturları ilə həmin dövlətlərin özləri.
44 günlük Vətən Müharibəsi ilə "soyuq savaş" dönəmindən sonra amorf qalaraq potensial imkanlarını itirən və ya yalnız kinetik vasitələrlə fəaliyyətə üstünlük verən Avropa İttifaqı, BMT və ATƏT kimi beynəlxalq təşkilatlar qlobal oyunçular qismində Cənubi Qafqaza sirayət etməyə çalışırlar.
Rusiya və İran siə regional oyunçular formatında geosiyasi mövqelərini itirməməyə, tam əksinə, daha da gücləndirməyə meyllidir. Belə şəraitdə təbii ki, Azərbaycana qarşı hibrid savaş aktivləşməyə bilməzdi.
Cənubi Qafqazdakı prosesləri onillər boyu ahəstə cərəyan etdiyi treklərdən çıxararaq aktivləşdirən və yeni reallıqlar formalaşdıraraq onları situasiyaya uyğunlaşdıran Azərbaycan indi çox məkrli ssenarilər əsasında oynansa da, primitiv və asanlıqla təxminlənən oyunlardan ibarət çağırışlarla üzləşib.
Onların arasında postsovet məkanının və ümumiyyətlə, dünyanın bir çox yerlərində böyük korporasiyaların, beynəlxalq təşkilatların, siyasi avantüristlərin və bəlli dividentlər əldə etməyə çalışanların uğurla sınaqdan çıxardıqları siyasətlə kütləvi informasiya vasitələrinin uzlaşdırıldığı savaş var.
Zahirən palliativ təsir bağışlasa da, batində çox mürəkkəb olan sözügedən savaşı Harvard universitetinin illik toplantılarından birində QMB ("Quiet Media Beats", yəni "sakit media zərbələri") adlandırmışdılar.
QMB texnologiyası ilk dəfə Misirdə sınanmışdı və "ərəb baharı" dönəmindəki həmin prosesi Qərbdəki siyasi analitiklər "Dirty big game scenarios" (Böyük oyunun çirkli ssenariləri") qismində dəyərləndirmişdilər.
"Mənəvi atası" amerikalı Qreqori Ayzenştadt sayılan həmin praktik ssenari rəhbərliynə görə, hədəfə alınmış ölkədə özünü "müstəqil media" kimi qələmə verən mediativ strukturların "söz azadlığı və ifadə müstəqilliyi" uğrunda mübarizə aparan mənsubları sosial şəbəkələrdə geniş reklam edilirlər.
Daha sonra, onlar müəyyən mənada media gündəmini bəlirləyən şəxslərə (inflüenserlərə) çevriləndən sonra "faktların yoxlanması, səhih və dürüst informasiya, kütləvi informasiya vasitələrində söz azadlığı" və s. bu kimi söz yığını pərdəsi altında mövcud hakimiyyətə qarşı təzyiq vasitəsi formalaşdırılır.
İkinci mərhələdə "azad media" mənsublarının məhkəmələrə üz tutmaları başlanır. Ssenariyə uyğun olaraq, həmin şəxslər barələrində "yanlış, işgüzar nüfuza zərbə vuran", amma əslində bu adamlar barədə gerçəklərdən bəhs olunduğu yazıların, reportajların və s. nümayiş edildiyi, dərc olunduğu mass-medianı məhkəməyə verirlər. Təbii ki, iddiaçılar məhkəmələrdə uduzurlar - çünki iddiaarın özü absurd, tələblər marazmdır.
Amma oyunun dirijorlarına elə bu gərəkdir.
Üçüncü mərhələdə illərdən bəri Qərbin qrantları və "layihələri" hesabına külli miqdarda gəlir əldə edən hüquqşünaslar, media ekspertləri, "müstəqil analitik"lər məhkəməyə üz tutmuş "azad və müstəqil media nümayəndələrinin müdafiəsi"nə qalxırlar.
Müxtəlif beynəlxalq təşkilatlara, məhkəmələrə şikayətlər olunur, kommunikasiyalar qurulur. "Sərhədsiz Reportyorlar", "Beynəlxalq Amnistiya" və s. kimi təşkilatlar dərhal prosesə qoşulur, bəhs etdiyimiz ölkədə söz və vətəndaş azadlığı ilə bağlı "hesabat"larına "zəruri düzəliş"lər edirlər.
Axı reytinq hesabatlar hazırlananda mütləq şəkildə, apriori olaraq mass-medianın vəziyyəti dəyərləndirilir, bu zaman "azad media"ya qarşı məhkəmə proseslərin statistikası və ən başlıcası, beynəlxalq təşkilatlara şikayətlərin sayı nəzərə alınır.
Beləliklə, hədəfdəki ölkə beynəlxalq müstəvidə "söz azadlığının boğulduğu dövlət" kimi qələmə verilir.
Amma çox az adamı maraqlandırır ki, şikayətçilər əslində yalançılar, barələrində şikayət edilənləsə həqiqəti müdafiə edənlərdir.
Son mərhələ variativ olaraq dəyişən, ekspertlər tərəfindən UEC ("Use of External Conflicts", yəni "kənar münaqişədən bəhrələnmə") adlanan prosesdir.
Məsələn, Misirə təzyiqlər zamanı bu ölkə ilə Efiopiya arasındakı siyasi-diplomatik münasibətlərin sürətlə sərinləşməsindən belə, istifadə olunmuşdu.
Rəsmi Əddis-Əbəbəyə daim, fasiləsiz olaraq qıcıqla yanaşan müvafiq BMT komissiyalarından tutmuş, "Beynəlxalq Amnistiya"ya qədər ən müxtəlif strukturlar problemli münasibətlər barədə efiopların mövqelərini tirajlayan misirli "müstəqil jurnalistləri və bloqerlər"i müdafiə etmiş, dəstəkləmişdilər
Hazırda Azərbaycanla bağlı da faktik olaraq, eyni ssenarini işə salıblar.
Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə Yasin Hüseynzadə adlı SEPAH mənsubunun hücumundan, bir nəfərin həlak olduğu və iki nəfərin yaralandığı bu məşum terror aktından sonrakı situasiyaya nəzər salmaq kifayətdir.
Müxtəlif ölkələrə qaçaraq orada xüsusi xidmət strukturlarının ağuşuna sığınmış "müstəqil bloqer"lərlə "azad YouTube kanalları sahibləri"nin isterik açıqlamaları hələ də səngiməyib. Onlar açıq-aşkar olaraq teraktla bağlı İran rəsmilərinin marazmatik versiyalarını təkrarlayır, Tehranın məsuliyyətdən yaxa qurtarmağa yönəlmiş cəhdlərinə ya bilərəkdən, ya da fərdi primitivlərindən irəli gələn şövqlə dəstək verirlər.
Amma belə vəziyyət təbii ki, dirijorları razı salmazdı, çünki 120-dən artıq dövlət və beynəlxalq təşkilat səfirliyimizə qarşı teraktı qətiyyətlə pislədiyi halda kimlərinsə çıxıb Tehranın versiyalarını translyasiya etməsi ən azı suallar doğura bilərdi.
Məhz bu səbəbdən Azərbaycand Media haqqında Qanun və Media Reyestrinə etiraz gündəmə gətirildi.
Ötən il qəbul edilmiş qanunla dəyişikliklərə indi etiraz edilməsi sadəcə, ilk baxışdan absurd təsiri bağışlaya bilər.
2022-ci ilin fevralından ölkədə qüvvəyə minən "Media haqqında" Qanun və Media Reyestri ilə bağlı "Mövqe sənədi" adlı kommunike imzalayan "azad media mənsubları"nın indi, 2023-ci ilin fevralında aktivləşməsi təsadüf deyil.
Nə idi o qanun və dəyişikliklər?
Azərbaycanda media sisteminin formalaşması və inkişafının əsas yollarının müəyyənləşdirməsi, media ilə cəmiyyət arasında münasibətlərin əsas modellərinin sosial münasibətlər kontekstində institutsionallaşması və peşəkar standartların formalaşması üçün genişmiqyaslı, köklü islahatların aparılması.
Yəni milli qanunvericilik və onun tətbiqi ilə mediada intelektual mülkiyyət, müəllif hüquqları, peşəkar jurnalist və korporativ mədəniyyətlər və s. kimi media siyasətinin spesifik xüsusiyyətlərinin formalaşdırılması istiqamətində vədlər, sözlər yox, əməli iş.
Bir sözlə, media sənayesi yeni şərtlərə adaptasiya olunur.
Səfirliyimizə terror hücumu ilə bağlı Bakının Tehrandan obyektiv, dəqiq və hərtərəfli təhqiqat tələb etdiyi bir dönəmdə İranın mövqeləriylə bəyanatlarını bir qədər zahiri dəyişikliklərə uğradaraq yenidən tirajlayanlarla Media Reyestri ilə bağlı dava döyənlər arasında üzvi bağlılığı, sistem tərəfdaşlığını görməmək mümkün deyil.
Məhz səfirliyimizə hücuimdan sonra Avropa ölkələrinə sğıınmış məlum "azad media" dəstəsi, mühacirlər Bakıdakı bir sıra QHT və media mənsubları ilə vahid cəbhədə birləşərəqk aşkar İran təəssübkeşliyi nümayiş etdirirlər.
Onlar səfirliyə terror hücumunu "məişət zəminində törədilmiş terror aktı" kimi qələmə verməyə çalışan rəsmi Tehranın bəyanatlarının məzmunla mahiyyətini saxlayaraq formasını dəyişib tirajlayır, təkrarlayırlar.
İlk baxışdan Media haqqında Qanun və Media Reyesterinə etirazların bu prosesə dəxli yoxdur.
Lakin ilk əvvəl Misirdə, sonra dünyanın bir sıra başqa dövlətlərində sınaqdanç çıxarılan, haqqında bəhs etdiymiz proses ssenarisini xatırlayaq.
Media ilə bağlı "media mənsubları"nın, əslində azad və demokratik media prinsiplərindən çox uzaq insanların isterikası da məhz diqqəti Tehrandakı səfirliyimizdəki teraktın araşdırılmasından yayındırmaqdır.
Sabah, fevralın 4-də, Bakıda, "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi"ndə "azad media qurumları rəhbərlərinin" Media Reyestri mövzusunda "dəyərimi masa" keçirmək niyyətləri də təsadüfi deyil.
Daha doğrusu, əsla təsadüfi deyil.
Aylardan bəri Avropa Şurasının Venesiya Komissiyasına və Avropa Şurasının Nazirlər Komitəsinə bəyanatlar yollayaraq "Media haqqında" qanunun dəyişdirilməsi tələb edənlərin məqsədi indi dualistdir.
Onların ilk məqsədi xaricdəki sifarişçi strukturlar qarşısında "fəaliyyət intensivliyi" görüntüsü yaradaraq yeni, daha böyük məbləğdə qrantlar almaqdır.
ABŞ-ın Azərbaycandakı səfirliyinin də məhz bu günlərdə "azad media və alternativ, müstəqil xəbər istehsalı" ilə bağlı yeni qrant müsabiqəsi elan etməsi, qaliblərə 65 min dollarlıq qrantlar vəd etməsi də eyni məcrada fəaliyyəti stimullaşdırmağa yönəlib.
Media Reyestrinə qarşı çıxanların ritorikasının, onlarına açıqlamalarının da məhz qrant müsabiqəsinin şərtləri çərçivəsində olması qəribə təsir bağışlamamalıdır: adamlar mediamızı "tənqid" etmək və "çıxış yollarını göstərmək"lə pul qazanmaq, qrant almaq istəyirlər.
İkinci məqsədsə Azərbaycanla söz və ifadə azadlığı, media sərbəstliyi ilə bağlı "mübahisəli hüquqi mövzuları"n Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) səviyyəsinə çıxarılması, ölkəmzdən şikayətlərin sayının maksimum artırılması, bu minvalla Azərbaycanın "söz azadlığının boğulduğu və azad medianın olmadığı ölkə" imicinə malik dövlət kimi göstərilməsinə cəhddir.
"Söz azadlığının boğulduğu və azad medianın olmadığı ölkə" ifadəsinin Xankəndindəki terrorçu-separatçı xuntanın lideri, Kremlin marioneti olan Ruben Vardanyan tərəfindən sürəkli təkrarlanması, "söz və siyasi azadlıqların boğulduğu ölkədə qarabağlı ermənilər yaşaya bilməzlər" deyilməsi məlumdur.
Həmin ifadələrin Bakıdakı "media mübarizləri"nin lüğətində daimi yer alması Avropa ölkələrindəki erməni diaspor təşkilatlarının hibrid savaş aparan strukturları ilə Azərbayana qarşı ifrat qərəzli mövqe tutmuş pan-Avropa qurumlarını mövqelərinin tam üst-üstə düşməsi də təccüblü deyil.
Media üzrə ekspert sayılan Ələsgər Məmmədlinin Media Reyestri ilə bağlı məsələni də AİHM müstəvisinə çıxarmağa hazırlaşan dəstəni az qala bütün leqal vasitələrlə müdafiə etmək niyyətində olmasının təəccüblü olmadığı kimi.
"Ekspertlər" və "hüquqşünaslar" Media Reyestrində qeydə düşə bilməyən KİV subyektlərini, jurnalistləri və bloqerləri yerli məhkəmələrə müraciət etməyə həvəsləndirirlər.
Həmin şəxslərə deyilir ki, narahat olmasınlar, bütün xərclər "Azad mediaya dəstək" formatındakı qrant layihələri çərçivəsində ödənəcək.
Məhkəməyə üz tutanların iddiaları əsaslı olmayacaq və təbii ki, onlar uduzacaqlar. Belə olan təqdirdə "ekspert"lərlə "hüquqşünaslar" AİHM-ə üz tutaraq Azərbaycandan ünvanlanan şikayətlərin sayının və kommunikasiyaların statistikasının artırılmasına çalışacaqlar.
Eyni zamanda, xaricdən göstəriş almış yerli "media ekspertləri" və "hüquqşünaslar" nəyin bahasına olursa-olsun, ölkədə güya ictimai iştirakçılığa qarşı strateji məhkəmə iddiaları axınının olduğunu göstərməyə çalışırlar.
Yəni müstəqil araşdırmalar aparan jurnalistlər təqib olunur, dövlət də bu prosesə rəvac verirmiş.
Halbuki proses Avropa İttifaqı ölkələrində olduqca ciddi, hətta fəlakətli həddə çatıb. Fransa, İtaliya və İspaniyada onlarla jurnalist təqib edilərək həbs olunub, Bolqarıstanda və Slovakiyada belə jurnalistlərin "xarici agent" adlandırılması üçün qanun layihələri hazırlanıb və s.
"Strategic Lawsuit Against Public Participation" (SLAPP) adlandırılan bu prosesin qarşısını almaq üçün Avropada bir sıra media strukturları birləşərək "Avropada SLAPP-a Qarşı Koalisiya" (CASE) yaradıblar.
Sabahkı toplantının başlıca məqsədlərindən biri də Azərbaycanı SLAPP-ın "tüğyan etdiyi" ölkə kimi qələmə vermək, "Media haqqında" qanunu və Media Reyestri mövzusunu Avropa İnsan Haqları Məhkəməsinə çıxarmaq, ölkəmizi SLAPP müstəvisində "vəziyyətin ən pis olduğu dövlət" kimi qələmə verməyə cəhddir.
Sabahkı toplantı da məhz sifarişin yerinə yetirilməsi ilə bağlı hesabat xarakterli yığıncaqdır.
Yoxsa ki, nə "media eksperti", nə "hüquqşünas" və ya "azad mediaya dəstək"...
Elçin Alıoğlu Son.az
Ukraynanın bütün ərazisində hava xəbərdarlığı elan edilib.
Naxçıvan şəhəri 12 nömrəli tam orta məktəbin direktoru Turan Məmmədli
Eks-prezident Mixail Saakaşvilinin azadlığa buraxılması üçün qərargah y
Kartlardakı puldan gələn gəlirdən faiz tutulacaq.
Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistan-Azərbaycan münaqişə
Şadlıq sarayları menyuların qiymətini artırıb. Xüsusən, 40 manatadək o
ABŞ Ukraynaya 2,175 milyard dollar məbləğində hərbi yardım paketi ayırı
Almaniya öz ehtiyatlarından Ukraynaya Leopard 1 tanklarının ixracına icazə
Qərb ölkələri terror təhlükəsi adı ilə İstanbulda konsulluq fəaliyyə
Məişət tullantılarının zibil qutularına tullanmaması anti-sanitariya və
Qərb Moskvanın məğlubiyyəti üçün çox güclü şəkildə Kiyevi dəstək
Bakının Qaraçuxur qəsəbəsində 1987-ci il təvəllüdlü Kamil mülk üst�
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Rusiyaya səfər tar
Optik illuziyalar hər kəsi maraqlandıran, diqqətçəkən fotolardır.