Kənarda qadınla yaşayan kişi qardaşının üstünə gəldi: "Onu da, atamı da..."


Kriminal 03 Fev 2023 21:36:00 348 0

Kənarda qadınla yaşayan kişi qardaşının üstünə gəldi: "Onu da, atamı da..."

Bakının Qaraçuxur qəsəbəsində 1987-ci il təvəllüdlü Kamil mülk üstündə yaranan münaqişə zamanı qardaşı Emilə xəsarət yetirib.

Son.az teleqraf.com-a istinadla xəbər verir ki, hadisə ötən il iyunun 6-da baş verib. Qardaşlar yaşayan evin satılacağı halda Emilin pay tələb edəcəyi ilə bağlı onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Kamil qardaşının bədəninə üç bıçaq zərbəsi vurub.

İstintaq orqanı tərəfindən Kamilin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

"Bizdən ev tələb edirdi"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kamil ittiham üzrə özünü qismən təqsirli bilib.

O bildirib ki, özü atası ilə birlikdə evlərdə usta, fəhlə işləyərək dolanıb: "Anam 2018-ci ilin yanvarın 29-da vəfat etdi. Doğma qardaşım olan Emil təxminən 5 ildir evimizdən gedib, tüfeyli həyat tərzi keçirib. Heç onun harada yaşadığını da bilməmişik. Buna görə də aramızda yaxşı münasibət olmayıb. Hərdən Emil bizə gəlib, dolanmaq üçün pul tələb edib. Arabir kömək etsək də, bəzən Emilə verəcək pulumuzun olmadığını demişik.

Dəfələrlə Emil mənə və atama zəng edərək nalayiq ifadələr işlədib və bizdən ev tələb edib".

"Atam da razılaşdı"

Təqsirləndirilən şəxsin sözlərinə görə, iyunun 6-da, təxminən saat 22 radələrində Emil ona zəng edib, harada olduğunu soruşub: "Qaraçuxurda məhəllədə olduğumu bildirdim. Emil mənə Günəşli qəsəbəsinə gəlməyimi, söhbət etmək istədiyini dedi. Mən də söhbəti varsa özünün Qaraçuxura gəlib, sözünü deməsini bildirdim. Emil taksi sifariş vermək üçün konturunun olmadığını dedi.

Emilə özüm taksi sifariş verdim. Təxminən yarım saat sonra Qaraçuxurda olduğunu deyərək məni yaşadığımız məhəllənin yanında yerləşən ağaclığa çağırdı.

Həmin vaxt şübhələndim və Emilə məhəlləyə gəlməsini dedim. Atama zəng edərək Emilin mənimlə söhbət etmək üçün məhəlləyə gəldiyini, birlikdə gedərək görüşməyi bildirdim. Atam da razılaşdı".

"Yumruq-təpik zərbələri vurdu"

Kamil qeyd edib ki, Emilin çox adamla üstünə gəlib onu döyəcəyindən ehtiyatlanıb: "Bu səbəbdən yaşadığımız evə qalxaraq gizlincə atamın xəbəri olmadan mətbəxdən bıçağı götürdüm və özümü müdafiə etmək üçün şalvarımın cibinə qoydum. Sonra məhəlləyə düşdüm. Atam da həmin vaxt məhəllədə idi.

Mən atama yaxınlaşdım. Həmin vaxt Emilin pilləkəndən düşərək bizə tərəf gəldiyini gördüm. Əvvəlcə atam Emilə yaxınlaşaraq niyə belə etdiyini, niyə bizi və özünü normal yaşamağa qoymadığını soruşdu. Emil isə qəflətən hücum edərək ardıcıl yumruq və təpik zərbələri ilə məni vurdu. Atam əsəbiləşərək Emili sinəsindən sıxaraq məhəllədə olan söhbətgaha tərəf çəkdi və sakitləşməsini, belə etməməsini bildirdi. Amma Emil sakitləşmədi və hədsiz nalayiq ifadələr işlətdi.

Əvvəlcə Emilin məni vurmasına baxmayaraq ona qarşılıq vermədim. Sonra onun sakitləşmədiyini və atamın əlindən burularaq çıxdığını, mənimlə birlikdə atamı da söydüyünü gördüm. Əsəblərim dözmədiyindən özümü idarə edə bilmədim, cibimdəki bıçağı çıxararaq Emilin sağ yan hissəsindən bir-iki dəfə vurdum. Emil büdrəyərək yerə yıxıldı və həmin anda atam Emili bıçaqla vurduğumu başa düşdü".

"Əvvəl "103", sonra "102"yə məlumat verdim"

Kamil bildirib ki, əvvəlcə "103" xidmətini zəng edərək hadisə yerinə təcili yardım xidməti çağırıb: "Sonra isə "102" xidmətinə zəng vurub hadisə barədə polisə məlumat verdim. Bir müddət sonra polislər hadisə yerinə gəldi. Törətdiyim hadisəni etiraf etdim, qardaşım Emili vurduğum bıçağı polislərə verdim.

Heç vaxt Emili bıçaqla vurmaq və ona xəsarət yetirmək niyyəti olmayıb. Amma o, arada evimizə gəlib, absurd şəkildə gələcəkdə satıla biləcək evin pulundan özünə pay tələb edib, nalayiq ifadələr işlədərək bizi təhqir edib. Biz Emili nə qədər düz yola çəkməyə çağırsaq da, tüfeyli həyat tərzi keçirib. Harada və kiminlə yaşadığını deməyib.

Hətta eşitdiklərimə görə, kiminləsə qeyri-rəsmi ailə həyatı qurub, bizim də bu barədə sonradan məlumatımız olub.

Dəfələrlə Emil evdən kiçik məbləğdə pul, əşya oğurlayıb, evi yandıracağı ilə hədələyib. Baş verən bütün bu hallara görə, habelə hadisə günü Emilin məndən başqa atamı da söyüb, ona hörmətsizlik etdiyini gördükdən sonra əsəbiləşdim. Bıçaqla Emili vurdum. Emil doğma qardaşımdır. Artıq hər kəs səhvini başa düşüb, hadisədən sonra barışmışıq".

Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən çox peşman olduğunu, maddi vəziyyətlərinin çox ağır olduğu bildirib: "Atam da xəstədir. Tək qalacağı halda özünü dolandıra bilməyəcək. Ona görə bütün bu halları nəzərə alınmasını istəyirəm".

Moskva Abdullahianın səfərinə hazırlaşır like
  • 03 Fev 21:31  
Dünya Moskva Abdullahianın səfərinə hazırlaşır

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Rusiyaya səfər tar

arrow Ətraflı
Bu şəkillərdə ilk nə görürsünüz?  FOTO like
  • 03 Fev 21:20  
Digərləri Bu şəkillərdə ilk nə görürsünüz? FOTO

Optik illuziyalar hər kəsi maraqlandıran, diqqətçəkən fotolardır.

arrow Ətraflı
Varlanmaq üçün İKİ QADINLA evləndi və... like
  • 03 Fev 21:15  
Digərləri Varlanmaq üçün İKİ QADINLA evləndi və...

İspaniyalı kişi varlanmaq və digər ölkələrdə yaşayış icazəsi almaq

arrow Ətraflı
Bakıda ustanın başını kəsib soyuducuya qoydular like
  • 03 Fev 21:05  
Kriminal Bakıda ustanın başını kəsib soyuducuya qoydular

1998-ci il aprel ayında Bakı şəhəri S.Əsgərova küçəsi, 117 ünvanında

arrow Ətraflı
MKİ rəhbəri Moskvaya gedib: Kiyev üçün şok plan like
  • 03 Fev 20:51  
Dünya MKİ rəhbəri Moskvaya gedib: Kiyev üçün şok plan

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börns Kiyevə s

arrow Ətraflı
Adel bu FOTOya görə konsertinə yarım saat fasilə verdi like
  • 03 Fev 20:40  
Şou-biznes Adel bu FOTOya görə konsertinə yarım saat fasilə verdi

Müğənni Adel bir müddət əvvəl dünyasını dəyişən həyat yoldaşını

arrow Ətraflı
“Toyuq əti və yumurta yenə bahalaşacaq” like
  • 03 Fev 20:31  
Digərləri “Toyuq əti və yumurta yenə bahalaşacaq”

Yaxın vaxtlarda Azərbaycanda toyuq əti və yumurtanın qiymətində bahalaşm

arrow Ətraflı
Nazarbayevin qardaşının əlindən 300 min hektar torpağı alınıb like
  • 03 Fev 20:20  
Dünya Nazarbayevin qardaşının əlindən 300 min hektar torpağı alınıb

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin qardaşı Bolatın əlində

arrow Ətraflı
Gürcüstanı “Avroviziya”da like
  • 03 Fev 20:11  
Digərləri Gürcüstanı “Avroviziya”da

Avroviziya-2023 beynəlxalq mahnı müsabiqəsində Gürcüstanı İru Xeçanova

arrow Ətraflı
İranda hicabsızların şəxsiyyət vəsiqəsi bloklanacaq like
  • 03 Fev 20:00  
Digərləri İranda hicabsızların şəxsiyyət vəsiqəsi bloklanacaq

Hicaba riayət etməyənlərin şəxsiyyət vəsiqəsi bloklanacaq və onlara so

arrow Ətraflı
"Məqsəd bahalaşmasının qarşısını almaqdır" like
  • 03 Fev 19:51  
Digərləri "Məqsəd bahalaşmasının qarşısını almaqdır"

Bugünki Nazirlər Kabinetinin baş soğan və şalot soğanın ixracı müvəqq

arrow Ətraflı
"Azərbaycan qazının Balkan ölkələrinə nəqli üçün heç bir maneə yoxdur" like
  • 03 Fev 19:41  
Digərləri "Azərbaycan qazının Balkan ölkələrinə nəqli üçün heç bir maneə yoxdur"

Azərbaycan qazının Balkan ölkələrinə nəqli üçün yeni sazişlərə eht

arrow Ətraflı
Avropalıların 40 faizi istidən ölübmüş  FOTO like
  • 03 Fev 19:31  
Dünya Avropalıların 40 faizi istidən ölübmüş FOTO

Mütəxəssislər 2015-ci ilin iyun-avqust ayları arasında Avropanın 93 şəh

arrow Ətraflı