"Məqsəd bahalaşmasının qarşısını almaqdır"
Digərləri 03 Fev 2023 19:51:00 346 0
Bugünki Nazirlər Kabinetinin baş soğan və şalot soğanın ixracı müvəqqəti olaraq tənzimlənən malların siyahısına daxil edilməsi ilə bağlı qərarın əsas məqsədi daxili bazarda soğanın qiymətini sabitləşdirmək və bahalaşmasının qarşısını almaqdır.
Bu xəbəri də oxu: "Veteran pulu" bu tarixdə artırılacaq
Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.
O qeyd edib ki, bu qərarla baş soğanın ixracına qadağa qoyulacaq: "Son həftələrdə dünyada soğanın qiyməti kəskin artıb. Rusiya-Ukrayna münaqişəsi, dünyada soğan tədarükündə önəmli yer tutan Pakistanda təbii fəlakətlər, hazırda Avropa bazarının soğana olan tələbatını ödəyən Niderlandda ciddi quraqlığın müşahidə edilməsi dünyada soğana olan tələbatı artırıb, qiymətini isə kəskin bahalaşdırıb. Soğanın qiymətinin artması Gürcüstanda, Rusiyada da müşahidə edilir. Dünyada soğana tələbat artıqca, daxili bazarda ixrac arta və ehtiyatların azalmasına səbəb ola bilər və yerli bazarda soğanın qiyməti daha da arta bilərdi. Hazırda daxili bazarda soğanın qiymətinin mövcud qiymətdən ucuzlaşacağı gözlənilmir. Mövcud qərar soğanın qiymətinin bahalaşmasının qarşısını alır".
F. Fikrətzadə əlavə edib ki, Azərbaycana şalot soğanın idxalına tətbiq olunan gömrük rüsumu üzrə güzəşt müddəti və məbləği azaldılıb: "Qərara əsasən, şalot soğanın idxalına 2023-cü ilin sonuna qədər tətbiq edilən 0,6 ABŞ dolları məbləğində gömrük rüsumu, bu ilin mayın 1-nə qədər 0 % dərəcəsi ilə əvəz edilib. Yəni, idxal rüsumu ölkə daxilində ehtiyatları artırmağa mane olmayacaq. Bu, mayın 1-ə qədər tətbiq ediləcək. Çünki aprelin sonunda yerli istehsal olan faraş soğanı bazara daxil olur. Bu qərarla demək olar ki, daxili bazar daha da stimullaşacaq".
Aqrar Tədqiqatlar Mərkəzinin direktorunun sözlərinə görə, 2023-cü ildə soğan istehsalında artım gözlənilir: "Fermerlərdən Dövlət Aqrar İnkişaf Mərkəzləri vasitəsilə əldə etdikləri məlumata görə, builki qiymətlər cəlbedici olduğuna görə fermerlər soğanın əkinini genişləndirəcək. Ümumiyyətlə, anbar ehtiyatları ilə bağlı sahibkarlar tərəfindən məlumatların təqdim edilməsi nəzərdə tutulur. Burda hər hansı bir məcburedici norma olmadığına görə, sahibkarlar məlumatları könüllülük əsasında verirlər. Soğan əkin sahələri ilə bağlı məlumatlar tam təmin edilməyib. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində anbarlarla bağlı məlumatlar qeyd ediləcək. Bunun üçün proqram təminatı hazırlanıb".
Azərbaycan qazının Balkan ölkələrinə nəqli üçün yeni sazişlərə eht
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Mütəxəssislər 2015-ci ilin iyun-avqust ayları arasında Avropanın 93 şəh
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Rusiyanın Roza Xutor dağ-xizək kurortunda (Soçi) qəfildən yamacda peyda ol
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Türkiyəli müğənni Hadisənin yeni eşqə yelkən açdığı iddia olunub.
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Milli qəhrəman Mübariz İbrahimov haqqında bədii filmi cəkilib.
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin s�
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Sosial şəbəkələrdə və elan saytlarında bahalı mobil telefonları almaq
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
"Fire Land Production"ın təşkilatçılığı, Şahdağ Turizm Mərk
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Gərgin enerji böhranının yaşandığı bir dövrdə Azərbaycanın Avropanı
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 24 yeni yolux
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Sonuncu dəfə "Üç kuruş" serialında rol alan aktyor Bora Akkaş a
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
"Qarşıdakı 6 ay Rusiyanın Ukraynaya qarşı müharibəsinin yekun nəti
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Türkiyə və Azərbaycan Cənubi Qafqazın inkişafı üçün atılan addımlar
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)