“Şəhid övladlarını öz balalarımdan ayırmıram” Cəlal Qurbanov FOTO


Digərləri 03 Fev 2023 17:58:00 316 0

“Şəhid övladlarını öz balalarımdan ayırmıram”  Cəlal Qurbanov  FOTO

"Fire Land Production"ın təşkilatçılığı, Şahdağ Turizm Mərkəzinin dəstəyi ilə şəhid övladları və yaxınlarının iştirak etdiyi növbəti tədbir baş tutub.

Son.az xəbər verir ki, 2 Fevral - Azərbaycan Gəncləri Günü və məktəblilərin qış istirahəti ilə bağlı şəhid övladlarına həsr olunan tədbir 1-2 fevral tarixlərində keçirilib.

Şəhid övladları və yaxınları Şahdağda olan istirahət mərkəzində istirahət ediblər, bu tarixə özəl olaraq hazırlanmış konsert proqramında tanınmış ulduzlarla bərabər əyləndilər. 2 günlük tədbirdə şəhid övladları və yaxınları üçün Kompleks ərazisinə ekskursiya təşkil edilib, ərazidəki kanat yollarından və atraksionlardan istifadə imkanı yaradılıb, həmçinin onlar üçün  müxtəlif əyləncələr, maraqlı oyunlar, musiqili konsert proqramları təşkil edilib,eləcə də xizək sürmə vərdişləri öyrədilib.

Konsert tədbirində Əməkdar artist Abbas Bağırov, müğənni Çinarə Məlikzadə, muğam ifaçısı Zabitə Alıyeva, gənc ifaçılar Murad Azəri, Nihad Orucov, akkordeonçu Becan  və "Mary Band" qrupunun mahnıları səsləndirilib. Tədbiri tanınmış aparıcı Kamilə Babayeva və Mehin Hümbətova idarə ediblər.

Tədbirdə şəhid anaları Səmayə Həşimova, Məryəm Xəncəlova və Təranə Hüseynova şəhidlərimizin həyat yoldaşları öz ürək sözlərini dilə gətiriblər.

Layihənin gerçəkləşməsində böyük əməyi olan Şahdağ Turizm Mərkəzinin rəhbərliyi adından mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Orxan Bədəlov şəhid əmanətləri ilə görüşdən və bu layihənin dəstəkçisi olmaqdan qürur hiss etdiklərini ifadə edib.   

Günorta saatlarında Bakıda yaşayan şəhid övladları ilə Qusar şəhidlərinin övladları arasından futbol üzrə dostluq yarışı baş tutub. "Lion uşaq klubu"nun baş məşqçisi Samir Xairovun rəhbərlik etdiyi yarışda dostluq qalib gəlib. Şəhid övladlarına üzərində Futbol Federasiyasının loqosu olan toplar hədiyyə olunub.

Tədbirin təşkilatçısı, "Fire Land Production"ın rəhbəri Cəlal Qurbanov tədbir haqqında bu fikirləri səsləndirib: "Biz şəhid yaxınlarınınn kədərli gözləri gülsün deyə çalışmalıyıq. Mən onların yanında ikən doğmalıq hiss edirəm. Onların atalarının, oğullarının fədakarlığına layiq vətəndaş olmağa çalışıram. Bu xalqın gələcəyi üçün də qəhrəmanlar yetişsin deyə dünənin, bu günün qəhrəmanları uca tutulmalıdır. Hər zaman böyük coşqu, dərin hörmət, bitməz minnətdarlıq hissi ilə şəhid qəhrəmanlarımızın adı əlçatmaz bir zirvədə olacaq. Onların əmanətlərinə sədaqətli olacağıq. Mən şəhid övladlarını öz balalarımdan ayırmıram. Bu gün tədbirlə yanaşı 4 şəhid övladının ad gününü qeyd etdik. Şəhid Ümid Xəncəlovun Ulyana qızı ilə ilk görüşümüz idi, yenə də istiqanlılığı, böyüklərin qucağına sığınması ilə hər kəsi təsirləndirdi. Hüseyn balamız isə polis olmaq istəyini dilə gətirdi. Yeri gəlmişkən, mən bu gün bu işdə bizə dəstək olan Daxili İşlər Nazirliyinin əməkdaşlarına, şəhid əmanətlərini təzimi ilə təsirləndirən polislərimizə, qayğıkeş Şahdağ Turizm Mərkəzinə dərin təşəkkürümü bildirirəm. Şahdağ Turizm Mərkəzi artıq ikinci dəfədir ki, şəhid əmanətlərini böyük hörmətlə qonaq edir. Bundan əlavə, hər zaman şəhidlərimizin ailələrinə diqqət göstərən, onlara həsr olunan layihələri dəstəkləyən Heydər Əliyev Fonduna təşəkkür edirəm. Ali Baş Komandanımız İlham Əliyevin dediyi kimi, şəhid yaxınlarını diqqətdə saxlamaq hər birimizin borcudur. Biz 2 ildən çoxdur ki, bu borc qarşısında layiqincə sədaqət nümayiş etdirməyə çalışırıq. Nə qədər ki, sağıq, layihələrimiz digər bölgələrdə də davam edəcək."

"Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu artıb" like
  • 03 Fev 17:29  
Digərləri "Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu artıb"

Gərgin enerji böhranının yaşandığı bir dövrdə Azərbaycanın Avropanı

arrow Ətraflı
Yoluxanların sayı açıqlandı like
  • 03 Fev 17:27  
Digərləri Yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 24 yeni yolux

arrow Ətraflı
"Üç kuruş"un aktyoru evləndi  FOTO like
  • 03 Fev 17:11  
Şou-biznes "Üç kuruş"un aktyoru evləndi FOTO

Sonuncu dəfə "Üç kuruş" serialında rol alan aktyor Bora Akkaş a

arrow Ətraflı
ABŞ kəşfiyyatından Ukrayna müharibəsi ilə bağlı yeni proqnoz like
  • 03 Fev 16:40  
Dünya ABŞ kəşfiyyatından Ukrayna müharibəsi ilə bağlı yeni proqnoz

"Qarşıdakı 6 ay Rusiyanın Ukraynaya qarşı müharibəsinin yekun nəti

arrow Ətraflı
"Türkiyə Cənubi Qafqazın inkişafı üçün atılan addımlarda səmimidir" like
  • 03 Fev 16:39  
Digərləri "Türkiyə Cənubi Qafqazın inkişafı üçün atılan addımlarda səmimidir"

Türkiyə və Azərbaycan Cənubi Qafqazın inkişafı üçün atılan addımlar

arrow Ətraflı
Marketdə vitrində göstərilən qiymətlə kassadakı qiymət fərqlənərsə, like
  • 03 Fev 16:20  
Digərləri Marketdə vitrində göstərilən qiymətlə kassadakı qiymət fərqlənərsə,

Son dövrlər marketə məhsul almağa daxil olan alıcı vitrində gördüyü q

arrow Ətraflı
“6 milyon manatı mən yox, telekanallar mənimsəyib” like
  • 03 Fev 16:11  
Digərləri “6 milyon manatı mən yox, telekanallar mənimsəyib”

Prezidentin seriallara ayırdığı 6 milyonu mənimsəyən qurumun bəlli oldu�

arrow Ətraflı
"4 kq çəki atmışam, amma bədənimdə yığılma var" like
  • 03 Fev 16:00  
Şou-biznes "4 kq çəki atmışam, amma bədənimdə yığılma var"

"Hər zaman yazırlar ki, Kamilə Babayeva artıq çəki alıb. İndi arıq

arrow Ətraflı
Rumıniya Prezidenti İçərişəhərdə təndir çörəyi yedi  FOTO like
  • 03 Fev 15:51  
Digərləri Rumıniya Prezidenti İçərişəhərdə təndir çörəyi yedi FOTO

Rumıniya Prezidenti Klaus Yohannis fevralın 3-də İçərişəhərlə tanış

arrow Ətraflı
Ziraat Bank Azərbaycan ilə ev sahibi olun! like
  • 03 Fev 15:50  
Digərləri Ziraat Bank Azərbaycan ilə ev sahibi olun!

Ziraat Bank Azərbaycan, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəma

arrow Ətraflı
Baş nazirdən soğanın qiymətinə təsir edəcək qərar like
  • 03 Fev 15:44  
Digərləri Baş nazirdən soğanın qiymətinə təsir edəcək qərar

Baş (adi) soğan və şalot soğanı (yaşıl soğan, habelə örtülü şərai

arrow Ətraflı
Nazpərinin bacısının xəstəxanadan görüntüsü yayıldı  FOTO like
  • 03 Fev 15:31  
Şou-biznes Nazpərinin bacısının xəstəxanadan görüntüsü yayıldı FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Nazpəri Dostəliyevanın müğənni bac�

arrow Ətraflı
Prezidentdən terrorçunu zərərsizləşdirən Vasif ilə bağlı sərəncam like
  • 03 Fev 15:30  
Siyasət Prezidentdən terrorçunu zərərsizləşdirən Vasif ilə bağlı sərəncam

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İran İslam Respublikas�

arrow Ətraflı