“6 milyon manatı mən yox, telekanallar mənimsəyib”


Digərləri 03 Fev 2023 16:11:00 334 0

“6 milyon manatı mən yox, telekanallar mənimsəyib”

Prezidentin seriallara ayırdığı 6 milyonu mənimsəyən qurumun bəlli olduğunu xəbər vermişdik.

Məsələni tanınmış aktyor və rejissor Hikmət Rəhimov bir neçə gün öncə televiziyada çıxışı zamanı aktuallaşdırıb. O, illər əvvəl Prezident İlham Əliyev tərəfindən serialların inkişafına dəstək məqsədilə ayırdığı 6 milyon manat vəsaitin mənimsədildiyini iddia edib. Bildirdiyinə görə ölkə başçısının serial sektoruna ayırdığı maliyyə hissə-hissə xərclənməli olduğu təqdirdə ortaya serial çıxmayıb və pullar yeyilib. Aktyor yeyinti faktorunda ittiham tərəf göstərməsə də, ictimaiyyətdə sözgedən vəsaitin Mədəniyyət Nazirliyinə ayrıldığı və aidiyyəti üzrə xərclənilmədiyi iddia olunub.  

Son.az xəbər verir ki, bizim.media məsələni nazirliklə aydınlaşdırıb. Qurumdam saytımıza ittiham tərəfin onlar olmadığı və qeyd olunan dövr ərzində Mədəniyyət Nazirliyinə serial çəkilişinə görə xüsusi vəsait ayrılmadığı bildirilib. Bu açıqlamadan sonra bizim.media sözügedən məsələdə araşdırmasını davam edib.

Məlum olub ki, Azərbaycan prezidenti İlham Əliyev milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında sərəncamı 2013-cü ildə imzalayaraq, Prezidentin Ehtiyat Fondundan Milli Televiziya və Radio Şurasına 6 (altı) milyon manat vəsait ayırıb.

2013-cü ildə isə Milli Televiziya və Radio Şurasına sədrliyi Nuşirəvan Məhərrəmli həyata keçirib. 

Sözügedən ittihamlara keçmiş Teleradio Şurası  sədrinin cavabı maraqlı olub. O, açıqlamasında 6 milyonun mənimsənilməsində birbaşa telekanalları günahlandırıb:

"Həmin vəsait qəpiyinə qədər televiziya kanallarına ayrılıb və hər birinə bərabər şəkildə bölünüb. Mənimsəmənin də bütün məsuliyyəti televizya kanallarının rəhbərlərinə aiddir. O dövrdə kifayət qədər serial çəkildi. Amma çox bərbad vəziyyətdə və keyfiyyəti aşağı oldu. O zaman bilirsiz sitkom (situasiya komediyası) çəkilirdi və birdən-birə 40-a yaxın serial çəkildi. Onun da bütün məsuliyyəti televiziya kanallarının özünün idi. Yəni orada heç bir problem yox idi. Əlbəttə ki, vəsait qurum kimi bizə verilməli idi ki, onlara ötürək. Bütün vəsait qəpiyinə qədər televizya kanallarına köçürüldü. Biz orada sadəcə bankomat rolunu oynadıq".

Nuşirəvan Məhərrəmli əlavə edib ki, 10 il əvvəl çəkilən keyfiyyətsiz seriallarla bağlı dəfələrlə narazılığını bildirib. Amma məsələyə reaksiya verən olmayıb:

"Aktyorun dediklərində həqiqət var və bu məsələdə məsuliyyəti televiziya kanalları daşıyır. Mən də o zaman çəkilən serialların hamısının keyfiyyətindən narazı idim. Amma bizim də elə səlahiyyətimiz yox idi ki, serialların çəkilişinə nəzarət edək. O zaman da narazılığımızı kifayət qədər ictimailəşdirmişik. 10 il bundan əvvəl olan bir məsələ barədə vaxtında danışmışıq", -deyə o, vurğulayıb.

Araşdırmamız nəticəsində o da məlum olub ki, Nuşirəvan Məhərrəmli o zaman seriallara ayrılan vəsaiti telekanallara Prezident Administrasiyasının eks-şöbə müdiri Əli Həsənovun göstərişi ilə bölüşdürüb.

Lakin sonradan vəsaitin təyinatı üzrə xərclənməsinə və çəkilən serialların keyfiyyətinə nəzarət olunmayıb. Nəticədə isə rejissor Hikmət Rəhimovun qeyd etdiyi kimi, ayrılan məbləğ hissələrə bölünərək mənimsənilib. Ortalığa isə heç bir məhsul çıxarılmayıb.  Bu isə öz növbəsində Azərbaycan teleməkanında keyfiyyətli serial istehsalını bir neçə ilə geriyə atmış olub.

"4 kq çəki atmışam, amma bədənimdə yığılma var" like
  • 03 Fev 16:00  
Şou-biznes "4 kq çəki atmışam, amma bədənimdə yığılma var"

"Hər zaman yazırlar ki, Kamilə Babayeva artıq çəki alıb. İndi arıq

arrow Ətraflı
Rumıniya Prezidenti İçərişəhərdə təndir çörəyi yedi  FOTO like
  • 03 Fev 15:51  
Digərləri Rumıniya Prezidenti İçərişəhərdə təndir çörəyi yedi FOTO

Rumıniya Prezidenti Klaus Yohannis fevralın 3-də İçərişəhərlə tanış

arrow Ətraflı
Ziraat Bank Azərbaycan ilə ev sahibi olun! like
  • 03 Fev 15:50  
Digərləri Ziraat Bank Azərbaycan ilə ev sahibi olun!

Ziraat Bank Azərbaycan, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəma

arrow Ətraflı
Baş nazirdən soğanın qiymətinə təsir edəcək qərar like
  • 03 Fev 15:44  
Digərləri Baş nazirdən soğanın qiymətinə təsir edəcək qərar

Baş (adi) soğan və şalot soğanı (yaşıl soğan, habelə örtülü şərai

arrow Ətraflı
Nazpərinin bacısının xəstəxanadan görüntüsü yayıldı  FOTO like
  • 03 Fev 15:31  
Şou-biznes Nazpərinin bacısının xəstəxanadan görüntüsü yayıldı FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Nazpəri Dostəliyevanın müğənni bac�

arrow Ətraflı
Prezidentdən terrorçunu zərərsizləşdirən Vasif ilə bağlı sərəncam like
  • 03 Fev 15:30  
Siyasət Prezidentdən terrorçunu zərərsizləşdirən Vasif ilə bağlı sərəncam

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İran İslam Respublikas�

arrow Ətraflı
PRoMete də konsert verəcək like
  • 03 Fev 15:21  
Şou-biznes PRoMete də konsert verəcək

Reper PRoMete (Pərviz İsaqov) konsert verməyə hazırlaşır.

arrow Ətraflı
Azərbaycandan Rumıniyaya qaz nəqlinə dair Saziş imzalandı like
  • 03 Fev 15:20  
Digərləri Azərbaycandan Rumıniyaya qaz nəqlinə dair Saziş imzalandı

2023-cü il fevralın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçiv�

arrow Ətraflı
Narkotik daşıyan “Wolt” kuryerləri saxlanıldı  Bakıda əməliyyat  VİDEO  FOTO like
  • 03 Fev 15:11  
Kriminal Narkotik daşıyan “Wolt” kuryerləri saxlanıldı Bakıda əməliyyat VİDEO FOTO

Səbail RPİ-nin 9-cu Polis Bölməsinin keçirdiyi tədbirlərlə paytaxtda nar

arrow Ətraflı
Hansı oyuncaqlar uşaqların psixologiyasına mənfi təsir göstərə bilər? like
  • 03 Fev 14:44  
Digərləri Hansı oyuncaqlar uşaqların psixologiyasına mənfi təsir göstərə bilər?

Uşaqların ən yaxşı dostları oyuncaqlar. Bu dostlar bəzən düşmənə d

arrow Ətraflı
Avropa İttifaqı və Azərbaycan çox yaxşı əməkdaşlıq edirlər like
  • 03 Fev 14:38  
Siyasət Avropa İttifaqı və Azərbaycan çox yaxşı əməkdaşlıq edirlər

Biz uzunmüddətli dayanıqlı enerji tərəfdaşlığının əsaslarını qoyur

arrow Ətraflı
Nazir: Naxçıvanda orta məktəbdə narazılıqla bağlı gün ərzində qərar veriləcək like
  • 03 Fev 14:27  
Digərləri Nazir: Naxçıvanda orta məktəbdə narazılıqla bağlı gün ərzində qərar veriləcək

Naxçıvan şəhərindəki 12 nömrəli tam orta məktəbdə baş verən insiden

arrow Ətraflı