Nazir: Naxçıvanda orta məktəbdə narazılıqla bağlı gün ərzində qərar veriləcək
Digərləri 03 Fev 2023 14:27:00 346 0
Naxçıvan şəhərindəki 12 nömrəli tam orta məktəbdə baş verən insidentdən sonra Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov məktəbə gəlib.
Bu xəbəri də oxu: Uşaq bağçalarına saxta vakansiyalar elanı verən şəxs saxlanıldı
Son.az APA-ya istinadən bildirir ki, təhsil naziri məktəbdə yaranan narazılıqla bağlı açıqlama verib: "12 nömrəli tam orta məktəb Naxçıvan Muxtar Respublikasının ən öndə gedən məktəblərindən biridir və burada nüfuzlu müəllimlər çalışır. Məktəbin nəticələri də uğurludur. Ötən tədris ilində məktəb 71 faizdən çox qəbul verib və məktəbi qızıl nişanla bitirən məzunlar olub. Bu da burada çalışan kollektivin əməyinin nəticəsidir. Sadəcə, direktorla məktəb kollektivi arasında anlaşılmazlıq olub. Dünən və bu gün burada xüsusi komissiya ilə iclas keçirdik və komissiyaya tərəfindən bir daha təhlillər aparıldı. İndi yekun protokollar hazırlanır və gün ərzində qərar veriləcək".
***
09.05
Naxçıvan şəhərində yerləşən 12 nömrəli tam orta məktəbdə müəllimlərin direktora etirazı davam edir.
Son.az APA-ya istinadən bildirir ki, bu gün səhər saatlarından müəllimlər məktəbin qarşısına toplaşıblar.
Onların heç biri dərsə girməyib.
Müəllimlər yeni təyin olunan direktor Turan Məmmədli məktəbdən getməyincə dərs keçməyəcəklərini deyirlər.
Naxçıvan MR-in təhsil naziri Rəhman Məmmədov narazılıqla bağlı məktəbə gəlib.
Son.az
Bakı getdikcə fəallaşır. İkinci Qarabağ müharibəsindən sonra Azərbayc
Ukraynanın keçmiş müdafiə nazirinin müavini Aleksandr Mironyukun divanınd
Uzun müddətdir Türkiyəyə köçən müğənni Elçin Cəfərov Bakıya gəl
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İtti
"Baku Network" ekspert platformasında Azərbaycanın Avropa Parlament
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı
Azərbaycanda yaşıl enerji potensialı çox böyükdür. Bu, artıq təsdiq ol
Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycan Respublikasına rəsmi səfər
Azərbaycan bu gün həm region, həm də Avropa və Asiya üçün olduqca önə
Rusiyalı teleaparıcı Vladimir Solovyov Ukrayna ordusuna Qərb tanklarının t
Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi qeyd ediləcək.
"İran dövləti zəlzələdən ziyan çəkənləri aldadır".
Bərpaolunan enerji bizim planlarımızın bir hissəsidir. Üç əsas enerji ş
Bu gün biz Azərbaycanda "Masdar" və "ACWA Power" kimi inv