Xaricdən minik avtomobilinin satışı ilə məşğul olan fiziki şəxsin hansı vergi öhdəliyi yaranır?
Digərləri 03 Fev 2023 13:27:00 273 0
Xarici ölkələrdən minik avtomobili alıb-satan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır və vergi necə hesablanır?
Son.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.
"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmaq mümkündür. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma "ASAN xidmət" mərkəzlərində, mərkəzlərin olmadığı şəhər və rayonlarda isə vergiödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaq.
Fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda, ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.
Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.
Həmçinin nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikrosahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikrosahibkarlıq subyekti olduğu halda isə (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200 min manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə etmək olar.
Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycan Respublikasına rəsmi səfər
Azərbaycan bu gün həm region, həm də Avropa və Asiya üçün olduqca önə
Rusiyalı teleaparıcı Vladimir Solovyov Ukrayna ordusuna Qərb tanklarının t
Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi qeyd ediləcək.
"İran dövləti zəlzələdən ziyan çəkənləri aldadır".
Bərpaolunan enerji bizim planlarımızın bir hissəsidir. Üç əsas enerji ş
Bu gün biz Azərbaycanda "Masdar" və "ACWA Power" kimi inv
Övladları balaca olan, xüsusilə də işləyən valideynlər uşaqlarını ya
Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərə
Aktyor və prodüser Cövdət Şükürov müzakirə yaradacaq açıqlama verib.
Bir neçə gün əvvəl Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlı
İtaliya Azərbaycandan ixrac olunan təbii qazı Avropanın digər ölkələrin
Cənub Qaz Dəhlizi Məşvərət Şurasında səslənən planlar enerji təhlük