Solovyov isterika içərisində: Hanı ordu!?
Dünya 03 Fev 2023 13:16:00 269 0
Rusiyalı teleaparıcı Vladimir Solovyov Ukrayna ordusuna Qərb tanklarının tədarükünə isterik reaksiya verib. O, Rusiyanın niyə hələ də "anti-imperialist koalisiya" yaratmamasına əsəbiləşib.
Bu xəbəri də oxu: Süni intellekt “Prius”a polisdən “qaçmağa” kömək etdi
Son.az Axar.az-a istinadən xəbər verir ki, o, bu barədə "Vladimir Solovyovla axşam" verilişinin efiri zamanı deyib.
"Şimali Koreya, İran və Çin Rusiya ilə birlikdə Ukraynaya qarşı vuruşmalıdır. Biz güclü anti-imperialist koalisiya yaratmışıq? Harada? Bizim yanımızda Şimali Koreya, Çin, İrandan döyüşən əsgərlər haradadır? Biz ordudan belə istifadə etmirik, hətta çağırışçılardan da istifadə etmirik. Yoxsa hesab edirik ki, bir dəfə 300 min nəfərin səfərbər edilməsi kifayətdir? Bəs kim döyüşəcək? Üstəlik, hər kəsin Qırmızı Ordu sıralarına girməsi üçün qısa telefon nömrələri yaratmaq lazımdır. Bizim telefon operatorlarımız Qırmızı Orduya qoşulmaq istəyənlərin zəng edə biləcəyi qısa nömrə yarada bilməz? Rusiya ordusu 5 milyon nəfərə qədər genişləndirilməli və ölkə sənayesi hərbi müstəviyə keçirilməlidir. Ali Baş Komandan (Vladimir Putin - red.) ordunu 1,5 milyona çatdırdı. Üç milyon lazımdır! Beş milyon lazımdır! Ordu qurulmalıdır. Bütün sənaye elə işləməlidir ki, müdafiə sənayesində hər şey olsun", - o bildirib.
Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi qeyd ediləcək.
"İran dövləti zəlzələdən ziyan çəkənləri aldadır".
Bərpaolunan enerji bizim planlarımızın bir hissəsidir. Üç əsas enerji ş
Bu gün biz Azərbaycanda "Masdar" və "ACWA Power" kimi inv
Övladları balaca olan, xüsusilə də işləyən valideynlər uşaqlarını ya
Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərə
Aktyor və prodüser Cövdət Şükürov müzakirə yaradacaq açıqlama verib.
Bir neçə gün əvvəl Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlı
İtaliya Azərbaycandan ixrac olunan təbii qazı Avropanın digər ölkələrin
Cənub Qaz Dəhlizi Məşvərət Şurasında səslənən planlar enerji təhlük
Paytaxtın bəzi küçələrində piyada səkiləri müxtəlif obyektlər tərə
Məşvərət Şurasının iclasında ilk olaraq konseptual məsələlər həll e
Təbii qaz ehtiyatlarımız bizim və tərəfdaşlarımız üçün ən azı yüz