Ziraat Bank Azərbaycan ilə ev sahibi olun!
Digərləri 03 Fev 2023 15:50:00 402 0
Ziraat Bank Azərbaycan, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət fondu (ARİKZF) ilə əməkdaşlığı çərçivəsində 2023-cü il üzrə aşağı faizli ipotekakreditlərinin verilməsinə başlamışdır.
Bu xəbəri də oxu: Bakıda "yolka"lı "Ferrari" diqqət çəkdi tanınmış idmançınındır VİDEO
Bank tərəfindən bildirilən məlumata əsasən müştərilərə aşağı faizli ipoteka kreditləri adi və güzəştli növlərdə təqdim edilir. Adi ipoteka krediti üzrə maksimal məbləğ 150 000 AZN, faiz dərəcəsi isə 7% təşkil edir. Güzəştli kateqoriya üçün nəzərdə tutulmuş Güzəştli ipoteka kreditlərində isə maksimal məbləğ 100 000 AZN, faiz dərəcəsi isə 3,7% təşkil edir. 18 yaşına çatmış, gəliri rəsmi sənədlə təsdiq edilmiş, Fond tərəfindən tələb olunan şərtlərə cavab verən İpoteka kreditini Ziraat Bank Azərbaycan vasitəsilə əldə etmək istəyən Azərbaycan vətandaşları Elektron Hökumət portalında Fondun müvafiq sistemində Elektron İmza Tokeni (www.e-imza.az) və ya ASAN imza (www.asanimza.az) ilə qeydiyyatdan keçərək, sistem tərəfindən onlara verilən aktivasiya kodu ilə bankın istənilən filialına yaxınlaşaraq müraciətlərini aktivləşdirməklə arzu etdikləri mənzili sahiblənə bilərlər.
"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Baş (adi) soğan və şalot soğanı (yaşıl soğan, habelə örtülü şərai
Xəbər verdiyimiz kimi, Xalq artisti Nazpəri Dostəliyevanın müğənni bac�
Prezident İlham Əliyev Azərbaycan Respublikasının İran İslam Respublikas�
2023-cü il fevralın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçiv�
Səbail RPİ-nin 9-cu Polis Bölməsinin keçirdiyi tədbirlərlə paytaxtda nar
Fevralın 4 də "media qurumları rəhbərlərinin" Media Reyestri mö
Uşaqların ən yaxşı dostları oyuncaqlar. Bu dostlar bəzən düşmənə d
Biz uzunmüddətli dayanıqlı enerji tərəfdaşlığının əsaslarını qoyur
Naxçıvan şəhərindəki 12 nömrəli tam orta məktəbdə baş verən insiden
Bakı getdikcə fəallaşır. İkinci Qarabağ müharibəsindən sonra Azərbayc
Ukraynanın keçmiş müdafiə nazirinin müavini Aleksandr Mironyukun divanınd
Uzun müddətdir Türkiyəyə köçən müğənni Elçin Cəfərov Bakıya gəl