Media Reyestrinə qarşı kampaniya aparanların gerçək niyyətləri: tapşırıq belə gəlib...
Digərləri 03 Fev 2023 14:55:00 339 0
Fevralın 4 də "media qurumları rəhbərlərinin" Media Reyestri mövzusunda "dəyərimi masa" keçirəcəkləri anons edilib. Təşkilatçılar barədə bilgi qapalı saxlanılır. Amma tədbir üçün ünvan olaraq "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi"nin ofisinin seçilməsi təşkilatçı kontingent barədə təsəvvür formalaşdırır. Paralel olaraq, bir neçə gündür ki, "hüquqşünaslar və media ekspertləri"ndən ibarət "bəlli qrup"un aktivliyi müşahidə edilir. Onlar "Media haqqında" Qanunu, o cümlədən, Media Reyestri mövzusunu təkrarən gündəmə gətiriblər. Aktiv şəkildə əks-kampaniya aparırlar.
Bu xəbəri də oxu: Aytən Səfərəliyevaya yeni vəzifə verildi
Qanunun dəyişdirilməsini, Media Reyestrinin ləğv edilməsini istəyirlər. Bu, həmin qrupdur ki, aylar öncə Avropa Şurasının Venesiya Komissiyasına, həmçinin, Avropa Şurasının Nazirlər Komitəsinə müraciət edərək, "Media haqqında qanunun" pislənilməsini istəmişdilər. 4 fevralda keçirilməsi nəzərdə tutulan "dəyərimi masa" həmin kampaniyanın davamı kimi görünür.
Bu aydınlığın içində cavabı bilinməyən bir sual qalır: "Bəlli qrup" 2022-ci ildə apardığı, sonucda iflasa uğratdığı kampaniyanı indi nədən təkrarlayır? Onları yenidən ümidləndirən nədir?
2 stimullaşdırıcı səbəb görünür
Media Reyestrinin ləğv olunmasını tələb edən "hüquqşünasları", "media ekspertlərini" ümidləndirən iki mühüm səbəb görünür. Səbəblərdən biri ənənəvidir: xaricdən qrant layihələrinin alınmasına hesablanıb. Məsələ ondadır ki, Azərbaycanda mübahisəli hüquqi mövzuların Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) müstəvisinə çıxarılması üçün xüsusi layihə icra olunur. Layihə onun müəllifləri üçün siyasi məqsədlidir. Belə ki, AİHM-ə göndərilən işlərin kəmiyyətcə çoxalması nəticə etibarilə, həm də ölkəmizə qarşı siyasi təzyiqlər üçün əsas yaradır. Məsələn, Avropa təsisatlarında məskunlaşmış "erməni lobbi qrupları" indi bir tezis üzərində xüsusi dayanırlar. Deyirlər ki, "Azərbaycan qeyri-demokratik ölkə olduğu üçün Qarabağ erməniləri bu dövlətin tərkibində yaşaya bilməzlər". Ruben Vardanyan da xarici KİV-lərə verdiyi bütün müsahibələrində bu tezisi təkrarlayır. Həmin tezisi əsaslandırmaq üçün istinad edilən mənbələrdən biri də AİHM-ə Azərbaycandan göndərilən işlərin "kəmiyyətcə çoxalmasıdır". Azərbaycandan AİHM-ə göndərilən, insan haqları pozuntusunu ehtiva edən məsələlər kəmiyyətcə çoxalırsa, bu, "erməni şəbəkəsinə" Azərbaycanı tənqid etmək üçün əsas yaradır. Bu səbəbdən də onlar Azərbaycanda mübahisəli hüquqi məsələlərin AİHM müstəvisinə çıxarılmasını ehtiva edən layihələrin ayrılması üçün lobbiçilik edirlər. AİHM-ə göndərilən işlərin intensivləşdirilməsi üçün imkanlar təklif edirlər.
Layihə icraçılarından olan "hüquqşünasların" və "media ekspertlərinin" açıqlamalarından görünür ki, Media Reyestri ilə bağlı məsələni də AİHM müstəvisinə çıxarmağa hazırlaşırlar.
Problem həm də ondadır ki, bu qrupda təmsil olunanlar AİHM-ə göndərilən iddiaların kəmiyyətini süni şəkildə çoxaldırlar. Məsələn, Media Reyestrində qeydə düşə bilməyən KİV subyektlərinə, jurnalistlərə müraciət ediblər. Onları yerli məhkəmələrə müraciət etməyə həvəsləndiriblər. Xərclərini də qrant layihəsi çərçivəsində ödəyirlər. Yerli məhkəmələrdə hüquqları tanınmayacaqsa, işi AİHM müstəvisinə çıxaracaqlar. Onlar əmindirlər ki, yerli məhkəmələr bu KİV-lərə bəraət qazandırmayacaqlar. Çünki, onlar yaxşı bilirlər ki, Media Reyestrinə düşə bilməyən KİV-lərin sənədlərində problemlər mövcuddur. Əgər problem olmasaydı, Reyestr Xidməti onları qeydə alardı. "Hüquqşünaslar" və "media ekspertləri" bu nüansdan sui-istifadə edirlər. Reyestrdə qeydə alınmamış KİV-lərə öz sənədlərini qaydaya salmaq üçün gerçək dəstək vermirlər. Əksinə, belə KİV-lərə dəstək verirlər ki, məhkəmələrə məhz öz qüsurlu sənədləri ilə getsinlər. Orada uduzsunlar.
Təbii ki, məhkəmələr bu KİV-lərin sənədlərindəki qüsurları görüb onları haqsız sayacaq. Beləliklə, şərait yaranacaq ki, "hüquqşünaslar" işi AİHM müstəvisinə çıxarsınlar.
Bu proses "hüquqşünaslar" və "media ekspertləri" üçün sadəcə yem mənbəyidir. Nə qədər çox işi hazırlayıb AİHM müstəvisinə çıxarırlarsa, bir o qədər çox qrant layihəsi, qonorar alacaqlar. Siyasi tərəflərini, milli maraqlar üçün yaratdığı fəsadları isə düşünmürlər. Qeyd etmək zəruridir ki, "Azərbaycan məhkəmələrində süni şəkildə uduzdurulmuş işlərin AİHM müstəvisinə çıxarılması" üçün layihələr məqsədli şəkildə artırılır. Qarabağ danışıqlarının intensivləşdiyi, dünyanın diqqət mərkəzində olduğun bir zamanda belə süni problemlərin yaradılması erməni lobbi qruplarının işinə yarayır.
Bu yöndə daha bir fakta baxaq.
"Hüquqşünas və media ekspertləri" təkcə Media Reyestrindən şikayətçi olan KİV-ləri deyil, həm də jurnalistləri səfərbər edirlər. Məsələn, əmək müqaviləsi olmayan, əmək münasibətləri rəsmiləşdirilməyən jurnalist Reyestr xidmətindən keçə bilmirsə, "Hüquqşünas və media ekspertləri" qrupu ona "sahib çıxır". Tövsiyə edirlər ki, dərhal məhkəməyə müraciət etsinlər, Media Reyestrinin ləğv edilməsinə çalışsınlar. Amma heç zaman demirlər ki, əmək mübahisələri ilə bağlı problemi Media Reyestri yaratmayıb. Reyestr xidməti, sadəcə mövcud olan problemi aşkarlayıb və onun aradan qaldırılmasını tövsiyə edib. Problemin mahiyyəti budur ki, bir sıra həmkarlarımız uzun illər jurnalist kimi fəaliyyət göstərsələr də, onların fəaliyyəti rəsmiləşdirilməyib, əmək kitabçasında qeydə düşməyib. Media sahəsində 10 ildən yuxarı müddətdə fəaliyyət göstərən həmkarlarımız vardır ki, əmək kitabçasında hətta 3 illik jurnalistik fəaliyyət görünmür. Reyestr xidməti buna göz yumsa belə, jurnalist pensiya yaşına çatanda, yaxud, çalışdığı redaksiyada əmək mübahisəsi yarananda çıxılmaz duruma düşəcək.
Biz, Jurnalistlərin Həmkarlar İttifaqı olaraq, 2002-ci ildən etibarən, bu sahədə sistemli monitorinqlər aparırıq. Jurnalistlərin əmək münasibətlərinin rəsmiləşdirilmədiyini mövcud problemlərdən biri kimi qabardırıq. Onlarca həmkarımızın bu səbəbdən problemlərlə rastlaşdığını qeyd edirik. Pensiya yaşına çatanda əlacsız qaldıqlarını, əmək mübahisələri ilə rastlaşanda müşkülə düşdüklərini yazırıq. Bu mənada Media Reyestrinin əmək münasibətlərinin qaydaya salınması şərtini alqışlayırıq. İndi şərh yazaraq Media Reyestrinin ləğv edilməsini tələb edən "hüquqşünaslar", "media ekspertləri" jurnalistlərin bu problemlərinin həll edilməsi üçün bircə addım atıblarmı? Görməmişik, olmayıb belə fəaliyyətləri. Nəticə çıxır ki, onların niyyətləri jurnalisti müdafiə etmək, probleminin həllinə dəstək göstərmək deyil. Niyyətləri Media Reyestrini pisləyib gözdən salmaqdır, xidmətin ləğvi üçün çalışmaqdır. Sonucda bu problemi AİHM müstəvisinə çıxarmaqdır.
Digər yandan, nəzərə almaq lazımdır ki, 2023-cü il yeni başlayıb. Beynəlxalq donor təşkilatlar yeni qrant layihələri elan ediblər. Məsələn, ABŞ-ın Azərbaycandakı Səfirliyi 65,000 USD məbləğində qrant uduşunu ehtiva edən müsabiqənin elanını verib (https://az.usembassy.gov/nofo-media/ ). "Peşəkar medianın inkişafı", "Media ehtiyaclarının qiymətləndirilməsi" yönündə layihələr verib qalib olmaq mümkündür. Belə donorların və müsabiqələrin sayı çoxdur. Şərtləri isə bənzərdir. Azərbaycan media mühitini tənqid etmək, "səmərələşdirici təkliflər" səsləndirmək kifayət edir ki, bu müsabiqələrin qalibi olasan. Media Reyestrinə qarşı kampaniya aparanların çıxışlarında bu müsabiqələrin şərtlərinə uyğunlaşmış tezislərin açıqlandığı çox aydın şəkildə görünür.
Azərbaycan media qanununu SLAPP kampaniyasına daxil edirlər
Uşaqların ən yaxşı dostları oyuncaqlar. Bu dostlar bəzən düşmənə d
Biz uzunmüddətli dayanıqlı enerji tərəfdaşlığının əsaslarını qoyur
Naxçıvan şəhərindəki 12 nömrəli tam orta məktəbdə baş verən insiden
Bakı getdikcə fəallaşır. İkinci Qarabağ müharibəsindən sonra Azərbayc
Ukraynanın keçmiş müdafiə nazirinin müavini Aleksandr Mironyukun divanınd
Uzun müddətdir Türkiyəyə köçən müğənni Elçin Cəfərov Bakıya gəl
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İtti
"Baku Network" ekspert platformasında Azərbaycanın Avropa Parlament
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı
Azərbaycanda yaşıl enerji potensialı çox böyükdür. Bu, artıq təsdiq ol
Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycan Respublikasına rəsmi səfər
Azərbaycan bu gün həm region, həm də Avropa və Asiya üçün olduqca önə
Rusiyalı teleaparıcı Vladimir Solovyov Ukrayna ordusuna Qərb tanklarının t