Respirator disstress sindromu
Digərləri 02 Fev 2023 07:11:00 271 0
Respirator disstress sindromu kəskin tənəffüs çatışmazlığı ilə xarakterizə olunan xəstəlikdir. Xəstəlik aşağıdakı əlamətlərlə özünü biruzə verir: - ağciyərlərin müxtəlif kəskin zədələnmələri - ağciyərlərin qeyri-kardiogen ödemi - xarici tənəffüsün pozulması - hipoksiya - ağciyərdə infiltirasiya. Respirator distress sindromu ağciyərləri birbaşa və ya dolayısı ilə zədələyir. Müayinə zamanı xəstənin qanında ağciyərlərin zədələnməsinə səbəb olan bioloji aktiv maddələrin çoxluğu müəyyən edilir. Ağciyərləri zədələyən maddələrdən trombositlərin aqressiyasının pozğunluqları zamanı da qanda aşkar edilir. Xəstəlik zamanı aktivləşmiş leykositlər və trombositlər sitotoksik maddələr ifraz edərək ağciyərlərin kapiliyarlarında aqreqat şəklində toplanırlar. Bu zaman ağciyər kapiliyarlarının alveollarının zədələnməsi baş verir ki, bu da alveolların (hava boşluqlarının) maye ilə dolması və surfaktant ifrazatın azalmasına səbəb olur. Sonra 3-10 sutka ərzində fibroblastların proliferasiyası baş verir və alveollar arakəsməsi qalınlaşır. 2-3 həftə ərzində əlamətlər kəskinləşir və intersistal fibroz baş verir. Xəstəliyin klinik simptomları zədələyici faktorun təsirindən bir-neçə saat sonra təzahür edir. Xəstələrdə səthi tənəffüs, təngnəfəslik, hipoksemiya əmələ gəlir. Respirator disstress sindromun açıq şəkli 2 gün ərzində aydın olur. Daima oksigen inhalyasiyası verilmədikdə xəstələrdə sianoz meydana gəlir, dəridə göy ləkələr görünür. Diaqnozun qoyulmasında qanın və qan plazmasının ümumi analizləri, qanın qaz tərkibinin analizlərinin nəticələri, rentgenoloji müayinə əsas rol oynayır. Müalicə xəstəxana şəraitində reanimasion tədbirlərin tətbiqi ilə ararılır.
Bu xəbəri də oxu: Sevgilisi ilə araq içən 16 yaşlı qız öldü
Xəbər verdiyimiz kimi, fevralın 1-də Kəlbəcərin Qılınclı kəndi ərazi
Kəskin dağınıq ensofalomielit sinir sisteminin yoluxucu allergik xəstəliyi
Amerikalı müğənni, bəstəkar, rəqqas, xeyriyyəçi, "Popun kralı&quo
Hemostazın pozulması hamiləlik vaxtı ilk növbədə aşağıdakı əlamətl�
"Barbaros Hayreddin:Sultanın fermanı" serialının çəkilişlərin�
Bronxial astmanın müalicəsi pilləli yanaşmaya əsaslanır. Bu yanaşmanın
Türkiyəli tanınmış aktrisa Neslihan Atagül və həyat yoldaşı aktyor Kad
Doğuş fizioloji proses olub dölün uşaqlıq boşluğundan xaric olunması de
Türkiyədə yaşayan Azərbaycan əsilli model Çağla Şıkelin vəkil Nail G�
Hamiləlik vaxtı qadınların endokrin sistemində bir sıra dəyişikliklər b
Dahi bəstəkarımız Asəf Zeynallı 23 il ömür sürməsinə baxmayaraq milli
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Milli Müdafiə Naziri Hulusi Akar "Qış təlimi - 2023" beynəlxalq
Gürcüstan hakimiyyəti hazırda Mixail Saakaşviliyə açıq şəkildə işgə
Yenidən namizədlik qarşısında heç bir maneə qalmır.