Hamilələrin endokrin sistemində baş verən dəyişikliklər
Digərləri 02 Fev 2023 01:01:00 397 0
Hamiləlik vaxtı qadınların endokrin sistemində bir sıra dəyişikliklər baş verir. Hamiləliyin əvvəllərində yumurtalıqlarda gedən proseslər, əsasən də hamiləlik sarı cismdə progesteronun hormon ifrazına səbəb olur. Mayalanma baş verdikdə fgollikul inkişaf etmir, yetişmir, partlamır, yəni ovulyasiya getmir. Bu da sarı cismin hormonlarının hesabına baş verir. Hamiləliyin ikinci yarısında sarı cismin işini və funksiyasını cift görür. Cift daxili sekresiya vəzilərinin ən aktiv rolunu oynayır. Burada estrogen, cift laktogeni, progestron, qonodotropin və s. hormonlar, eyni zamanda bioloji aktiv maddələr (oksitasın, relaksin, vazopressin) əmələ gəlir. Bu hormonların miqdarı hamiləliyin miqdarından asılı olaraq dəyişir. Belə ki, hamiləliyin birinci yarısında doğum fəaliyyətinin hormonları, ikinci yarısında isə estrogen hormonlarının miqdarı çoxalır. Hamiləliyin axırında oyanıqlığın artmasında progestronlar artır və əsas fəaliyyətə malik olurlar. Hipofiz. Hamiləlik vaxtı hipofizin ön payı hüceyrələrinin çoxalması və qalınlaşması hesabına hipofiz vəzi böyüyür və hormon ifraz edir. Hipofizin hormonu qonodotropin sarı cismin hesabına çoxalır. Hipofizin ön payı aşağıdakı hormonların və üzvlərin fəaliyyətini stimulyasiya edir. - döş vəzi funksiyası - qalxanvari vəzi - böyrəküstü vəzi - boy hormonu. Hipotalamusun nüvəsində oksitasinin əmələ gəlməsi çoxalır ki, bu da hamiləliyin axırında və doğuş vaxtı sancıların əmələ gəlməsidə rol oynayır. Qalxanabənzər ətraf vəzi. Hamiləlik zamanı Ca mübadiləsində rol oynayır. Hamiləlik dövründə əzələlərdə qıcolma tutmalarının olması Ca çatışmazlığı səbəbindən baş verir. Böyrəküstü vəzi. Burada kartizon, hidrokartizon hormonları ifraz olunur ki, bu da hamiləlik dövründə zülal və karbohidrat mübadiləsinin tənzimlənməsinə yardım edir.
Bu xəbəri də oxu: Türkiyədə qəribə təbiət hadisəsi
Dahi bəstəkarımız Asəf Zeynallı 23 il ömür sürməsinə baxmayaraq milli
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Milli Müdafiə Naziri Hulusi Akar "Qış təlimi - 2023" beynəlxalq
Gürcüstan hakimiyyəti hazırda Mixail Saakaşviliyə açıq şəkildə işgə
Yenidən namizədlik qarşısında heç bir maneə qalmır.
Ukrayna və Fransa arasında Ukrayna MG-200 hava hücumundan müdafiə sistemlə
Kiyev şərtlər irəli sürməsə, Moskva danışıqlara hazırdır.
Tehranda Azərbaycan səfirliyində baş verən cinayəti nə izah etmək, nə d
"Fobes" jurnalında Avropanın enerji təhlükəsizliyi ilə bağlı p
Ermənistan Prezidentinin əmri ilə Armen Gözəlyan Silahlı Qüvvələrin Əl
Serbiya Azərbaycanın Tehrandakı səfirliyinə törədilən terror aktını q�
ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisi Laura Lohman b
İsrailin müdafiə nazirinin Bakıya iki zəngi İran-Azərbaycan münasibətl�