“Suyuna zəhər qatıb öldürdülər, məzarından da bürünc barelyefini oğurladılar...”
Kriminal 02 Fev 2023 00:44:00 382 0
Dahi bəstəkarımız Asəf Zeynallı 23 il ömür sürməsinə baxmayaraq milli musiqi sənətində silinməz iz qoyaraq milli romans və simfonik musiqinin banisi olub.
Bu xəbəri də oxu: Kövkəb Səfərəliyeva adına I Beynəlxalq festivalmüsabiqənin Qala Konserti keçirilib FOTO
Son.az xəbər verir ki, bəstəkarın yaxın qohumu Elşanə Ağasıyeva moderator.az-a bildirib ki, Asəf Zeynallının məzarüstü abidəsi uçmaq təhlükəsi ilə üz-üzə qalıb.
"Asəf Zeynallı mənim babamın kiçik qardaşı, anamın isə əmisi idi. Bizim ən əziz qohumumuz olub. Çox təəssüflər olsun ki, onu cavan vaxtında itiriblər. Bu bizim ailədə köz bağlamış bir yaradır. Anam onunla bağlı mənə çox xatirələr danışıb. Deyirdi ki, ona musiqi məktəbində dərs deyəndə günorta yeməyi aparırdım. Çünki gündüz vaxtı işləyirdi, evə gəlməyə vaxtı yox idi. Həm teatrda, həm texnikomda, həm də hərbi orkestrdə işləyirdi. Hər şeyə tələsirdi. İstəyirdi ki, Leninqrada getsin, orada sevdiyi bir qız var idi, onunla evlənməyə hazırlaşırdı. Hətta onun üçün kələğayı da almışdı. Anama da deyirdi ki, səni özümlə Leninqrada aparacam. Çox sağlam adam olub, heç vaxt xəstə olmayıb. Qarabağa gedəndən sonra zəifləyib gəlmişdi. Özü danışırdı ki, mənə elə bir su verdilər ki, birtəhər dadı var idi. Əvvəl həmin suyu içməyib, deyiblər ki, bundan başqası yoxdur. Özü də deyirdi ki, məni zəhərlədilər. Qarabağdan qayıdan kimi xəstəxanaya düşdü, orada da vəfat etdi. Sonuncu simfoniyasını xsətəxanaya divarına yazıb vəsiyyət etmişdi ki, onu köçürsünlər. Çünki qorxurdu ki, dünyasını dəyişər, simfoniya yarımçıq qalar. Çox təəssüf ki, onun bu vəsiyyətinə heç kim əməl etməyib. Ona paxıllıq edənlər çox olub. "Uşaq suita"-sını anama həsr etmişdi" deyə Elşanə Ağasıyeva deyib.
Qohumu bəstəkarın məzarının bir müddət əvvəl baxımsız vəziyyətdə olduğuna da aydınlıq gətirib.
"Asəf Zeynallının məzarı heç vaxt baxımsız olmayıb. Dayılarım hər zaman pul verib, məzarı təmizlətdirib. Pandemiya vaxtı heç kim gedib-gələ bilmirdi. O vaxtı da mart ayı, otun yeni çıxan vaxtı idi. Ot basmışdı məzarı. Musiqiçi Mustafa Mehmandarov bunu görüb o dəqiqə uşaqlarla gəlib təmizləmişdilər. Onun məzarına nəzarət edən şəxs pandemiyada xəstələndiyi üçün məzarı baxımsız qalmışdı. Biz də ümid edirdik ki, bura baxan var. Nə biləydik ki, həmin şəxs koronavirusa yoluxub?" deyə o bildirib. Elşanə Ağasıyeva saytımız vasitəsilə aidiyyatı qurumlara müraciət edərək, Asəf Zeynallının məzarının 1-ci fəxri xiyabana köçürülməsini xahiş edib.
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Milli Müdafiə Naziri Hulusi Akar "Qış təlimi - 2023" beynəlxalq
Gürcüstan hakimiyyəti hazırda Mixail Saakaşviliyə açıq şəkildə işgə
Yenidən namizədlik qarşısında heç bir maneə qalmır.
Ukrayna və Fransa arasında Ukrayna MG-200 hava hücumundan müdafiə sistemlə
Kiyev şərtlər irəli sürməsə, Moskva danışıqlara hazırdır.
Tehranda Azərbaycan səfirliyində baş verən cinayəti nə izah etmək, nə d
"Fobes" jurnalında Avropanın enerji təhlükəsizliyi ilə bağlı p
Ermənistan Prezidentinin əmri ilə Armen Gözəlyan Silahlı Qüvvələrin Əl
Serbiya Azərbaycanın Tehrandakı səfirliyinə törədilən terror aktını q�
ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisi Laura Lohman b
İsrailin müdafiə nazirinin Bakıya iki zəngi İran-Azərbaycan münasibətl�
Galaxy S23 Ultra-nın ən qabaqcıl kamerası, təkmilləşdirilmiş oyun təcr�