Samsung yeni Galaxy S23 Seriyasını təqdim etdi: Bu günün və sabahın premium təcrübəsi


Digərləri 01 Fev 2023 22:30:00 211 0

Samsung yeni Galaxy S23 Seriyasını təqdim etdi: Bu günün və sabahın premium təcrübəsi

Galaxy S23 Ultra-nın ən qabaqcıl kamerası, təkmilləşdirilmiş oyun təcrübəsi və daha ekoyönlü dizaynı Samsung-un ən innovativ Galaxy S seriyasında

Bu gün Samsung Electronics Galaxy S23 Ultra, Galaxy S23+ və Galaxy S23-ü təqdim etməklə Samsung Galaxy premium təcrübəsinin yeni dövrünə qədəm qoydu. Samsung Galaxy-nin epik kamerası süni intellekt ilə çalışaraq kino səviyyəli gecə çəkilişi videolarında olduğu kimi istifadəçilərə yaradıcı azadlıqlarını ifadə etməyə daha geniş fürsətlər verir.

Galaxy-nin Snapdragon 8 Gen 2 mobil platforması inanılmaz süni intellekt, gələcəyə hesablanmış güclü və dünyanın ən sürətli mobil qrafikası ilə premium təcrübəyə yol açır.

Məhsuldarlığı, qeyd aparmaq imkanı, sevimli məşğuliyyətlərə və digər işlərə şərait yaratdığına görə Samsung Galaxy istifadəçilərinin çoxdan öyrəşdiyi və sevdiyi Galaxy S23 Ultra-nın S Pen-i də yenilənib. 

Galaxy S23 Seriyasının yeni standart olaraq qəbul edilən innovasiyaları heyranedici dizaynı ilə bərabər şirkətin davamlılıq öhdəliklərinin nəticəsi kimi ərsəyə gələrək istənilən digər Samsung Galaxy smartfonu ilə müqayisədə daha çox komponenti təkrar emal materiallarından ibarətdir.

Samsung Electronics-in Mobil Təcrübə Biznesi üzrə rəhbəri TM Roh belə deyir: "Təsirli texnologiyanın dəyəri təkcə insanlar üçün bu gün açdığı imkanlarla deyil, eyni zamanda daha yaxşı gələcəyə verdiyi töhfəsi ilə ölçülür. Bütün Galaxy S23 Seriyası etibarlı premium smartfon təcrübəsi üzrə yeni standartdır. Məqsədimiz güclü və uzunömürlü innovasiyalar və davamlılığı bir yerə gətirərək performansın zirvəsini yenidən müəyyən etməkdir".

Samsung Galaxy-nin daha çox meqapikselli və aşırı yaradıcı imkanları ilə seçilən kamerası

Galaxy S23 Ultra istənilən səviyyəli fotoqrafa fenomenal nəticə göstərməkdə kömək edir. Samsung Galaxy-nin ən qabaqcıl kamera sistemi, demək olar hər cür işıqlandırmada inanılmaz detalları üzə çıxarmaq üçün hazırlanıb. Təkmilləşdirilmiş Gecə Rejim çəkilişi Galaxy S Seriyasının foto və videoları istənilən mühitdə optimallaşdırma imkanlarını dəyişir. İstər konsertdə sevimli müğənnini çəkmək olsun, istərsə də akvarium qarşısında selfi yaratmaq yaxud nahar masasında dostlarınızın qrup fotosunu hazırlamaq olsun - istifadəçi hər zaman daha dəqiq və kəskin şəkil və videolar əldə edəcək. Zəyif işıqlı şəkilləri korlayan visual küy bütün siqnalları emal edən süni intellekt hesabına aradan qaldırılır və obyektlərin detalları və rəng tonları zənginləşdirilir.

Galaxy S23 Ultra Samsung Galaxy-də ilk dəfə olaraq tətbiq edilən həyati anlarınızı inanılmaz dədqiqliklə donduran 200MP Adaptiv Piksel sensoru ilə fəxr edir. Eyni zamanda bütün səviyyələrdə yüksək keyfiyyəti təmin etməkdən ötrü pikselləri birləşdirmə yaxud toplama üsulundan istifadə edilir. Və bugünkü kommunikasiyamızda selfi kameraları daha önəmli olduğuna görə Galaxy S23 Seriyası daha yaxşı ön foto və videoları üçün sürətli avtofokus və 30fps-dən 60-fps-ə qədər yüksəlməklə ilk Super HDR kamerasını təqdim edir.

Maksimum yaradıcı imkanlar və idarəetmə gözləyən istifadəçilər üçün Galaxy S23 seriyası istənilən foto təcrübəsini fərqləndirə biləcək xüsusi alətlər dəsti təqdim edir. Samsung Galaxy-nin ekskluziv Expert RAW tətbiqi heç bir yöndəmsiz avadanlığa ehtiyac qalmadan DSLR foto çəkmək və RAW və JPEG formatlarında emal etmək imkanı yaradır. Astrophoto ayarları ilə istifadəçilər müxtəlif foto təcrübəsi apara yaxud Saman Yolu qalaktikasının aydın görünüşünü əldə edə bilər. Galaxy S23-ə yüklənəndən sonra Expert RAW-a Samsung-un özünün kamera tətbiqi ilə də daxil olmaq mümkündür.

Kameranın əlavə üstünlükləri aşağıdakı kimidir:

Zəyif işıqlı yaxud alatoran yaradacaq durumlarda Galaxy S23 Ultra-nın ikiqat optik şəkil sabitləşdiricisi (OIS) hesabına videolar bütün istiqamətlərdə daha sabit bucaqdan götürülür; Saniyədə 30 kadr zənginləşdirilmiş 8K keyfiyyətli geniş bucaqlı videoçəkiliş daha çox kinonu xatırladır; Obyekt əsaslı qabaqcıl süni intellekt kadrda saç və göz kimi elementlər də daxil olmaqla hər bir detalı ayrıca incələyərək insanın dinamik xüsusiyyətlərini daha dəqiq əks etdirir; Galaxy Buds2 Pro-nun 360 audioyazma özəlliyi çoxölçülü səs yaradaraq daha zəngin video təcrübəsi yaşadır.

Galaxy S23+ və Galaxy S23-ün Samsung Galaxy kamerası da fərqli görünür. Konturların aradan qaldırılması bütün Galaxy seriyasını əsaslı şəkildə fərqləndirir.

Premium performans mobil oyunların gələcəyini təyin edir

Yaradıclar və oyunçular

Həm yaradıcılar, həm də oyunçuların məhdudiyyətləri aşmaq və imkanları daim yenidən təsəvvür etmək istəyi gözləntiləri üstələyən texnologiya tələb edir. Samsung Qualcomm ilə birlikdə Samsung Galaxy təcrübəsini Samsung Galaxy smartfonlarının bu vaxtadək ən güclü və səmərəli platforması olan Snapdragon 8 Gen 2 mobil platforması və ən sürətli Snapdragon ilə optimallaşdırıb. Bu arada, Galaxy S23 Ultra-nın 5000 mAh batareyası cihazın ölçüsünü artırmadan Galaxy S22 Ultra-dan daha böyük bir kameranı dəstəkləyir.

Yeni CPU mikro arxitekturası Galaxy S22 seriyası ilə müqayisədə Galaxy S23-ün emal qabiliyyətini 30%-dək artırır. Zəyif işıqda heyrətamiz fotoların çəkilməsi saniyədə trilyonlarla hesablama tələb edir, beləliklə, Samsung Galaxy-nin yüksək səmərəli NPU arxitekturası istifadəçilərin epik foto və videolar çəkməsindən ötrü süni intellekt alqoritmindən istifadə edərkən performans və gücü tarazlaşdırmaq məqsədilə 49% optimallaşdırılıb. Galaxy S23 seriyasının ən əhəmiyyətli təkmilləşdirmələrindən biri optimallaşdırılmış GPU-dur ki, bu da Galaxy S22 seriyası ilə müqayisədə təxminən 41% daha sürət deməkdir və xüsusilə ağır proseslər üçün nəzərdə tutulub.

Mobil oyun axınına (meynstrim) gəldikdə maksimal rəqəmsal realizmin gələcəyini düşünərək, Galaxy S23 Ultra real vaxt rejimində şüa izləməni dəstəkləməyə hazırdır. Hər bir işıq şüasını simulyasiya edən və izləyən texnologiya sayəsində istifadəçilər səhnələrin nəzərəçarpacaq dərəcədə daha canlı təsvirlərini görə biləcəklər. Üstəlik, Samsung Galaxy-nin buxar kamerası indi Galaxy S23 seriyasında daha böyükdür və oyun marafonunuzu durmadan davam etdirməyə imkan verir.

Bütün bu güc Samsung Galaxy smartfonunda ən yaxşı vizual təcrübə ötürmək məqsədilə daha böyük və daha düz səth yaratmaqdan ötrü Galaxy S23 Ultra-nın geniş və daha hamar 6,8 düymlük displeyini dəstəkləyir. Samsung Galaxy-nin unikal təkmilləşdirilmiş rahatlığı istifadəçilərə rəng tonlarını və kontrastı tənzimləməyə imkan verir, gecə saatlarında ekranın göz yormasını azaldır. Görmə gücləndiricisi indi gündüz işığında parlaqlıq və parıltıya qarşı iki deyil, üç işıqlandırma səviyyəsində tənzimlənir.

Planeti düşünərək hazırlanıb

Galaxy S23 seriyası insanların həyatını zənginləşdirmək və daha sağlam planetə töhfə vermək niyyəti ilə yüksək texnologiyaya qoyulan tələbləri bir qədər də yüksəldir. Galaxy S22 seriyasından bəri Samsung Galaxy təkrar emal materiallarından istifadəni Galaxy S22 Ultra-da 6 daxili komponentdən Galaxy S23 Ultra-da 12 daxili və xarici komponentə qədər artırıb. Həmçinin Galaxy S23 seriyasında digər Galaxy smartfonu ilə müqayisədə daha geniş çeşiddə təkrar emal materiallarından istifadə edilib. Bura 2-qat təkrar emal edilən alüminium və şüşə, eyni zamanda atılmış balıq torları, PET butulkalar və su çəlləklərindən əldə edilən plastik daxildir.

Yeni S seriyasında ilk dəfə olaraq uzun müddətli istifadə üçün nəzərdə tutulan və tərkibində 22% 2-qat təkrar emal materialı olan Corning® Gorilla® Glass Victus® 2 şüşəsi quraşdırılıb. Üstəlik hər bir Galaxy S23 100% təkrar emal kağızından hazırlanan yenilənmiş qutuya qoyulur.

Galaxy S23 seriyasında Samsung Galaxy keyfiyyət və estetikadan vaz keçmədən ətraf mühitə təsiri minimuma endirmək üçün daha çox işlər görür. Galaxy S23 seriyası ətraf mühitə təsirin azaldılması üzrə UL ECOLOGO® sertifikatına layiq görülüb.

Cihazının ömrünü uzatmaq istəyən istifadəçilər üçün Galaxy S23 seriyasının premium təcrübəsi dörd nəsil OS yeniləmələri və beş illik təhlükəsizlik yeniləmələri ilə illər ərzində davam etdirilə bilər. Onun uzunömürlülüyünü artırmaq üçün istifadəçilər təsadüfi zədələr, təmir və sair üçün dəstək xidməti olan Samsung Care+ kimi proqramlardan da faydalana bilər.

İstifadəçi yönlü təhlükəsizlik və məxfilik güzəştsiz şəffaf təcrübəyə yol açır

Təhlükəsiz və şəxsi təcrübələr Galaxy S23 seriyasının əsasını təşkil edir. Hər bir smartfon bazardakı digər mobil cihaz, platforma və ya həllərdən daha çox hökumət və sənaye sertifikatları almış Samsung-un başdan-başa Samsung Knox mühafizəsi ilə gəlir. Samsung Galaxy-dəki Təhlükəsizlik və Məxfilik Paneli istifadəçilərə onların məlumatlarına kimin çıxışı olduğunu və onlardan necə istifadə edildiyini tam görmək imkanı verir. Bircə baxışla şəxsi məlumatların risk altında olub-olmadığını görmək və daha təhlükəsiz təcrübə məqsədilə parametrləri dəyişdirmək üçün asanlıqla sadə təlimatlar almaq mümkündür. İstifadəçilər həmçinin onların məlumatlarına giriş əldə edəcək tətbiq və proqramları, o cümlədən onlardan istifadə qaydalarını təyin edə bilər.

İlk dəfə olaraq Galaxy S21 seriyasında təqdim edilən Knox Vault üstün təhlükəsizlik məqsədilə əlavə qorunma üçün Galaxy S23 seriyasında kritik məlumatları cihazın qalan hissəsindən, o cümlədən OS-dən təcrid etməklə qoruyur.

Əlaqəli həyat tərzi üçün daha çox azadlıq və çeviklik

Samsung Galaxy S seriyasının premium təcrübəsinin əsasını Samsung Galaxy Ultra-nın güzəştsiz innovasiyası təşkil edir.

Galaxy S seriyasının hər bir modelində biri-birinə qoşulmuş təcrübələr əlavə üstünlüklər əldə edir. Samsung Galaxy PC və planşet arasında siçan və düymə lövhəsinin funksiyalarını birləşdirən Samsung Multi Control indi cihazlar arasında mükəmməl çeviklik üçün Galaxy S23 Ultra, Galaxy S23+ və Galaxy S23-ə qədər genişlənməkdədir. Üstəlik, təkmilləşdirilmiş mətn istifadəsi URL kimi mətnləri bir cihazdan digərinə köçürməyi, yəni kopyalayıb yerləşdirməni asanlaşdırır. Galaxy S23 Ultra-da Google Meet Samsung Notes ilə birləşdirilib, S Pen isə video zənglər zamanı qarşılıqlı fəaliyyəti daha da rahatlaşdırır. Google Meet-in canlı paylaşım imkanı ilə iştirakçılar paylaşılan ekrana baxmaqdansa, öz Android cihazlarının hər birindən eyni sənədi birgə redaktə edə bilərlər.

Məhsul Mövcudluğu

Galaxy S23 Seriyası təbiətdən ilhamlanmış 4 tutqun rəngdə gəlir: Phantom Qara, Bej, Yaşıl və Bənövşəyi rənglərində.

10 fevral 2023-cü il tarixdən etibarən Galaxy S23 Ultra, Galaxy S23+ və Galaxy S23 pərakəndə satış şirkətlərində geniş şəkildə təqdim olunacaq.

Galaxy S23 Seriyası haqqında ətraflı məlumat üçün lütfən, www.samsung.com/az saytına daxil olun.

Vətən müharibəsi Azərbaycan gəncliyinin qüdrətini bütün dünyaya göstərdi like
  • 01 Fev 22:25  
Siyasət Vətən müharibəsi Azərbaycan gəncliyinin qüdrətini bütün dünyaya göstərdi

2 Fevral - Azərbaycan Gəncləri Günüdür. Bizim üçün sevindiricidir ki, b

arrow Ətraflı
Bu, İranın öhdəliklərinə ziddir  MAQATE like
  • 01 Fev 22:20  
Dünya Bu, İranın öhdəliklərinə ziddir MAQATE

İranın nüvə obyektindəki fəaliyyətləri Tehranın üzərinə götürdüy�

arrow Ətraflı
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə yeni baş müşaviri like
  • 01 Fev 22:14  
Siyasət ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə yeni baş müşaviri

ABŞ Dövlət Departamenti Qafqaz danışıqları üzrə yeni baş müşavirinin

arrow Ətraflı
Rus ordusu bu kəndləri də zəbt etdi like
  • 01 Fev 22:08  
Dünya Rus ordusu bu kəndləri də zəbt etdi

Rusiya ordusu Ukraynanın Donetsk bölgəsində Sakko və Vanzetti kəndlərini

arrow Ətraflı
İki qardaşını itirdi, atası evdən gedib bir də geri qayıtmadı  FOTO like
  • 01 Fev 22:03  
Şou-biznes İki qardaşını itirdi, atası evdən gedib bir də geri qayıtmadı FOTO

Son.az kulis.az-a istinadən müğənni Rahidə Baxışova haqqında maraqlı fa

arrow Ətraflı
“Avroviziya” təmsilçimiz finalsız “seçilib”? like
  • 01 Fev 21:57  
Digərləri “Avroviziya” təmsilçimiz finalsız “seçilib”?

Seçim mərhələsinə qatılmış bəzi ifaçıların şəxsi sosial səhifəl�

arrow Ətraflı
Fevral ayında bürcünüz like
  • 01 Fev 21:51  
Digərləri Fevral ayında bürcünüz

Planetlərin hərəkətləri və enerjiləri birbaşa bürclərə təsir göstə

arrow Ətraflı
Zaxarova: “Makronun bu açıqlaması absurddur” like
  • 01 Fev 21:40  
Dünya Zaxarova: “Makronun bu açıqlaması absurddur”

"Fransa prezidenti Emmanuel Makronun "Ukraynaya mümkün hərbi təyya

arrow Ətraflı
ABŞ Rusiyaya sanksiyaları genişləndirdi like
  • 01 Fev 21:35  
Dünya ABŞ Rusiyaya sanksiyaları genişləndirdi

ABŞ Rusiyaya qarşı növbəti sanksiyalar tətbiq edib.

arrow Ətraflı
Bakıda kişi faciəvi şəkildə like
  • 01 Fev 21:30  
Digərləri Bakıda kişi faciəvi şəkildə

Bu gün saat 19:15-də "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus y

arrow Ətraflı
BNAdan bu səlahiyyət geri alındı like
  • 01 Fev 21:20  
Digərləri BNAdan bu səlahiyyət geri alındı

Bakı Nəqliyyat Agentliyi dayanma və ya durma qaydalarının pozulmasına gör

arrow Ətraflı
Əhaliyə XƏBƏRDARLIQ: Fevral ayının bu günlərində... like
  • 01 Fev 21:15  
Digərləri Əhaliyə XƏBƏRDARLIQ: Fevral ayının bu günlərində...

Fevral maqnit qasırğasının aktivliyinin ən təhlükəli dövrü olmayacaq,

arrow Ətraflı