BNAdan bu səlahiyyət geri alındı
Digərləri 01 Fev 2023 21:20:00 332 0
Bakı Nəqliyyat Agentliyi dayanma və ya durma qaydalarının pozulmasına görə cərimə edə bilməyəcək.
Bu xəbəri də oxu: Rusiyanın keçmiş generalı müharibədə həlak oldu
Son.az xəbər verir ki, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" 2022-ci il 16 dekabr tarixli Qanunun qüvvəyə minməsi ilə əlaqədar "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda da dəyişiklik edilib.
"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında 4.52-ci bənddən "həmin Məcəllənin 346.1-ci və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsinin yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallara münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Bakı Nəqliyyat Agentliyi, habelə" sözləri çıxarılıb.
Bu maddələr - 346.1. dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cəriməni, 346.2. isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cəriməni nəzərdə tutur.
Dəyişikliyə əsasən, Bakı Nəqliyyat Agentliyindən bundan sonra göstərilən maddələr üzrə cərimə etmək səlahiyyəti alınıb.
Fevral maqnit qasırğasının aktivliyinin ən təhlükəli dövrü olmayacaq,
"Əhməd haradadır?" filmindəki Nərgiz xalanın yük maşını sür
Xətai Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Haclyevin barəsində seçilmi
ABŞ Ədliyyə Nazirliyinin göstərişi əsasında Federal Təhqiqatlar Bürosu
"Sonuncu dəfə 90 illik yubileyimdə rəqs etmişdim. Bu gün 94 yaşım v
Dünya siyasətində şəxsiyyətlərin rolu haqqında çox danışılıb və ya
Bütün daşınmaz əmlakların qeydiyyata alınması prosesi bir günə və bir
Serbiya Azərbaycanın Tehrandakı səfirliyinə törədilən terror aktını q�
Aparıcı Samir Bayramlı "MTV Azərbaycan"ın efirində maraqlı add�
Türkiyənin Adana şəhərində atası Gökhan Osman Yamar ilə getdiyi restora