Serbiya XİN Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pislədi
Siyasət 01 Fev 2023 20:10:00 354 0
Serbiya Azərbaycanın Tehrandakı səfirliyinə törədilən terror aktını qətiyyətlə pisləyir və qəbuledilməz hesab edir.
Bu xəbəri də oxu: Sergey Məlikov Prezident İlham Əliyevə başsağlığı verib
Bu barədə çərşənbə günü Trend-ə Serbiyanın Xarici İşlər Nazirliyindəki (XİN) mənbə məlumat verib.
"1961-ci il diplomatik münasibətlər haqqında Vyana Konvensiyasını imzalayan Serbiya Respublikası diplomatik və konsulluq nümayəndəliklərinin binalarının toxunulmazlığına hər hansı təcavüzü qətiyyətlə pisləyir və qəbuledilməz hesab edir", - mənbə bildirib.
Serbiya XİN Tehrandakı səfirlikdə törədilən terror aktı ilə əlaqədar Azərbaycana səmimi başsağlığı verib.
"Azərbaycanın Tehrandakı səfirliyinə qarşı dəhşətli hücumun törədilməsi, nəticədə səfirliyin təhlükəsizlik xidmətinin rəhbərinin xidməti vəzifəsini yerinə yetirərkən həlak olması, daha iki təhlükəsizlik əməkdaşının yaralanması barədə xəbər bizi dərindən kədərləndirdi", - Serbiyanın XİN-in sözçüsü əlavə edib.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.
Aparıcı Samir Bayramlı "MTV Azərbaycan"ın efirində maraqlı add�
Türkiyənin Adana şəhərində atası Gökhan Osman Yamar ilə getdiyi restora
Əfqanıstanın şərqində yerləşən Məydən-Vərdək vilayətinin sakinlər
Müğənni Niyam Salami Mabel Matizin "Antidepresan" mahnısını ifa
Çinin "Geely" şirkəti AE200 X01 uçan avtomobilinin ilk sınaqları
Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, d
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Əlcəz
Aparıcı-aktyor Şəhriyar Əbilov açıqlaması ilə diqqət çəkib.
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Statistika
Prezident İlham Əliyev Gənclər siyasəti sahəsində fəallığı ilə fərq
Prezident İlham Əliyev 2023-cü il Gənclər üçün Prezident mükafatların�
Bakıda və Abşeron yarımadasında fevralın 02-si axşamdan 03-ü günün iki
İpoteka və Kredit Zəmanət Fondunun satmaq öhdəliyi ilə kirayəyə verdiyi