Rəqssiz yaşaya bilmərəm 94 yaşlı Roza Cəlilova
Şou-biznes 01 Fev 2023 20:49:00 316 0
"Sonuncu dəfə 90 illik yubileyimdə rəqs etmişdim. Bu gün 94 yaşım var və təbii ki, evdə güzgü qarşısında rəqsin müəyyən hərəkətlərini edirəm. Rəqssiz yaşaya bilmərəm. Məni xalq artisti Fərhad Bəbəlbəylinin yubileyinə dəvət etmişdilər. Çünki mən onun atası Şəmsi Bədəlbəyli ilə birlikdə çalışmışam, yaxın dostluq əlaqələrimiz olub. Çıxışımı etdim, yerimdə əyləşmək istəyəndə musiqi səsləndi. Mən özümdən asılı olmadan eşitdiyim musiqiyə qısa rəqs etdim. Bu rəqsim bütün sosial şəbəkələrdə, internet portallarında yayıldı. Hamı yazmışdı ki, 94 yaşının olmasına baxmayaraq Roza Cəlilova hələ də gözəl rəqs edir. Əslində buna rəqs də demək olmaz, rəqsin müəyyən elementlərindən istifadə etmişdim".
Bu xəbəri də oxu: "Təyyarədə dostumun oğlu da olub" VİDEO
Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, "Şöhrət", "Şərəf" ordenli rəqqasə Roza Cəlilova deyib.
"Sənətdə yaxşı rəqabət şərtdir. Təsəvvür edin ki, ilk qastrollardan sonra artıq şəxsən mənim üçün rəqs qurulması tələbini irəli sürdüm. Daha Əminə Dilbazi üçün qurulan rəqsləri oynamayacağımı dedim. Bunun nəyi pis idi və ya niyə pis anlaşılmalı idi? Bax ondan sonra mənim üçün rəqslər quruldu. Bilirsiniz niyə? Çünki o artıq öz imzasını qoymuşdu. Nə o mənim, nə də mən onun yerini tuta bilməzdik. Mənim üçün qurulan rəqsləri də məndən başqa heç kim oynaya bilmədi. Çünki öz sirlərim var idi. Mən baletdən xalq rəqsinə sevərək keçid etmişəm. İstəyirəm ki, indi xalq rəqsinə gələnlər mənim kimi sevib gəlsinlər", - deyə sənətkar bildirib.
Xalq artisti bildirib ki, hər zaman özünə və sənətinə hörmət edib.
"Əminə Dilbazi deyirdi ki, Rozanın bir xasiyyəti xoşuma gəlmir ki, səhnədə baş əyməyi sevmir. O mənim xasiyyətimi çox yaxşı bilirdi. Deyirdi ki, camaat necə əl çalsın ki, sən səhnəyə çıxasan? Deyirdim ki, Əminə, elə bilirəm ki, az əl çalırlar. Özümə, sənətimə qarşı çox hörmətli və tələbkar idim. Konsertdən sonra həmişə həyat yoldaşım mənə deyirdi ki, Roza, hamı getdi, sən hələ çıxmırsan?! Ona deyirdim ki, istəyirəm tamaşaçı elə bilsin ki, mən həyatda yox, səhnədəyəm. 1 adam da çöldə olanda mən konsertdən sonra çıxıb evə getmirdim. Bu günkü zamanla o illəri müqayisə edirəm. Rəqqasə bu toydan çıxıb, o biri məclisə gedir. Rəqs səhnə üçün yaranıb. Səhnə sənətkar üçün pilləkəndir. Tamaşaçının zövqünü oxşayıb, onların rəğbətini qazanmaq böyük və çətin işdir. Hamı buna nail ola bilmir", - deyə sənətkar bildirib.
Dünya siyasətində şəxsiyyətlərin rolu haqqında çox danışılıb və ya
Bütün daşınmaz əmlakların qeydiyyata alınması prosesi bir günə və bir
Serbiya Azərbaycanın Tehrandakı səfirliyinə törədilən terror aktını q�
Aparıcı Samir Bayramlı "MTV Azərbaycan"ın efirində maraqlı add�
Türkiyənin Adana şəhərində atası Gökhan Osman Yamar ilə getdiyi restora
Əfqanıstanın şərqində yerləşən Məydən-Vərdək vilayətinin sakinlər
Müğənni Niyam Salami Mabel Matizin "Antidepresan" mahnısını ifa
Çinin "Geely" şirkəti AE200 X01 uçan avtomobilinin ilk sınaqları
Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, d
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Əlcəz
Aparıcı-aktyor Şəhriyar Əbilov açıqlaması ilə diqqət çəkib.
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Statistika