“Ona necə inanmağıma özüm də mat qalmışam” FOTO


Kriminal 11 Fev 2025 20:57:00 64 0

“Ona necə inanmağıma özüm də mat qalmışam”  FOTO

Üç sahibkarın ümumilikdə 4 milyon manatını ələ keçirməkdə ittiham olunan 33 yaşlı birjaçı Nizami Alışanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda zərərçəkmiş Zeynal Usubov hakim qarşısında dayanıb.

İttihama görə, Nizami Alışan investisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən Zeynal Usubov və daha iki nəfərin pullarını ələ keçirib. Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi işə qarışdıqdan sonra cinayətin üstü açılıb.

Zeynal Usubov istintaq vaxtı nə deyibsə, onu qəbul edib. Amma hakim ibtidai istintaqın məhkəməyə bağlı olmadığını qeyd edərək müttəhimdən hadisə barədə danışmasını istəyib.

Zərərçəkmiş deyib ki, Nizami ilə təxminən 3 il əvvəl internetdə tanış olub. Onun kriptovalyuta ilə bağlı anlayışı olduğunu öyrənib, qazanc əldə etmək məqsədilə 2022-ci ildə 400 min, daha sonra isə 545 min dollar pul verib: "Nizamiyə ümumilikdə 945 min dollar vermişəm. Bunun müqabilində 400 min dollara görə, ayda yeddi-səkkiz min, 545 minə görə isə ayda 30 min dollar gəlir əldə edəcəyimi demişdi. Bildirirdi ki, pulları "İnvest.az" saytına yerləşdirir. Sonradan isə pulu oradan çıxarıb Amerikadakı hansısa sayta köçürür. Dörd-beş ay 7-8 min pul verdi. Sonuncu dəfə isə 30 min bir, 15 min dollar da bir verdi. Aramızda telefon yazışmaları, səs yazıları var. Hər cür sübutları saxlamışam. Hətta 545 min dolları verəndə tanışım Ramin Talıbov da yanımda idi".

Tərəflərin suallarını cavablandıran Usubov Nizaminin ondan pulları "İnvest.az" saytının adı ilə aldığını deyib, amma ora yatızdırıb-yatızdırmadığını dəqiqləşdirə bilməyib: "Dəqiq bilmirəm, pulu ora yatızdırıb, yoxsa yox. Mənə dedi ki, ora qoyacağam, sənin adından birja əməliyyatı keçirib, qazanc verəcəyəm. Sonradan dedi ki, bir az çətinliyim var, pulların hamısını bir yerdə qaytaracağam. Hətta əlavə olaraq 100 min dollar da verəcəyinə söz verdi. Dedim, əlavə lazım deyil, öz pulumu qaytar".

Təqsirləndirilən şəxs isə Zeynal Usubovun dedikləri ilə razılaşmayıb. Müdafiə tərəfi növbəti iclaslarda sübutların ortaya qoyulacağını bildirib.

Məhkəməyə sədrlik edən hakim Aytən Əliyeva zərərçəkmişi "İnvest.az" şirkəti ilə bağlı sorğu-sual edib, nəyə əsasən təqsirləndirilən şəxsə inandığını soruşub.

Zeynal Usubov ona necə inandığını özünün də bilmədiyini deyib: "Məni inandırmaq çətindir. Bu adama necə inanmışamsa, özüm də mat qalmışam. Müxtəlif platformalardan şəkillər göstərib hesablarda 11-12 milyon dollar pul olduğunu deyirdi. Mənim birjadan başım çıxmırdı. Bu da deyirdi ki, mən bilirəm, aylıq 25 faiz qazanc olacaq, yarısı sənin, yarısı mənim. Səhvim onda olub ki, ona inanmışam".

Təqsirləndirilən şəxsin vəkilinin "verdiyiniz pulların mənbəyi haradan idi?" -, sualına isə zərərçəkmiş "dostumdan almışdım" deyə cavab verib.

Tərəflərin məhkəmədə verdiyi ifadələr işin gələcək gedişatı üçün önəmli sayılır. Məhkəmə prosesi fevralın 27-də davam edəcək.

Qeyd edək ki, Nizami Alışan Zeynal Usubovdan başqa, Babək Məmmədzadənin 1 milyon 300 min, Yadigar İsrafilovun isə 200 min dollarını ələ keçirməkdə ittiham edilir.

Z.Usubov əvvəllər Nərimanov rayon prokurorunun müavini işləyib. Babək Məmmədzadə isə  "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğludur.Təqsirləndirilən şəxsin özünə gəlincə, o, AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, müğənni Elariz Məmmədoğlunun kürəkənidir.

Rusiya ilə barışığın şərtini AÇIQLADI like
  • 11 Fev 20:50  
Dünya Rusiya ilə barışığın şərtini AÇIQLADI

Gürcüstanın ərazi bütövlüyü bərpa olunmadan Rusiya ilə diplomatik mün

arrow Ətraflı
"Sığınacağı olan qadın o yolu SEÇMƏZDİ"  VİDEO like
  • 11 Fev 20:42  
Şou-biznes "Sığınacağı olan qadın o yolu SEÇMƏZDİ" VİDEO

Teleaparıcı Rövşanə Ağasəfqızı ARB TV-də yayımlanan "Maqazin Plu

arrow Ətraflı
Makron villasını SATIR like
  • 11 Fev 20:35  
Dünya Makron villasını SATIR

Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Pa-de-Kale bölgə

arrow Ətraflı
Kamil soyunub qarın içinə uzandı  VİDEO like
  • 11 Fev 20:28  
Şou-biznes Kamil soyunub qarın içinə uzandı VİDEO

Tanınmış idmançı Kamil Zeynallının maraqlı görüntüsü sosial şəbək

arrow Ətraflı
32 yaşlı tibb bacısı "donuz qripi"ndən ÖLDÜ like
  • 11 Fev 20:22  
Digərləri 32 yaşlı tibb bacısı "donuz qripi"ndən ÖLDÜ

Türkiyənin Amasya şəhərində tibb bacısı Minecan Tek soyuqdəymə şikay�

arrow Ətraflı
"Devrilməyimə nə qədər pul qoyulduğunu öyrənəndə heyrətləndim" like
  • 11 Fev 20:20  
Dünya "Devrilməyimə nə qədər pul qoyulduğunu öyrənəndə heyrətləndim"

Serbiya Prezidenti Aleksandar Vuçiç xarici ölkələrin onu vəzifəsindən uz

arrow Ətraflı
Bakıda "Kia"  AŞDI  FOTO like
  • 11 Fev 20:14  
Digərləri Bakıda "Kia" AŞDI FOTO

Bakıda minik maşını aşıb.

arrow Ətraflı
Onları təhqir etdi: "Günü gündən "çuşkalaşan"..." FOTO like
  • 11 Fev 20:11  
Şou-biznes Onları təhqir etdi: "Günü gündən "çuşkalaşan"..." FOTO

Müğənni Səidə Sultan paylaşımı ilə diqqət çəkib. 

arrow Ətraflı
Bu dəfə tək əlində ştanqla mahnı oxudu  VİDEO like
  • 11 Fev 19:59  
Şou-biznes Bu dəfə tək əlində ştanqla mahnı oxudu VİDEO

Tanınmış xanəndə Pərviz Qasımovu yenidən bacarığı ilə gündəm olub.

arrow Ətraflı
Maskın Zelenskinin seçkiylə bağlı bəyanatına ironik ŞƏRHİ like
  • 11 Fev 19:58  
Dünya Maskın Zelenskinin seçkiylə bağlı bəyanatına ironik ŞƏRHİ

Məşhur amerikalı biznesmen İlon Mask Volodimir Zelenskinin Ukraynada prezide

arrow Ətraflı
İstanbulda məktəblər bağlandı like
  • 11 Fev 19:46  
Digərləri İstanbulda məktəblər bağlandı

İstanbulda hava şəraiti ilə əlaqədar məktəblər bir günlük bağlanıb.

arrow Ətraflı
"Apple" 18 illik özəlliyindən vaz keçir  FOTO like
  • 11 Fev 19:39  
Digərləri "Apple" 18 illik özəlliyindən vaz keçir FOTO

"Apple" şirkəti özünün ən ucuz smartfon modeli olacaq "iPho

arrow Ətraflı
"Yalı çapkını" buna görə FİNAL EDİR like
  • 11 Fev 19:30  
Şou-biznes "Yalı çapkını" buna görə FİNAL EDİR

Türkiyəli aktrisa Afra Saraçoğlu ilə sevgilisi Mert Ramazan Demir arasında

arrow Ətraflı
Niyə “artsax” yox, Qarabağ deyirəm?  Simonyan like
  • 11 Fev 19:29  
Digərləri Niyə “artsax” yox, Qarabağ deyirəm? Simonyan

Sülh müqaviləsi imzalananda, ora təhlükəsiz olanda ermənilərin Qarabağa

arrow Ətraflı