"Devrilməyimə nə qədər pul qoyulduğunu öyrənəndə heyrətləndim"
Dünya 11 Fev 2025 20:20:00 85 0
Serbiya Prezidenti Aleksandar Vuçiç xarici ölkələrin onu vəzifəsindən uzaqlaşdırmaq üçün təxminən 3 milyard avro ayırdığını bildirib.
Bu xəbəri də oxu: Dünyanın ən xoşbəxt şəhəri Nə ilə fərqlənir?
Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, "TV Pink" kanalına müsahibəsində bəyan edib.
"Mənim devrilməyimə nə qədər pul qoyulduğunu öyrənəndə, həqiqətən heyrətləndim. Son 10 ildə xaricdən 1,5 milyard qoyulduğunu düşünürdüm. Hesablamağa başlayanda isə üç milyard avro alındı".
Vuçiç əlavə edib ki, Serbiyada "sülh aksiyaları"nı maliyyələşdirən təşkilatlar arasında ABŞ-nin qalmaqallı Beynəlxalq İnkişaf Agentliyinin (USAID) qrant ayırdığı fond da olub.
"Məsələn, "Trag" adlı fond 28 milyon avro alıb, siz heç onun haqqında eşitmisiniz?", - deyə Vuçiç təəccübünü ifadə edib.
Vuçiçin sözlərinə görə, xarici dövlətlərin sərmayələri üç məqsədlə izah olunur: Serbiyanın libertarian siyasətini məhv etmək, onun mövqelərini Xorvatiya, Bolqarıstan və Sloveniyanın xeyrinə zəiflətmək, həmçinin Serbiya hakimiyyətini "kukla teatrında marionetə" çevirmək.
O həmçinin qeyd edib ki, buna görə Serbiyada ildə yeddi ay etirazlar davam edir.
Xatırladaq ki, Serbiyada etirazlar Novi-Sad vağzalında beton talvarın uçması nəticəsində 15 nəfərin həlak olmasından sonra başlayıb. Baş nazir Miloş Vuçeviçin istefasından sonra yeni hökumət formalaşdırmaq mümkün olmasa, Vuçiç mayda növbədənkənar parlament seçkilərinin keçirilə biləcəyini bildirib. Vuçiç, həmçinin Qərb ölkələrini Serbiyada rəngli inqilabın təşkilində əlləri olmaqda ittiham edib.
Müğənni Səidə Sultan paylaşımı ilə diqqət çəkib.
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Tanınmış xanəndə Pərviz Qasımovu yenidən bacarığı ilə gündəm olub.
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Məşhur amerikalı biznesmen İlon Mask Volodimir Zelenskinin Ukraynada prezide
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
İstanbulda hava şəraiti ilə əlaqədar məktəblər bir günlük bağlanıb.
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
"Apple" şirkəti özünün ən ucuz smartfon modeli olacaq "iPho
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Türkiyəli aktrisa Afra Saraçoğlu ilə sevgilisi Mert Ramazan Demir arasında
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Sülh müqaviləsi imzalananda, ora təhlükəsiz olanda ermənilərin Qarabağa
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
"Sözün bitdiyi an" verilişində şok hadisə yaşanıb.
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ilə
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respu
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Nənəsini və həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Elnur Əli
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Vaşinqton Avropa İttifaqına seçim qoymasa, birlik prezident Donald Trampın
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)