Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndidə keçirildi FOTO


Digərləri 11 Fev 2025 18:46:00 64 0

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndidə keçirildi  FOTO

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Xankəndi şəhərində Qərargahın növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası giriş sözü ilə açan Samir Nuriyev Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə quruculuq və bərpa işlərinin geniş vüsət aldığını qeyd edib. Dövlətimizin başçısının təsdiq etdiyi "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq həyata keçirilən irimiqyaslı layihələr çərçivəsində müasir infrastruktur qurulur, keçmiş məcburi köçkünlərin rahat şəkildə öz yurdlarına qayıtmaları və məskunlaşmaları üçün yaşayış məntəqələri salınır, ərazilərdə zəruri şərait yaradılır.

Otuz ilə yaxın davam edən işğal dövrünün geridə qaldığını, 44 günlük Vətən müharibəsi və uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyinin tam bərpa edildiyini bildirən Qərargahın rəhbəri bu tarixi nailiyyətin Ali Baş Komandanın siyasi müdrikliyinin, qətiyyətinin, Azərbaycan dövlətinin gücünün, xalqımızın birliyinin və iradəsinin təcəssümü olduğunu vurğulayıb.

Dövlətimizin başçısı tərəfindən işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın milli prioritetlərdən biri kimi müəyyən edildiyi, bu sahədə görülən işlərin daim nəzarətdə saxlanıldığı iclas iştirakçılarının diqqətinə çatdırılıb. Qeyd edilib ki, Böyük Qayıdışın vaxtında və keyfiyyətli şəkildə təmin edilməsi məqsədilə müəyyənləşdirilmiş hədəflərə nail olmaq üçün bütün resursların səfərbər edilməsi, bərpa-quruculuq layihələrinin əlaqəli və planlı şəkildə icrası və vaxtında təhvil verilməsi mühüm əhəmiyyətə malikdir.

Daha sonra iclasın gündəliyinə uyğun olaraq, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası istiqamətində, habelə Proqram çərçivəsində əhalinin dayanıqlı məskunlaşması və məşğulluğunun təmin edilməsi, iqtisadi fəallıq və sahibkarlıq fəaliyyətinin stimullaşdırılması sahələrində görülən işlər barədə məlumatlar təqdim olunub.

Böyük Qayıdışın əsas komponentlərindən biri olan dayanıqlı məskunlaşmanın təmin edilməsi çərçivəsində işğaldan azad olunmuş ərazilərə geri qayıtmış keçmiş məcburi köçkünlər, dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsilalanlar da daxil olmaqla, həmin ərazilərdə hazırda 40 minə yaxın insanın yaşadığı və fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.

İşğaldan azad edilmiş ərazilərdə məskunlaşmanın dayanıqlı olması üçün aparılan bərpa və quruculuq işləri ilə yanaşı, köçürülən əhalinin məşğulluğunun təmin olunması istiqamətində də zəruri işlərin görüldüyü bildirilib. Bununla yanaşı, əhali arasında təhsil və peşə bacarıqlarının artırılması üçün müxtəlif təlim və peşə kursları təşkil edilir.

Əlverişli iqlim mühitinə və coğrafi şəraitə malik Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aqrar, sənaye və turizm sahələrinin inkişafı baxımından böyük imkanların olduğu qeyd edilərək, məskunlaşma prosesi ilə paralel olaraq, istehsal və emal, ticarət, xidmət, sənaye müəssisələrinin qurulduğu, müxtəlif iqtisadi fəaliyyət sahələrinin yaradıldığı, dövlətimizin başçısının sərəncamlarına uyğun olaraq ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün maliyyə resurslarına çıxış imkanlarının genişləndirildiyi, vergi və gömrük güzəştlərinin, həmçinin digər stimullaşdırıcı mexanizmlərin tətbiq olunduğu iclas iştirakçılarının diqqətinə çatdırılıb.

İşğaldan azad edilmiş ərazilərdə, o cümlədən Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarında ümumilikdə 400-dən çox müəssisənin fəaliyyət göstərdiyi, artıq Ağdam Sənaye Parkındakı müəssisələrdə istehsal olunan məhsulların ixracına başlanıldığı vurğulanıb.

Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin ərazilər üzrə xüsusi nümayəndəliklərinin fəaliyyəti və qarşıda duran vəzifələr barədə məruzələr dinlənilib.

İclasın sonunda Böyük Qayıdışla bağlı görülən işlərin mühüm əhəmiyyəti, məqsədlərə çatmaq üçün bütün imkanların səfərbər olunmasının zəruriliyi bir daha iclas iştirakçılarının diqqətinə çatdırılıb, Azərbaycan Respublikası Prezidentinin Əlaqələndirmə Qərargahı qarşısında qoyduğu vəzifələrin icrası ilə bağlı müvafiq tapşırıqlar verilib.

Səfər çərçivəsində Xankəndi və Şuşa şəhərləri ərazilərində bir sıra obyektlərə baxış keçirilib.

Əli Hacıyevə yüksək vəzifə verildi  FOTO like
  • 11 Fev 18:45  
Digərləri Əli Hacıyevə yüksək vəzifə verildi FOTO

Saleh Məmmədova yeni müavin təyin edildi

arrow Ətraflı
Nənəsini və arvadını bıçaqlayan şəxsin cəzası məlum oldu like
  • 11 Fev 18:27  
Kriminal Nənəsini və arvadını bıçaqlayan şəxsin cəzası məlum oldu

Nənəsini və həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Elnur Əli

arrow Ətraflı
Şolts Trampa xəbərdarlıq etdi like
  • 11 Fev 18:17  
Dünya Şolts Trampa xəbərdarlıq etdi

Vaşinqton Avropa İttifaqına seçim qoymasa, birlik prezident Donald Trampın

arrow Ətraflı
Onlayn qumarla 10 milyondan çox pul yığan dəstə tutuldu  FOTO like
  • 11 Fev 18:16  
Kriminal Onlayn qumarla 10 milyondan çox pul yığan dəstə tutuldu FOTO

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi so

arrow Ətraflı
"Vaşinqtonun bu addımları Gürcüstanın haqlı olmasının etirafıdır" like
  • 11 Fev 17:59  
Digərləri "Vaşinqtonun bu addımları Gürcüstanın haqlı olmasının etirafıdır"

Vaşinqtonun hazırkı addımları və bəyanatları uzun müddətdir səsləndi

arrow Ətraflı
Özündən yaşca  kiçik sevgilisi olan Əməkdar artist: "Qoy qınasınlar"  VİDEO like
  • 11 Fev 17:48  
Şou-biznes Özündən yaşca kiçik sevgilisi olan Əməkdar artist: "Qoy qınasınlar" VİDEO

Əməkdar artist Nahidə Orucova şəxsi həyatı barədə maarqlı açıqlamala

arrow Ətraflı
Onlar Şahnaz Bəylərqızı ilə bağlı DİNdə qəbul edildilər like
  • 11 Fev 17:40  
Kriminal Onlar Şahnaz Bəylərqızı ilə bağlı DİNdə qəbul edildilər

Azərbaycanın hüquq-müdafiə təşkilatlarının monitorinq qrupunun üzvlər

arrow Ətraflı
İran Trampı təhqir etdi like
  • 11 Fev 17:33  
Dünya İran Trampı təhqir etdi

ABŞ-la danışıqlar aparmaq və güzəştə getmək istəyənlər Amerika ilə

arrow Ətraflı
İcra hakimiyyətinin başçısı onu öldürmək istəyəni BAĞIŞLADI like
  • 11 Fev 17:26  
Kriminal İcra hakimiyyətinin başçısı onu öldürmək istəyəni BAĞIŞLADI

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısına sui-qəsd hazırlamaqda

arrow Ətraflı
Manana anasını itirəndən sonra ilk dəfə  FOTOlar like
  • 11 Fev 17:07  
Şou-biznes Manana anasını itirəndən sonra ilk dəfə FOTOlar

Əməkdar artist Manana Çaparidze yeni fotolarını izləyiciləri ilə bölü�

arrow Ətraflı
Somali Prezidenti Azərbaycana səfərə yola düşüb like
  • 11 Fev 17:06  
Siyasət Somali Prezidenti Azərbaycana səfərə yola düşüb

Somali Prezidenti Həsən Şeyx Mahmud Azərbaycana səfərə yola düşüb.

arrow Ətraflı
Bu şirkətlərə cinayət işi açıldı like
  • 11 Fev 16:58  
Kriminal Bu şirkətlərə cinayət işi açıldı

Qanunsuz zəbt edilmiş ərazilərdə müxtəlif növ hasilat işlərinin aparı

arrow Ətraflı
İnsan İnkişafı Forumu keçirilib  FOTO like
  • 11 Fev 16:53  
Digərləri İnsan İnkişafı Forumu keçirilib FOTO

İnsan inkişafı sahəsində maraqlı tərəflərin iştirakı ilə İnsan İnk

arrow Ətraflı
Bu sosisləri ALMAYIN  tərkibində donuz əti DNTsi aşkarlandı  FOTO like
  • 11 Fev 16:36  
Digərləri Bu sosisləri ALMAYIN tərkibində donuz əti DNTsi aşkarlandı FOTO

İstehlak bazarına nəzarət məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tər

arrow Ətraflı
İllərdir danışmadığı Qorxmaz Əlilicanzadədən danışdı like
  • 11 Fev 16:28  
Şou-biznes İllərdir danışmadığı Qorxmaz Əlilicanzadədən danışdı

"Qorxmaz Əlilicanzadə ilə aramızda yaşanan hadisə 30 ilə söykənir.

arrow Ətraflı