Erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib
Digərləri 11 Fev 2025 22:27:00 61 0
Fevralın 11-də Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, habelə müdafiələri üçün vəkillərlə təmin olunub.
Məhkəmənin baxış iclasında zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, habelə Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak ediblər.
Məhkəmə prosesi dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən cinayət işi üzrə ittiham aktının nəticəvi hissəsinin elanı ilə davam etdirilib.
Budəfəki məhkəmə iclasında ittiham aktının Ermənistan dövlətinin onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində Azərbaycan əhalisinin məhv edilməsi və terror faktlarına dair epizodlar elan edilib.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli ittihamın təcavüzkar müharibənin gedişində əhalinin məhv edilməsi faktlarına dair hissəsinin elanına başlayıb.
Bildirilib ki, təcavüzkar müharibə gedişində Ermənistan dövlətinin bilavasitə nəzarəti altında, onun tapşırıq, göstəriş və təlimatlarında uyğun fəaliyyəti göstərən cinayətkar birlik tərəfindən Qazax rayonunun Bağanıs-Ayrım, Şuşa rayonunun Malıbəyli-Quşçular, Xocavənd rayonunun Qaradağlı, Ağdərə rayonunun Baş Güney (Baş Güneypəyə), Goranboy rayonunun Ballıqaya və Gülüstan, Kəlbəcər rayonunun Ağdaban, Comərd və Başlıbel kəndlərindən azərbaycanlıların qanuni şəkildə məskunlaşdıqları yerlərdən kütləvi şəkildə didərgin salınmasını təşkil etməklə həmin ərazilərin daha asan şəkildə Ermənistan tərəfindən işğal edilməsinə nail olmaq məqsədilə keçirilmiş genişmiqyaslı və sistematik hücumlar zamanı əhalini kütləvi şəkildə məhv etmək məqsədilə ümumilikdə 241 nəfər güllələnməklə, diri-diri yandırılmaqla, ağır dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürülüb, 149 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri yetirilərək qəsdən öldürülmələrinə cəhd edilib.
Daha sonra ittihamın təcavüzkar müharibənin gedişində törədilmiş terrorçuluq cinayəti faktlarına dair hissəsinin elanına başlanıb.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev qeyd edib ki, 1988-2023-cü illər ərzində 308 epizod üzrə törədilmiş terrorçuluq cinayətləri nəticəsində ən azı 210 hərbi qulluqçu və 239 mülki şəxs olmaqla, 449 nəfər şəxs qəsdən öldürülüb, 1013 hərbi qulluqçu və 716 mülki şəxs olmaqla, 1729 nəfərin qəsdən öldürülməsinə cəhd göstərilib.
Ümumilikdə terrorçuluq cinayətləri nəticəsində 17 uşaq qəsdən öldürülüb, 53 uşağın müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürülməsinə cəhd olunub.
Daha sonra dövlət ittihamçıları Fuad Musayev, Vüsal Abdullayev və Təranə Məmmədova terrorçuluq cinayətləri üzrə konkret epizodları elan ediblər.
O cümlədən qeyd edilib ki, 1991-ci il yanvarın 9-da Şuşa rayonu istiqamətində hərəkətdə olan "UAZ-469" markalı avtomobili atəşə tutaraq sürücü Qoyek İvan İvanoviçə, avtomobildə sərnişin qismində əyləşmiş sovet ordusunun hərbi qulluqçuları - 44682 nömrəli hərbi hissənin kəşfiyyat polkunun komandiri, polkovnik-leytenant Larionov Oleq Mixailoviçə və Laçın hərbi komendantlığının qərargah rəisi, mayor İvanov İqor Yuryeviçə, "Molodyoj Azerbaydjana" qəzetinin müxbiri, xidməti vəzifələrini yerinə yetirmək üçün həmin əraziyə ezam olunmuş jurnalist Əsgərova Salatın Əziz qızına güllə yaraları kimi müxtəlif bədən xəsarətləri yetirilərək, 4 nəfər şəxs qəsdən öldürülüblər.
Bundan başqa, bildirilib ki, 1991-ci il noyabrın 20-də içərisində Azərbaycan Respublikasının dövlət nümayəndələri, Rusiya Federasiyasının və Qazaxıstan Respublikasının müşahidəçilərinin olduğu helikopter Xocavənd rayonuna eniş etmək üçün həmin rayonun Qarakənd kəndi ərazisi üzərindən aşağı məsafədə uçarkən cinayətkar təşkilatın üzvləri bundan məlumat alaraq AK-74 konstruksiyalı pulemyot və avtomat silahlarla təxminən 30 dərəcəli bucaq altında 300 metr məsafədən həmin helikopterə intensiv atəşlər açmaqla hücum edib helikopteri zədələyərək idarə etmədən çıxarmağa nail olublar.
Son günlər ətin qiyməti ilə bağlı müzakirələr gedir. Heyvanların say�
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
"Atamın həyatı keşməkeşli olub, bir neçə dəfə ölümdən qayıdı
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Rusiya ilə birbaşa ərazi m�
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Bakıda sahibsiz dana yolda təhlükəli vəziyyət yaradıb.
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Türkiyədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən komedi
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Xalq artisti Aygün Kazımova müğənni Xatun Əliyevanın bacısı qızının
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Üç sahibkarın ümumilikdə 4 milyon manatını ələ keçirməkdə ittiham ol
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Gürcüstanın ərazi bütövlüyü bərpa olunmadan Rusiya ilə diplomatik mün
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Teleaparıcı Rövşanə Ağasəfqızı ARB TV-də yayımlanan "Maqazin Plu
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Pa-de-Kale bölgə
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Tanınmış idmançı Kamil Zeynallının maraqlı görüntüsü sosial şəbək
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Türkiyənin Amasya şəhərində tibb bacısı Minecan Tek soyuqdəymə şikay�
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Serbiya Prezidenti Aleksandar Vuçiç xarici ölkələrin onu vəzifəsindən uz
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)