Aprel döyüşləri zamanı Azərbaycana dəyən maddi ziyan açıqlandı


Digərləri 11 Fev 2025 23:00:00 61 0

Aprel döyüşləri zamanı Azərbaycana dəyən maddi ziyan açıqlandı

Aprel döyüşləri zamanı daşınmaz əmlak üzrə Azərbaycan tərəfinə 2,4 milyon manatdan artıq məbləğdə maddi ziyan vurulub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu fevralın 11-də Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası zamanı dövlət ittihamçısı Təranə Məmmədova ittiham aktına əsasən 2016-cı il tarixli Aprel döyüşləri, 2020-ci il tarixli Tovuz döyüşləri və İkinci Qarabağ müharibəsi dövründə törədilmiş terrorçuluq cinayətlərini elan edərkən deyib.

"2016-cı il aprelin 2-6, 24, 26-28 və 30-da iriçaplı və digər odlu silahlardan atəşlər açılmaqla Ağdam rayonu ərazisində 3 mülki şəxs qəsdən öldürülməklə, 13 mülki şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə, Tərtər rayonu ərazisində 3 mülki şəxs qəsdən öldürülməklə, 11 mülki şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə, Goranboy rayonu ərazisində 4 mülki şəxsə, Füzuli rayonu ərazisində 1 mülki şəxsə, Ağcabədi rayonu ərazisində 1 mülki şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə ümumilikdə 6 mülki şəxs qəsdən öldürülüb, 30 mülki şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürülmələrinə cəhd edilib, eləcə də ümumilikdə 733 daşınmaz əmlaka tamamilə və ya qismən dağıtmaqla, yandırmaqla, zədələməklə 2,4 milyon manatdan artıq məbləğdə maddi ziyan vurulub", - o bildirib.

Xatırladaq ki, sözügedən cinayət işi üzrə 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Saakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar. Son.az

50 yaşlı kişi ilə evlənən 19 yaşlı qızın bu görüntüləri qalmaqal yaratdı  VİDEO like
  • 11 Fev 22:53  
Digərləri 50 yaşlı kişi ilə evlənən 19 yaşlı qızın bu görüntüləri qalmaqal yaratdı VİDEO

Türkiyədə 50 yaşlı kişi ilə 19 yaşlı qızın ailə qurması səs-küyə

arrow Ətraflı
Eminin yarım milyonluq maşını like
  • 11 Fev 22:41  
Şou-biznes Eminin yarım milyonluq maşını

Xalq artisti Emin Ağalarov yeni aldığı bahalı avtomobilini nümayiş etdiri

arrow Ətraflı
Erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib like
  • 11 Fev 22:27  
Digərləri Erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib

Fevralın 11-də Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insa

arrow Ətraflı
Azərbaycanda azçəkili heyvanları kəsmək qadağan olunur? like
  • 11 Fev 22:15  
Digərləri Azərbaycanda azçəkili heyvanları kəsmək qadağan olunur?

Son günlər ətin qiyməti ilə bağlı müzakirələr gedir. Heyvanların say�

arrow Ətraflı
“O restorandan qovuldum”  Əməkdar artist like
  • 11 Fev 22:07  
Şou-biznes “O restorandan qovuldum” Əməkdar artist

"Atamın həyatı keşməkeşli olub, bir neçə dəfə ölümdən qayıdı

arrow Ətraflı
İlk çərşənbə bu tarixdə like
  • 11 Fev 22:02  
Digərləri İlk çərşənbə bu tarixdə

Novruzun ilk çərşənbəsi fevral ayının sonunda qeyd olunacaq.

arrow Ətraflı
“Torpaqlarımızı dəyişəcəyik”  Zelenski like
  • 11 Fev 21:52  
Dünya “Torpaqlarımızı dəyişəcəyik” Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Rusiya ilə birbaşa ərazi m�

arrow Ətraflı
Goranboyda ağır qəza  ölən var like
  • 11 Fev 21:45  
Digərləri Goranboyda ağır qəza ölən var

Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

arrow Ətraflı
Sahibsiz dana Bakıda aləmi birbirinə qatdı like
  • 11 Fev 21:40  
Digərləri Sahibsiz dana Bakıda aləmi birbirinə qatdı

Bakıda sahibsiz dana yolda təhlükəli vəziyyət yaradıb.

arrow Ətraflı
Məşhur aktrisa və ondan narkotik alan azərbaycanlı like
  • 11 Fev 21:22  
Kriminal Məşhur aktrisa və ondan narkotik alan azərbaycanlı

Türkiyədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən komedi

arrow Ətraflı
Xalq artisti bu görünüşünə 10 mindən çox pul sayıb  FOTO like
  • 11 Fev 21:06  
Şou-biznes Xalq artisti bu görünüşünə 10 mindən çox pul sayıb FOTO

Xalq artisti Aygün Kazımova müğənni Xatun Əliyevanın bacısı qızının

arrow Ətraflı
“Ona necə inanmağıma özüm də mat qalmışam”  FOTO like
  • 11 Fev 20:57  
Kriminal “Ona necə inanmağıma özüm də mat qalmışam” FOTO

Üç sahibkarın ümumilikdə 4 milyon manatını ələ keçirməkdə ittiham ol

arrow Ətraflı
Rusiya ilə barışığın şərtini AÇIQLADI like
  • 11 Fev 20:50  
Dünya Rusiya ilə barışığın şərtini AÇIQLADI

Gürcüstanın ərazi bütövlüyü bərpa olunmadan Rusiya ilə diplomatik mün

arrow Ətraflı
"Sığınacağı olan qadın o yolu SEÇMƏZDİ"  VİDEO like
  • 11 Fev 20:42  
Şou-biznes "Sığınacağı olan qadın o yolu SEÇMƏZDİ" VİDEO

Teleaparıcı Rövşanə Ağasəfqızı ARB TV-də yayımlanan "Maqazin Plu

arrow Ətraflı
Makron villasını SATIR like
  • 11 Fev 20:35  
Dünya Makron villasını SATIR

Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Pa-de-Kale bölgə

arrow Ətraflı