Vaqonda yaşayan kuryer: "Bizi adam yerinə qoymurlar, müştəri dedi ki, hamama..."


Digərləri 11 Fev 2025 23:21:00 62 0

Vaqonda yaşayan kuryer: "Bizi adam yerinə qoymurlar, müştəri dedi ki, hamama..."

"Arzunun vaxtı" verilişinin yeni buraxılışı yayımlanıb.

Proqramın budəfəki qəhrəmanı şəhərin ən bahalı yerində vaqonda yaşayan kimsəsiz Saleh Həsənov olub. Uşaq evində böyüdüyünü söyləyən S.Həsənov bildirib ki, 13 ildən çoxdur vaqonda qalır:

"32 yaşım var, uşaq evində böyümüşəm. 8 il orada oxumuşam. Atam 2024-cü ilin fevralın 8-də dünyasını dəyişib. O da bu vaqonda yaşayırdı. Anamla atam mən uşaq ikən ayrılıblar, səbəbini isə bilmirəm. Bir bacım var, amma onunla əlaqəm yoxdur. Anam bacımı götürüb gedib, məni isə atam böyüdüb. O, dostunun məsləhəti ilə məni internata qoyub ki, təhsil alım. Amma hər dəfə tətil olanda məni götürüb yanına gətirirdi, onunla qalırdım. Atamla münasibətim çox yaxşı idi. O dünyasını dəyişəndən həyatdan küsmüşəm. İndi-indi özümə gəlirəm".

S.Həsənovun sözlərinə görə, sevdiyi qız evi olmadığı üçün onu tərk edib:

"Evsiz olduğuma görə ailə həyatı qura bilmədim, çox qız məndən üz döndərdi. Sevdiyim qız var idi, ev probleminə görə onunla da alınmadı. Çox istəyirəm ki, bir evim olsun. Bunun üçün gecə-gündüz dua edirəm".

Kuryer işlədiyini söyləyən S.Həsənov bəzi müştərilərin onunla pis davrandığını deyib:

"Çatdırılma edəndə müştərinin qapısını döydüm ki, sifarişi təhvil alsın. Mənə "qapını döyərək niyə narahat edirsən?!" dedi. Başqa bir müştəri isə ünvana çatdığım zaman "qardaş, gözlə, hamama girim, çimim" deyib. Bəzi müştərilər çox aqressiv danışırlar. Bizi adam yerinə qoymayanlar çoxdur". (baku.tv) Son.az

Murad 11ci dəfə əməliyyat olundu like
  • 11 Fev 23:14  
Şou-biznes Murad 11ci dəfə əməliyyat olundu

Türkiyəli müğənni Murad Dalkılıç 11-ci dəfə əməliyyat olunub.

arrow Ətraflı
Sumqayıtda ağır qəza  dörd nəfər YARALANDI like
  • 11 Fev 23:06  
Digərləri Sumqayıtda ağır qəza dörd nəfər YARALANDI

Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Aprel döyüşləri zamanı Azərbaycana dəyən maddi ziyan açıqlandı like
  • 11 Fev 23:00  
Digərləri Aprel döyüşləri zamanı Azərbaycana dəyən maddi ziyan açıqlandı

Aprel döyüşləri zamanı daşınmaz əmlak üzrə Azərbaycan tərəfinə 2,4

arrow Ətraflı
50 yaşlı kişi ilə evlənən 19 yaşlı qızın bu görüntüləri qalmaqal yaratdı  VİDEO like
  • 11 Fev 22:53  
Digərləri 50 yaşlı kişi ilə evlənən 19 yaşlı qızın bu görüntüləri qalmaqal yaratdı VİDEO

Türkiyədə 50 yaşlı kişi ilə 19 yaşlı qızın ailə qurması səs-küyə

arrow Ətraflı
Eminin yarım milyonluq maşını like
  • 11 Fev 22:41  
Şou-biznes Eminin yarım milyonluq maşını

Xalq artisti Emin Ağalarov yeni aldığı bahalı avtomobilini nümayiş etdiri

arrow Ətraflı
Erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib like
  • 11 Fev 22:27  
Digərləri Erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib

Fevralın 11-də Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insa

arrow Ətraflı
Azərbaycanda azçəkili heyvanları kəsmək qadağan olunur? like
  • 11 Fev 22:15  
Digərləri Azərbaycanda azçəkili heyvanları kəsmək qadağan olunur?

Son günlər ətin qiyməti ilə bağlı müzakirələr gedir. Heyvanların say�

arrow Ətraflı
“O restorandan qovuldum”  Əməkdar artist like
  • 11 Fev 22:07  
Şou-biznes “O restorandan qovuldum” Əməkdar artist

"Atamın həyatı keşməkeşli olub, bir neçə dəfə ölümdən qayıdı

arrow Ətraflı
İlk çərşənbə bu tarixdə like
  • 11 Fev 22:02  
Digərləri İlk çərşənbə bu tarixdə

Novruzun ilk çərşənbəsi fevral ayının sonunda qeyd olunacaq.

arrow Ətraflı
“Torpaqlarımızı dəyişəcəyik”  Zelenski like
  • 11 Fev 21:52  
Dünya “Torpaqlarımızı dəyişəcəyik” Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Rusiya ilə birbaşa ərazi m�

arrow Ətraflı
Goranboyda ağır qəza  ölən var like
  • 11 Fev 21:45  
Digərləri Goranboyda ağır qəza ölən var

Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

arrow Ətraflı
Sahibsiz dana Bakıda aləmi birbirinə qatdı like
  • 11 Fev 21:40  
Digərləri Sahibsiz dana Bakıda aləmi birbirinə qatdı

Bakıda sahibsiz dana yolda təhlükəli vəziyyət yaradıb.

arrow Ətraflı
Məşhur aktrisa və ondan narkotik alan azərbaycanlı like
  • 11 Fev 21:22  
Kriminal Məşhur aktrisa və ondan narkotik alan azərbaycanlı

Türkiyədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən komedi

arrow Ətraflı
Xalq artisti bu görünüşünə 10 mindən çox pul sayıb  FOTO like
  • 11 Fev 21:06  
Şou-biznes Xalq artisti bu görünüşünə 10 mindən çox pul sayıb FOTO

Xalq artisti Aygün Kazımova müğənni Xatun Əliyevanın bacısı qızının

arrow Ətraflı
“Ona necə inanmağıma özüm də mat qalmışam”  FOTO like
  • 11 Fev 20:57  
Kriminal “Ona necə inanmağıma özüm də mat qalmışam” FOTO

Üç sahibkarın ümumilikdə 4 milyon manatını ələ keçirməkdə ittiham ol

arrow Ətraflı