Bakı Tehrandan izahat tələb edəcək Qusman
Siyasət 01 Fev 2023 23:27:00 355 0
Tehranda Azərbaycan səfirliyində baş verən cinayəti nə izah etmək, nə də əsaslandırmaq mümkündür. Kimsə bunun təkcə bir terrorçunun cinayəti olduğunu desə də, mənə elə gəlir ki, bu, diqqətlə araşdırılmalıdır.
Bu xəbəri də oxu: Ərdoğan Prezident İlham Əliyevə zəng edib
Son.az bildirir ki, bunu "TASS" İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman AZƏRTAC-a müsahibəsində Azərbaycanın İrandakı səfirliyində törədilmiş terror aktını şərh edərkən deyib.
Jurnalist İran rəsmiləri tərəfindən "bu cinayətlə bağlı ciddi araşdırma" aparmasının vacibliyini xüsusilə vurğulayaraq deyib: "Bu cinayətə səbəb nə olub? Cinayəti törədən şəxsin arxasında kimsə dayanıbmı? O, kiminləsə əlbir olubmu? Onu silahlandıran kimdir? "Kalaşnikov" avtomatının Tehranda mağazalarda satıldığını düşünmürəm. Bütün bunlar böyük suallar doğurur. İran mətbuatında uzun müddətdir ki, anti-Azərbaycan döyüşkən isteriya davam edir və bütün bunlar təbii ki, çox kədərlidir".
M. Qusman qeyd edib ki, terrorizmin milliyyəti yoxdur, o, sərt cavab və cəza tələb edir. "Azərbaycan Prezidenti İlham Əliyevin haqlı olaraq dediyi kimi, müasir dünyada terrorizmə yer yoxdur. Bu halda Azərbaycan vəziyyəti düzgün qiymətləndirir və düşünürəm ki, İrandan müvafiq izahat və qərarlar tələb edəcək. Əlavə etmək istəyirəm ki, bu cinayət nəticəsində əsl qəhrəman - səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov həlak olub, o, həyatı bahasına daha böyük bəlaların qarşısını alıb. Terrorçunun daha çox can almaq istədiyi aydın idi. Təhlükəsizlik xidmətinin digər əməkdaşları cinayətkarın cinayətini davam etdirməsinə mane olmasaydılar, daha da pis ola bilərdi. Orxan Əsgərovun ailəsinə başsağlığı verirəm. Bir daha Azərbaycan Prezidentinin ardınca təkrar etmək istəyirəm: dünyada terrorizmə yer yoxdur, onu bağışlamaq, ona bəraət qazandırmaq olmaz", - deyə o əlavə edib.
"Fobes" jurnalında Avropanın enerji təhlükəsizliyi ilə bağlı p
Ermənistan Prezidentinin əmri ilə Armen Gözəlyan Silahlı Qüvvələrin Əl
Serbiya Azərbaycanın Tehrandakı səfirliyinə törədilən terror aktını q�
ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisi Laura Lohman b
İsrailin müdafiə nazirinin Bakıya iki zəngi İran-Azərbaycan münasibətl�
Galaxy S23 Ultra-nın ən qabaqcıl kamerası, təkmilləşdirilmiş oyun təcr�
2 Fevral - Azərbaycan Gəncləri Günüdür. Bizim üçün sevindiricidir ki, b
İranın nüvə obyektindəki fəaliyyətləri Tehranın üzərinə götürdüy�
ABŞ Dövlət Departamenti Qafqaz danışıqları üzrə yeni baş müşavirinin
Rusiya ordusu Ukraynanın Donetsk bölgəsində Sakko və Vanzetti kəndlərini
Son.az kulis.az-a istinadən müğənni Rahidə Baxışova haqqında maraqlı fa
Seçim mərhələsinə qatılmış bəzi ifaçıların şəxsi sosial səhifəl�