"COP29 inkişaf etməkdə olan kiçik ada dövlətlərə dəstək üçün təkan oldu"


Siyasət 25 Dek 2024 08:20:00 61 0

"COP29 inkişaf etməkdə olan kiçik ada dövlətlərə dəstək üçün təkan oldu"

Azərbaycan COP29-a sədrliyi çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərin (SIDS) problemlərinə xüsusi diqqət yetirib.

Son.az bildirir ki, bunu Trend-ə özəl müsahibəsində Millətlər Birliyi təşkilatının Baş katibi Patrisia Skotland bildirib.

Bakıda keçirilən iqlim sammitini qiymətləndirən Baş katib konfransın həm ümidverici hadisə, həm də reallıqlar üçün ciddi sınaq olduğunu qeyd edib.

"Biz irəliləyiş əldə olunmasına şadıq", - deyə o vurğulayıb.

Bununla, o, iqlim dəyişikliyinə qarşı mübarizə üçün illik maliyyə hədəfinin 2035-ci ilə qədər üç dəfə artırılaraq, 300 milyard dollara çatdırılmasını və İtki və Zərər Fondunun fəaliyyətə başlamasını nəzərdə tutub. Lakin onun sözlərinə görə, həssas ölkələr üçün bu irəliləyiş hələ də ləngdir.

"SIDS və ən az inkişaf etmiş ölkələr böhranın ön cəbhəsindədirlər, lakin bu böhranın yaranmasında onların rolu olduqca cüzidir. Onlar üçün iqlim danışıqları yaşamaq uğrunda mübarizədir. Onların səsləri Bakıda eşidildi və onlar təkcə öhdəliklər deyil, bu öhdəliklərin yerinə yetirilməsini tələb etdilər - və bu tələblərində haqlıdırlar", - deyə o bildirib.

Patrisiya Skotland COP29-a sədrliyi həyata keçirən ölkə - Azərbaycan tərəfindən təşkil olunan SIDS üçün COP liderlərinin ilk sammitinin əhəmiyyətini vurğulayıb və qeyd edib ki, burada onların problemləri ön plana çıxarılıb. O, həmçinin, COP30-a qədər bərpa olunan enerji və daha qətiyyətli tədbirlərə diqqət yetirilməsinin vacibliyini bildirib.

Daha sonra Baş katib iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş maliyyələşmənin artırılması və ona çıxış imkanlarının yaxşılaşdırılması üzrə təşkilatın sadiqliyini təsdiq edib.

"Millətlər Birliyinin İqlim Maliyyə Çıxışı Mərkəzinin (CCFAH) fəaliyyəti sayəsində üzv dövlətlərə onların milli iqlim planlarını, o cümlədən, milli töhfə və uyğunlaşma planlarını həyata keçirmək üçün zəruri maliyyə vəsaitlərini əldə etməyə dəstək verməyə davam edirik", - deyə o əlavə edib.

Patrisiya Skotland bildirib ki, son doqquz ildə CCFAH 380 milyon dollardan çox maliyyə cəlb edib və daha 500 milyon dolların əldə olunması prosesdədir. O, həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevin SIDS ilə birgə layihələrin dəstəklənməsi üçün 10 milyon dollar ayırmaqla bağlı bəyanatını vurğulayıb.

"Belə öhdəliklər SIDS-in iqlim dəyişikliyi ilə mübarizə sahəsində imkanlarının genişləndirilməsi üçün həlledicidir. İtki və Zərər Fondunun işə salınması və maliyyələşdirilməsi kimi prioritet məsələlər üzrə təcili tədbirlərə ehtiyac var", - deyə Baş katib bildirib.

Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıqdan danışan Patrisiya Skotland gələcək üçün əsas prioritetləri qeyd edib:

"Birincisi, öhdəliklərin icrası üzrə yaranmış boşluqları aradan qaldırmalıyıq. Bu vədlər yerinə yetirilməlidir. Millətlər Birliyi maliyyə öhdəliklərinin yalnız əlçatan deyil, həm də transformativ olmasını təmin etmək üçün işini davam etdirəcək, xüsusilə SIDS və ən az inkişaf etmiş ölkələr üçün. Bilirik ki, Azərbaycan və COP29-a sədrliyi həyata keçirən ölkə SIDS-in güclü tərəfdarlarıdır və biz bu liderliyin davam etməsini arzulayırıq", - deyə o bildirib.

"İkincisi, innovasiyalardan istifadə edilməlidir. Peyk texnologiyalarından süni intellektə qədər, miqyaslı həllərin yaradılması üçün innovasiyaların bütün potensialından istifadə etməliyik. Bu vasitələr həssas ölkələrə uyğunlaşmaq və inkişaf etməkdə kömək edə bilər. Millətlər Birliyi Katibliyi ilə Azərbaycanın kosmik agentliyi "Azercosmos" arasında imzalanan Anlaşma Memorandumu peyk məlumatlarına çıxışı əhəmiyyətli dərəcədə genişləndirə bilər", - deyə o əlavə edib.

"Nəhayət, inklüziv liderlik inkişaf etdirilməlidir. Millətlər Birliyinin Gənclər İqlim Şəbəkəsi, gənc iqlim danışıqları aparıcıları, genderə əsaslanan iqlim tədbirləri üzrə əməkdaşlıq şəbəkəsi və yerli xalqlarla tərəfdaşlıqlar - bunlar sadəcə proqramlar deyil, iqlim diplomatiyasının gələcəyidir", - deyə Patrisiya Skotland fikirlərini tamamlayıb. Son.az

Maşını necə qeydiyyatdan keçirməli? like
  • 25 Dek 08:05  
Digərləri Maşını necə qeydiyyatdan keçirməli?

Son.az xəbər verri ki, lent.az-ın "bir sual, bir cavab" rubrikasın

arrow Ətraflı
Doğma yurdumuzda yaşamaq şəraitini yaradan Prezidentimizə təşəkkür edirik  Cəbrayıl sakini like
  • 25 Dek 07:57  
Digərləri Doğma yurdumuzda yaşamaq şəraitini yaradan Prezidentimizə təşəkkür edirik Cəbrayıl sakini

Torpaqlarımızı işğaldan azad edən, doğma yurdumuzda yaşamaq şəraitini

arrow Ətraflı
Qurban təpəsinə çıxıb Cəbrayılımı seyr etmək istəyirəm  Cəbrayıl sakini like
  • 25 Dek 07:36  
Digərləri Qurban təpəsinə çıxıb Cəbrayılımı seyr etmək istəyirəm Cəbrayıl sakini

Cəbrayılı qarış-qarış gəzmək, Qurban təpəsinə çıxıb, doğma yurdu

arrow Ətraflı
Bu  5 problemi həll etmədən əsla evlənməyin  Cütlüklərə tövsiyə like
  • 25 Dek 07:28  
Digərləri Bu 5 problemi həll etmədən əsla evlənməyin Cütlüklərə tövsiyə

Evlənməzdən əvvəl cütlüklərin birlikdə həll etməli olduğu bəzi vaci

arrow Ətraflı
Türkiyədə qəribə təbiət hadisəsi like
  • 25 Dek 07:16  
Digərləri Türkiyədə qəribə təbiət hadisəsi

Türkiyənin Van bölgəsində şaxtalı soyuqda yaşamağa davam edən, yazın

arrow Ətraflı
Paşinyanda xəstəlik tapıldı like
  • 25 Dek 07:05  
Digərləri Paşinyanda xəstəlik tapıldı

Ermənistanın baş naziri Nikol Paşinyanda koronavirus aşkarlanıb.

arrow Ətraflı
Bayram günlərində necə qidalanmaq lazımdır? like
  • 25 Dek 07:01  
Digərləri Bayram günlərində necə qidalanmaq lazımdır?

Bayram günləri həm ləzzətli yeməklərin dadını çıxarmaq, həm də sağ

arrow Ətraflı
Cəbrayıla növbəti köç karvanı yola salınıb like
  • 25 Dek 06:53  
Digərləri Cəbrayıla növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilm

arrow Ətraflı
AzərbaycanGürcüstan sərhədində, "Qırmızı körpü"də SON VƏZİYYƏT like
  • 25 Dek 06:47  
Digərləri AzərbaycanGürcüstan sərhədində, "Qırmızı körpü"də SON VƏZİYYƏT

Azərbaycan-Gürcüstan sərhədində yerləşən "Qırmızı körpü"

arrow Ətraflı
İşləyənlərin DİQQƏTİNƏ: Düzgün oturmasanız ciddi problemlər yarana bilər like
  • 25 Dek 06:33  
Digərləri İşləyənlərin DİQQƏTİNƏ: Düzgün oturmasanız ciddi problemlər yarana bilər

Düzgün duruş bədənin balansını qorumaq və onurğanın düzgün işləm�

arrow Ətraflı
İnstaqramda inqilabi yenilik like
  • 25 Dek 06:19  
Digərləri İnstaqramda inqilabi yenilik

İnstaqram sosial şəbəkəsi istifadəçilər üçün daha bir funksiyanı ist

arrow Ətraflı
Qanda xolesterini kəlləçarx edir, təzyiq və insult yaradır:  Bildiyinizdən daha zərərli imiş like
  • 25 Dek 06:06  
Digərləri Qanda xolesterini kəlləçarx edir, təzyiq və insult yaradır: Bildiyinizdən daha zərərli imiş

Xolesterol səviyyəsinin normada saxlanması sağlamlığın qorunmasında vaci

arrow Ətraflı
Bu kişilərin ancaq qızı olur   Alimlərin ilginc araşdırması like
  • 25 Dek 05:05  
Digərləri Bu kişilərin ancaq qızı olur Alimlərin ilginc araşdırması

Adətən qız övladının doğulmasına görə qadınlara "irad" tutu

arrow Ətraflı