Qanda xolesterini kəlləçarx edir, təzyiq və insult yaradır: Bildiyinizdən daha zərərli imiş
Digərləri 25 Dek 2024 06:06:00 80 0
Xolesterol səviyyəsinin normada saxlanması sağlamlığın qorunmasında vacibdir, çünki yüksək səviyyədə pis xolesterol (LDL) bir çox xəstəliklərin yaranmasına səbəb ola bilər. Balanslı qidalanma və sağlam həyat tərzi riski azalda bilər.
Son.az e-saglam.az-a istinadən xəbər verir ki, xolesterol hüceyrələrin quruluşunda iştirak edir, hormonların, D vitamininin və öd turşusunun yaranması üçün vacibdir. Ancaq yüksək səviyyədə xolesterol damarlarda lövhə toplanmasına (ateroskleroz) və ürək-damar xəstəliklərinə səbəb ola bilər.
Yüksək xolesterolun nəticələri
Yüksək xolesterol hipertoniya, infarkt və insult kimi problemlərə yol açır. Simptomlar aşağıdakı kimidir:
- Sinə və ayaqlarda ağrı, qarışqa gəzmə hissi
- Göz ətrafında yağ yığıntıları
- Başgicəllənmə, yorğunluq, nəfəs darlığı
- Dərinin solğunlaşması
Xolesterolun yüksəlmə səbəbləri
Xolesterol qaraciyər tərəfindən istehsal olunsa da, heyvansal qidalar vasitəsilə də qəbul edilir. Əsas səbəblər:
- Hərəkətsiz həyat tərzi
- Piylənmə və artıq çəki
- Trans yağlarla zəngin qidalar
- Ailəvi xəstəliklər
- Şəkərli diabet, tiroid pozğunluğu, böyrək və qaraciyər xəstəlikləri
Xolesterol səviyyəsini artıran qidalar
Aşağıdakı qidaların həddindən artıq istifadəsi xolesterol səviyyəsini artırır, necə deyərlər kəllə-çarx edir:
- Qırmızı ət, yağlı süd məhsulları
- Mayonez, marqarin, yağda qızarmış yeməklər
- Hazır salat sousları, un məmulatları, şirniyyatlar
- Palma və hindistan qozu yağı
Nə etməli?
Xolesterol səviyyəsini normada saxlamaq üçün bu qidaların istehlakını məhdudlaşdırmalı, balanslı qidalanmalı və mütəmadi fiziki aktivliklə məşğul olmalısınız.
Adətən qız övladının doğulmasına görə qadınlara "irad" tutu
Türkiyəli aktyor və yutuber Mahsun Karaca şəxsi həyatı ilə yenidən gün
Stenford Universitetinin alimləri insan orqanizmində əvvəllər elmə məlum
Məşhur stilist və vizajist Anar Ağakişiyev paylaşımı ilə diqqət çəki
Sosial media hesabında maraqlı hadisələr paylaşması ilə tanınan Dr. Sudh
2006-2010-cu illər arasında ekranlarda yayımlanan "Yaprak Dökümü"
"Zəngəzur dəhlizi ilə bağlı Türkiyə Azərbaycanla müzakirələri d
Gələn ildən artacaq əməkhaqqı, pensiya və müavinətlərlə bağlı YENİ
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşları rəqəmsal platformalarda yay�
Yeni il hər mədəniyyətdə fərqli adət-ənənələrlə qarşılansa da, bə
Afaziya diaqnozu qoyulduğu üçün karyerasını bitirən aktyor Brüs Uillisi
Son.az 25 dekabr, 2024-cü il tarixi üçün ulduz falını təqdim edir: Q
Belarus - imkanlar ölkəsidir. Bu sözləri Belarus Prezidenti Aleksandr Lukaş
Rusiyalı aparıcı-aktrisa Tatyana Lazareva terrora açıq şəkildə bəraət
"Tələbə kartlarının tətbiqi tələbələrin yalnız təhsil prosesind