"Özünü təqsirli bilməsə də, 400 min manat ödəyib"
Digərləri 25 Dek 2024 17:22:00 54 0
"Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanasında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı təqsirli bilinən şəxslərin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Bu xəbəri də oxu: Maşını necə qeydiyyatdan keçirməli?
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hakim tərkibində dəyişiklik olduğu üçün məhkəmə istintaqı yenilənib.
Prokuror ittiham aktını elan edib.
Daha sonra Tağı İbrahimovun vəkili vəsatət verərək bildirib ki, müdafiə etdiyi şəxs özünü təqsirli bilmir. Buna baxmayaraq, o, ittiham olunduğu iş üzrə 400 min manat vergi borcunu ödəyib. O, eyni zamanda zərəçəkmişlərin və hüquqi varislərin bir qisminə maddi təzminat ödəyərək barışıq əldə edib. Vəkil, onun digərilərinə də yardım edə bilməsi üçün Tağı İbrahimovun haqqında seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənilməsini xahiş edib.
Toğrul Rzayevin vəkili də müdafiə etdiyi şəxslə bağlı qətimkan tədbirinin dəyişdirilməsini istəyib.
İclasda iştirak edən zərərçəkmiş şəxslərin hüquqi varisləri maddi köməklik göstərilərsə, həbs qətimkan tədbirinin dəyişdirilməsinə etiraz etməyəcəklərini bildiriblər.
Məhkəmə vəsatətləri təmin etməyib.
Aktauda qəzaya uğrayan "Embraer"in göyərtəsində Azərbaycan və
Azərbaycan məscidlərində Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin
Aktauda qəzaya uğrayan təyyarənin sərnişini qəzadan sonrakı ilk saniyə
Qazaxıstanda qəzaya uğrayan təyyarədən sağ çıxanlardan biri 90-cı ill�
Aktauda qəzaya uğrayan təyyarənin pilotları güclü mütəxəssisdir.
İran Bakı-Qroznı sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar
"Oğlum Qroznuya getmək üçün dünən Bakıya yollanıb. Bu gün səhər
Bakı-Qroznı marşrutu ilə hərəkət edən AZAL şirkətinə məxsus təyyar�
Xəbər verdiyimiz kimi, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən
Qəzaya düşən təyyarənin düşməzdən əvvəl görüntüləri yayılıb.
Aktau yaxınlığında baş verən "Azərbaycan Hava Yolları" (AZAL)
Dekabrın 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan
Dövlət Komissiyası Aktauda baş vermiş qəzanın səbəblərini qısa müdd�
AZAL-ın qəzaya uğrayan təyyarəsində olanlardan 10 nəfəri Balakən rayon
Sağ qalan ruslardan biri atasının dəfnindən qayıdırmış.