Bronxial astmanın pilləli müalicəsi
Digərləri 02 Fev 2023 04:03:00 284 0
Bronxial astmanın müalicəsi pilləli yanaşmaya əsaslanır. Bu yanaşmanın məqsədi daha az dərman vasitlərindən istifadə etməklə bronxial astmanın təzahürlərini azaltmaqdan ibarətdir. Astma zamanı dərmanların miqdarı və qəbul edilmə tezliyi xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilir. Xəstəliyin birici mərhələsində dərmanlar fiziki gərginlikdən əvvəl verilir. Xəstəyə həkim dozasını təyin etməklə teofillin verilir və allergenlə spesifik immunoterapioya aparılır. Sonralar xəstəyə inhalyasyon kortikosteroidlər təyin edilir. Bronxial astmanın təzahürləri aradan qalxmadıqda gündəlik olaraq xəstəyə iltihabəleyhinə dərman vasitələri təyin edilir. Bu zaman xəstələrə uzunmüddətli təsirə malik bronxodilatatorlardan istifadə edilir. Bu adətən gecə tutmaları baş verən xəstələrə təyin edilir. Xəstəliyin gedişi ağır olduqda xəstəliyə tam nəzarət etmək mümkün olmur. Bu zaman xəstələrə əvvəlki dərmanlarla yanaşı adrenomimetiklər təyin edilir. Bu zaman adrenomimetiklərlə yanaşı xəstəyə xolinoblakatorlar da təyin edilir. İnholyasiya xəstəliyin qısamüddətdə əlamətlərinin aradan qaldırılmasında çox yardımçı olur. İnholyasiya qısamüddətli təsirli adrenomimetiklər simptomları yüngülləşdirmək üçün lazımdır, amma sutka ərzində 3-4 dəfədən çox olmamalıdır. Bronxial astmanın müalicəsində aşağıdakı müalicə tədbirlrindən istifadə edilməlidir: * Xəstələrə allergenlə spesifik müalicə, yüngülləşdirici pəhriz terapiya, baroterapiya, iynərefleksoterapiya tətbiq edilir. * İnfeksiyadan asılı astmalı xəstələrdə infeksiya ocağının sanasiyası, mukolitik müalicə tətbiq edilir. * Autoimmun astmalı xəstələrə qlükokortikoidlərdən başqa sitostatik preparatlar təyin edilir. * Aspirin astmalı xəstələrə antileykotrein preparatlar təyin edilir. * Hormondan asılı astmalı xəstələrə klükokoprtikosteroidlərin təyini sxemlə təyin edilir. * Kəskin ifadə olunmuş xolinergik variantlı xəstələrə xolinoblakatorlar təyin edilir. * Bronxial astmalı xəstələrə xəstəliyin hər mərhələsində müalicə bədən tərbiyəsi effektli təsir göstərir.
Bu xəbəri də oxu: Qəzaya düşən təyyarə axırıncı dəfə nə vaxt yoxlanışdan keçib? AÇIQLAMA
Türkiyəli tanınmış aktrisa Neslihan Atagül və həyat yoldaşı aktyor Kad
Doğuş fizioloji proses olub dölün uşaqlıq boşluğundan xaric olunması de
Türkiyədə yaşayan Azərbaycan əsilli model Çağla Şıkelin vəkil Nail G�
Hamiləlik vaxtı qadınların endokrin sistemində bir sıra dəyişikliklər b
Dahi bəstəkarımız Asəf Zeynallı 23 il ömür sürməsinə baxmayaraq milli
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Milli Müdafiə Naziri Hulusi Akar "Qış təlimi - 2023" beynəlxalq
Gürcüstan hakimiyyəti hazırda Mixail Saakaşviliyə açıq şəkildə işgə
Yenidən namizədlik qarşısında heç bir maneə qalmır.
Ukrayna və Fransa arasında Ukrayna MG-200 hava hücumundan müdafiə sistemlə
Kiyev şərtlər irəli sürməsə, Moskva danışıqlara hazırdır.
Tehranda Azərbaycan səfirliyində baş verən cinayəti nə izah etmək, nə d
"Fobes" jurnalında Avropanın enerji təhlükəsizliyi ilə bağlı p
Ermənistan Prezidentinin əmri ilə Armen Gözəlyan Silahlı Qüvvələrin Əl