AzərbaycanMacarıstan əməkdaşlığı böyük dividendlər gətirəcək Sahil Kərimli
Siyasət 30 Yan 2023 21:11:00 244 0
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Macarıstana səfəri ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə səbəb olacaq. Bu səfərdən sonra ölkələrimiz arasındakı əməkdaşlıq yeni mərhələyə qədəm qoyacaq.
Bu xəbəri də oxu: Tokayev qəzasının araşdırılması ilə bağlı tapşırıq verdi
Son.az bildirir ki, bu fikri AZƏRTAC-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli söyləyib.
Macarıstanla əvvəllər də əlaqələrimizin yüksək səviyyədə olduğunu xatırladan S.Kərimli Macarıstanın son illər türk dünyasına inteqrasiyasından danışıb: "Məlum olduğu kimi, bu ölkə Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində təmsil olunur. Əlbəttə ki, bu amil də münasibətlərin gələcəyi üçün geniş perspektivlər açır. Macarıstan Avropa İttifaqının mühüm üzvlərindəndir. Azərbaycan son illər Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir, etibarlı tərəfdaş kimi önə çıxır. Avropanın əvəzedilməz enerji təminatçısı kimi Azərbaycan-Macarıstan hərtərəfli əlaqələrinin böyük gələcəyi var. Burada, ilk növbədə, hər iki ölkə arasında ali səviyyədə dialoqun olmasını vurğulamaq lazımdır", - deyə siyasi şərhçi diqqətə çatdırıb.
Siyasi təmaslarla yanaşı, iqtisadi sferada da münasibətlərin yüksələn xətlə inkişaf etdiyini qeyd edən S.Kərimli bildirib ki, həm Macarıstan, həm də Azərbaycanın geniş iqtisadi potensialı var. Strateji tərəfdaşlıq haqqında imzalanmış Birgə Bəyannamə, digər qarşılıqlı sənədlər Azərbaycanla Macarıstan arasında idxal-ixrac əməliyyatlarının artacağına səbəb olacaq. Macarıstan şirkətləri ölkəmizin kənd təsərrüfatı, nəqliyyat və digər sektorlarına böyük həcmdə sərmayələr qoyub. Azərbaycan şirkətləri də Macarıstana investisiya yatırıb.
"Əminliklə demək olar ki, bu səfərdən sonra hər iki ölkəni təmsil edən şirkətlər qarşılıqlı sərmayə yatırımlarını daha da artıracaqlar. Enerji layihələrinə gəldikdə isə, bu sahədə də ciddi irəliləyişlər var. Macarıstan "Cənub Qaz Dəhlizi" layihəsinə önəm verir və dəstəkləyir. Yaşıl enerji layihələrinin reallaşdırılmasında Macarıstan-Azərbaycan əməkdaşlığını xüsusilə vurğulamaq lazımdır. Bu gün Cənubi Qafqazın lideri olan Azərbaycan öz resursları və nəhəng layihələri ilə dünyaya sürətlə inteqrasiya edir. Prezident İlham Əliyevin qətiyyətli və düşünülmüş siyasəti ilə Azərbaycan-Macarıstan əməkdaşlığı bu baxımdan böyük dividendlər gətirəcək.
İran təbliğatçılarının tez-tez hədə-qorxu gəlmək üçün söylədiyi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana rəsmi s�
Ukrayna Rusiya və Belarusdan olan 185 hüquqi və fiziki şəxsə, həmçinin �
Bu gün macar şirkətlərinin azad edilmiş Qarabağ və Zəngəzur torpaqları
Bu gün 200 Azərbaycan gənci Macarıstan hökumətinin dəstəyi ilə alınmı
Rio Ferdinand Kremldə Vladimir Putinlə görüşərkən çay qaşığı oğurla
Bizim əməkdaşlığımızın böyük hissəsi enerji məsələlərinə həsr o
"Similarweb" tərəfindən dünyanın ən çox ziyarət edilən intern
Yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əl
Paytaxtın Nəsimi rayonu ərazisində yaşayan 29 yaşlı İslam Rəhimli 2022-
"Kişilər gözəl, ağıllı, güclü, fədakar qadınları dəyərləndir
İsrailli politoloq Yakov Kedmi rusiyalı teleaparıcı Vladimir Solovyovla tok-
Azərbaycanın İrandakı səfirliyinin əməkdaşı Vasif Tağıyev Atilla kimi
Son.az AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 30-da Budapeştdə Azərba
Əməliyyatçılar Moskva yaxınlığında Balaşixa sakinini qarət etməkdə �