"Ədalət buna görə əsəbiləşir, dayanmadan danışır"
Şou-biznes 30 Yan 2023 19:29:00 357 0
"Kişilər gözəl, ağıllı, güclü, fədakar qadınları dəyərləndirmirlər. Fədakar qadının onsuz da adı üstündədir. O yükü çiynində daşıyır. Kişi də məmnun olur ki, bu elə belə də olmalıdır. Qoy daşısın. Onları elə alışdırdıq. Özümdən danışmıram. Şükür Allaha ki, biz həyat yoldaşımla münasibəti balanslaşdırmışıq. Kişilər alışıb ki, qadın yükü daşımalıdır. Niyə? Olmaz! Tənzimlə! Qadın qocalır, yorulur. Qoy cavan, gözəl qalsın da hazır! Qadın yaradandır, sona qədər qırışları ilə gözəl qalmalıdır!"
Bu xəbəri də oxu: "Evimdə qalıb, yeməyimi yeyən, paltarımı geyinən..."
Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözlıri aktrisa Zemfira Əbdülsəmədova "Düzünə qalsa" verilişində qonaq olarkən deyib.
O, müsahibəsi əsnasında həyat yoldaşı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Ədalət Əbdülsəmədovla münasibətlərindən söz açıb:
"Həyat yoldaşım Ədalət bəylə yaxşı yola gedirik. Birimiz od olanda, digərimiz su oluruq. Hirslənəndə mən su tökürəm üstünə. Mən daha çox keçən tərəfəm. Çünki onun da fədakarlıqları var. Düzgün, təmiz insandır. Əyilməyən, şax, dağ adamıdır. Ona güzəştə gedirəm, sözün əsl mənasında kişi adamdır. Aramızda qısqanclıq yoxdur, onlar gənclik dönəmindən keçib gedib. Bir dənə yeməyi gecikəndə əsəbiləşir, dayanmadan danışır. Mən də nəsə deyəndə mübahisə yaranır".
Zemfira dünyasını dəyişən valideynləri haqda bu fikirləri səsləndirib:
"Hər iki valideynimi itirmişəm. O yaşda deyirdim ki, erkən idi. Anamın bir yaylığı var idi, həmişə başında. Çarəsiz olanda onlar üçün darıxıram. Bir şeyin öhdəsindən gələ bilməyəndə, cəhd edib bir işi edib amma alınmayanda çox darıxıram. Onu görsəydim, qucaqlayardım. Hər yaşda valideynə ehtiyac var. Onu yuxuda görəndə sevinirəm. Deyirəm, qızlar mən yuxuda anamı gördüm. Onun uzun, qalın hörükləri var idi, həmişə də deyirdi ki, bunu bir az qısaldaq. Ən son belə yadımda qalıb".
İsrailli politoloq Yakov Kedmi rusiyalı teleaparıcı Vladimir Solovyovla tok-
Azərbaycanın İrandakı səfirliyinin əməkdaşı Vasif Tağıyev Atilla kimi
Son.az AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 30-da Budapeştdə Azərba
Əməliyyatçılar Moskva yaxınlığında Balaşixa sakinini qarət etməkdə �
Xalq artisti Röya Ayxanın anşlaqla başa vurduğu üçgünlük konsert proqra
General-mayor Səhlab Bağırov Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Poli
"Mən sizin heç kinonuzda da çəkilmək istəmirəm" Son.az "
Azərbaycanda məscidlərə ibadətlər üçün qadınlar da gəlir, böyük mə
Qarabağda yaşayan dinc erməni əhalisi anlamalıdır ki, regiona göndərilə
Pişik Leopold obrazının yaradıcısı, multiplikator rəssam Vyaçeslav Nazar
İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycan Respublikasının Tehr
Müğənni Sevda Yahyayeva ana olduqdan sonra ilk dəfə efirə çıxıb.
Yanvar ayının 26-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Fi