Ruben Vardanyana Qarabağda sülh lazım deyil Almaniya qəzeti
Siyasət 30 Yan 2023 17:40:00 1998 0
Qarabağda yaşayan dinc erməni əhalisi anlamalıdır ki, regiona göndərilən Ruben Vardanyana bu torpaqda sülh lazım deyil.
Bu xəbəri də oxu: Ərdoğan İlham Əliyevə başsağlığı ünvanlayıb
Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Politico" alman qəzetindəki məqalədə deyilir.
Məqalənin müəllifinin də qeyd etdiyi kimi, vaxtikən Rusiyaya qaçmış erməni əsilli milyarderin məhz bu vaxt gəlişi maraq doğurur.
Məqalənin müəllifinin sözlərinə görə, özünün Rusiya vətəndaşlığından imtina edən milyarder oliqarx təbiətcə opportunist olduğundan, gəlir əldə etmək imkanı görüb: fəaliyyətsiz qalan iki qızıl mədəni onun gəlişindən cəmi bir neçə həftə sonra yenidən fəaliyyətə başlayıb.
"O, məhz Azərbaycanın regionun erməni əhalisi ilə danışıqlara başlamağa hazır olduğu vaxtda gəldi. Halbuki, bu əhali rəsmi Bakıya öz müqəddəratını Azərbaycan daxilində qorunan azlıq qismində gördüyünə dair siqnallar göndərirdi", - məqalədə deyilir.
Məqalədə əsas narahatlıq doğuran məsələnin Vardanyanın Qarabağın erməni icmasının ictimai fikrini sülhə qarşı yönətmək üçün öz imkanlarından istifadə edəcəyi və bunun region üçün, ilk növbədə isə İrəvanın maraqları üçün faciəvi nəticələnəcəyi olduğu deyilir.
"Burada təhlükə ondan ibarətdir ki, bütün bunlar digər qərəzli subyektlərdə atəşkəs və sülhün dəstəklənməsi haqqında Rusiya razılaşmasının şərtlərinin heç bir dəyərinin olmadığına dair fikir formalaşdıra bilər ki, bu da əsgərlərin, hərbi podratçıların və yeni yerüstü minaların da Azərbaycanın qanuni sərhədlərindən sərbəst şəkildə hərəkət etmək riskini artıra bilər", - qəzet yazır.
Xatırladaq ki, Qarabağda rus sülhməramlılarının müvəqqəti yerləşdiyi zonada Azərbaycanın qeyri-hökumət təşkilatlarının etiraz aksiyası artıq əllinci gündür davam edir.
Qeyd edək ki, 2022-ci il 3 və 7 dekabr tarixlərində rus sülhməramlı kontingentinin komandanlığı ilə keçirilən danışıqların nəticələrinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti və "AzerGold" QSC-nin mütəxəssislərindən ibarət qrup dekabrın 10-da müvəqqəti olaraq rus sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın ilkin monitorinqinə başlamağa hazırlaşırdı. Faydalı qazıntı yataqlarının, xüsusən də Qızılbulaq qızıl filizi yatağının və Dəmirli mis-molibden yatağının təftişi, müxtəlif istiqamətlərdə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühit, yeraltı və səth suları üçün potensial zərərin və üçün risklərin qiymətləndirilməsi planlaşdırılırdı. Lakin qrup rus sülhməramlılarının müşayiəti ilə monitorinqin keçiriləcəyi əraziyə gəldikdə hər iki istiqamətdə təxribatlarla qarşılaşdı.
Pişik Leopold obrazının yaradıcısı, multiplikator rəssam Vyaçeslav Nazar
İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycan Respublikasının Tehr
Müğənni Sevda Yahyayeva ana olduqdan sonra ilk dəfə efirə çıxıb.
Yanvar ayının 26-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Fi
Azərbaycanın ölkə xaricində istənilən diplomatik korpusu Azərbaycan əra
Yeni mövsümdən Mədəniyyət TV "Köhnə televizor" adlı yeni layi
Mədəniyyət TV-nin uğurlu layihələrindən biri də "Yaşananlar"d
Rusiyada, Ufada Tsyurupa və Dostoyevski küçələrinin kəsişməsində iki av
Yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əl
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında profes
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Rusiya "Xəzər beşliyi"nin parlament nümayəndələrinin iştirakı
Türkiyəli aktrisa Elçin Afacan yeni görünüşü ilə hər kəsi təəccübl
Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tər
Azərbaycandakı dini konfessiyaların rəhbərləri şəhid Orxan Əsgərovun y