Səfirliyimizə terror hücumunu O SİFARİŞ EDİB


Siyasət 30 Yan 2023 12:02:00 269 0

Səfirliyimizə terror hücumunu O SİFARİŞ EDİB

Tarixən Azərbaycanın başına bəla olan İran, yenə də öz ampluasındadır. Azərbaycan İranın tarix boyu bizə qarşı olan yanaşmasını hər zaman açıq şəkildə dilə gətirməsə də, həmişə bundan xəbərdar olub. Çünki Azərbaycanın parçalanmaya, ərazi itkisinə, uzun illər ərazilərinin işğalda qalmasına baiskarlardan biri də məhz İran molla-fars rejimi olub. Parçalanan Azərbaycanı zəiflətmək planlarını isə həmişə başlarının altında saxladılar. 

Son günlər regionun geosiyasi sferasında yaşananlar bir çox mətləblərə yenidən aydınlıq gətirmək adına olduqca önəmli dövr oldu. Son hadisələr göstərdi ki, Tehran üçün sözdən terrora keçmək müşkül deyil.  

İran molla-fars rejiminin düşmən davranışı artıq özünü bütün varlığı ilə büruzə verməyə başlayıb. Tehranda səfirlik binamıza edilən terror hücumu da bir daha deməyə əsas verdi ki, i(r)lan yalnız dərisini dəyişir, xasiyyətini yox. Son günlər Bakı ilə barışıq abu-havası yaratmağa çalışan molla rejiminin əsl niyyəti sən demə bu deyilmiş.

Rejim sadəcə, cildini dəyişərək Azərbaycana qarşı növbəti xain planlar barədə düşünürmüş. Azərbaycanı sancmaq üçün fürsət axtaran İran bu səbəbdən zəmin hazırlamaq üçün özünü istər Azərbaycan, istərsə də İran ictimaiyyətinə "dostluq" təəssüratı yaradaraq müxtəlif diplomatik kanallarla hər kəsi səmimiyyətsizliyinə inandırmağa çalışırdı. Amma yenə əsl xislətini gizlədə bilmədi. 

Aqressiv bəyanat və davranışlar, Araz vadisi boyunca Azərbaycanla sərhəddə ard-arda heç zaman olmadığı şəkildə hərbi təlimlərin təşkili, telekanallarının Azərbaycanı hədəf alması, Xankəndiyə terrorçu göndərmələri, Ermənistanı raket və kamikadze dronlarla təchiz etməsi Bakının gözünü qorxutmaq üçün kifayət etməyincə, molla rejimi Bakıya qarşı terror əməlini işə saldı. 

Buna kimi "Qüdsə gedən yol Bakıdan keçir" adı altında Azərbaycana qarşı təhdid xarakterli videoroliklərlə diqqət mərkəzinə düşən Tehran səfirlik binamıza təşkil etdiyi terror hücumu ilə nümayiş etdirdi ki, istənilən çirkaba girməyə hazırdır. Axı molla rejiminin əli günahsız insanların, diplomatların qanına bulaşmağa artıq vərdiş edib, onun üçün bu cür məkirli oyunlar düşünmək üçün zaman almaz. 

Artıq bütün dünyaya bəllidir ki, səfirliklərə hücum İran molla-fars rejiminin xarici ölkələrə təzyiq və etiraz metodudur. Nəzər salsaq görmüş olarıq ki, bundan öncə də müxtəlif ölkələrin diplomatik korpusları terror hücumlarına məruz qalıb.

İran hər şeyi düşünmüşdü, necə ki, bu teraktı Cənubi azərbaycanlının əli ilə törədərək cinayət əməlinə "ailə-məişət" donu geyindirməyə qədər. Başda anti-Azərbaycan verlişləri ilə son 2 ildə mütəmadi olaraq tamaşaçıların qarşısına çıxan "Səhər" olmaqla, digər İran telekanallarının da növbə ilə terrorçudan müsahibə alması hadisəni terror aspektindən çıxarıb, onun adi bir olay kimi ictimaiyyətə təqdim edilməsi üçün öncədən hazırlanmış ssenarinin tərkib hissəsidir. 

Tehranda səfirliyimizin mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyev riskə getməsəydi kadrlardan da aydın görünür ki, avtomatla səfirlik binasında qarşısına çıxacaq uşaqdan-böyüyə hər kəsi qətlə yetirmək tapşırığı qoyulduğu aydın sezilən, rejimin qanadları altında cinayətkar əməli ilə qürrələnən terrorçuya jurnalistlərin ona sanki bir qatı cinayətkar yox, "qəhrəman"mış kimi çox rahatlıqla önündə dayanıb, suallar ünvanlaması mənzərəsi bu teraktın sifarişçisinin kim olduğunu, tapşırığın haradan gəldiyini, terrorun kimdən qaynaqlandığını düşünməyə kifayət edir. Bütün bu detallar molla-fars rejiminin istintaqı "məişət hadisəsi" iddiası üzərində fokuslamağa çalışacağına növbəti işarədir. 

Aydındır ki, molla rejiminin bu üzdəniraq addımı Bakı ilə Tehran arasında hələ uzun müddət suların durulmasına imkan verməyəcək. Biz bunu rəsmi Bakının teraktdan sonra verdiyi qərardan da aydın sezə bilərik. Belə ki, ötən axşam Heydər Əliyev Hava Limanında jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib açıq şəkildə bəyan etdi ki, Azərbaycan səfirliyinin təhlükəsizliyinin təmin olunması ilə bağlı İran tərəfinə etimadımız yoxdur.

Xarici işlər nazirinin müavini eyni zamanda onu da bildirib ki, "Biz səfirliyin diplomatik fəaliyyətini tamamilə dayandırmışıq. Orada 5 nəfər səfirliyin inzibati binasının, səfirlik əmlakının qorunması ilə bağlı səfirlikdə qalacaq, amma onlar diplomatik fəaliyyət göstərməyəcəklər". Xələf Xələfovun açıqlamalarından məlum olur ki, səfirliyimizə qarşı hücumun "məişət hadisəsi" yox, terror aktı olduğuna dair rəsmi Bakıda çox vacib məlumatlar var və Azərbaycan tərəfi istisna etmir ki, molla rejimi bundan sonra da diplomatlarımıza qarşı İranda növbəti terakt planları qurub. Elə bu xain plana ilk rəsmi qiyməti Prezident İlham Əliyev verdi. Hadisədən dərhal sonra öz rəsmi Tvitter hesabından bunun terror əməli olduğunu bəyan etməsi ilə rəsmi Tehranın "məişət hadisəsi" və digər iddialarının Azərbaycan tərəfindən qəbul edilməyəcəyinə dair artıq ilk siqnalı verdi. 

İllər dəyişsə də İranın terrorçuluq siyasəti dəyişməyib. Tehranda Azərbaycan səfriliyində terakt onsuz da gərgin vəziyyətdə olan iki ölkə arasındakı diplomatik münasibətləri qırılma nöqtəsinə gətirdi. Səfirliklər Vyana Konvensiyasını qəbul edən dövlətlər tərəfindən mühafizə olunmalıdır. Lakin molla rejimi bütün beynəlxalq hüquq prinsiplərinin kobud şəkildə pozulması bahasına Azərbaycanı gözüqırpıq edə biləcəyini düşündü.

Bu azmış kimi hadisədən düz bir gün sonra İran prezidenti İbrahim Rəisinin İlham Əliyevə telefonla zəng edərək başsağlığından başqa heç bir şey deməməsi diqqətdən qaçmadı. Ən azı səfirlik binasını lazımı səviyyədə mühafizə edə bilmədikləri, diplomatların təhlükəsizliyini təmin ed bilmədikləri üçün görüntü xatirinə də olsa İran prezidentindən üzrxahlıq gözləmək olardı, amma bu baş vermədi. Demək ki, molla rejimi əməlindən zərrə qədər də peşman deyil və Bakıya açıq şəkildə bildirmi olur ki, bəli, bu teraktın sifarişçisi məhz özümüzük. 

Azərbaycan Prezidentinin isə Rəisidən terror aktının şəffaf araşdırılması tələbini istəməsi isə molla rejiminə "biz hər şeyi bilirik, bu işin arxasında sizin dayandığınızdan da xəbərdarıq" mesajı verdi. Əliyevin İran liderindən bu tələbi eyni zamanda o deməkdir ki, sizin şəffalığınıza, obyektivliyinizə artıq zərrə qədər olsun inamımız, güvənimiz qalmayıb. 

Təhməz Əsədov Son.az

Elnarə Abdullayeva: “Məndən müəllim olmaz” like
  • 30 Yan 11:55  
Şou-biznes Elnarə Abdullayeva: “Məndən müəllim olmaz”

"Məndən müəllim olmaz, çünki ona boş zaman lazımdır, uşaqlarla m�

arrow Ətraflı
Led işıqlar qadağan edilib? like
  • 30 Yan 11:44  
Digərləri Led işıqlar qadağan edilib?

Son günlər sosial şəbəkələrdə və insanlar arasında led işıqların qa

arrow Ətraflı
Bu terror İranın antiAzərbaycanın siyasətinin növbəti təzahürüdür like
  • 30 Yan 11:39  
Siyasət Bu terror İranın antiAzərbaycanın siyasətinin növbəti təzahürüdür

İranda Azərbaycanın səfirliyinə edilən silahlı basqın heç şübhəsiz �

arrow Ətraflı
“Səfirliyə edilən hücum Xameneinin razılığı ilə baş verib...” like
  • 30 Yan 11:33  
Digərləri “Səfirliyə edilən hücum Xameneinin razılığı ilə baş verib...”

"İran adalanan dövlət, fars rejimi Azərbayacana qarşı düşməndir v�

arrow Ətraflı
Arvadının boşanma istəyini qəbul etmədi, like
  • 30 Yan 11:22  
Digərləri Arvadının boşanma istəyini qəbul etmədi,

İstanbulda boşanma prosesində olan kişi arvadını öldürüb.

arrow Ətraflı
Nigeriyalı gənc "Laçın" mahnısını oxudu, hər kəsi TƏƏCCÜBLƏNDİRDİ like
  • 30 Yan 11:11  
Şou-biznes Nigeriyalı gənc "Laçın" mahnısını oxudu, hər kəsi TƏƏCCÜBLƏNDİRDİ

Nigeriya vətəndaşı Cozef Uvezele Okpamen "Səs Azərbaycan: Doğma nə�

arrow Ətraflı
İstanbuldan gələn rusiyalı qadın mədəsində yarım kiloqram kokain daşıyıb like
  • 30 Yan 11:00  
Digərləri İstanbuldan gələn rusiyalı qadın mədəsində yarım kiloqram kokain daşıyıb

Moskvanın Vnukovo hava limanında mədəsində yarım kiloqrama yaxın kokain o

arrow Ətraflı
Əmrahın oğlu nişanında "Yaşa Azərbaycan" mahnısı sədaları altında RƏQS ETDİ like
  • 30 Yan 10:49  
Şou-biznes Əmrahın oğlu nişanında "Yaşa Azərbaycan" mahnısı sədaları altında RƏQS ETDİ

Türkiyənin məşhur ulduzu Əmrah İpekin uzun illərdir görüşmədiyi oğlu

arrow Ətraflı
"Breyn Rinq" yarışmasında gözlənilməz nəticə  "BDU" "Qarabağ"a yenildi like
  • 30 Yan 10:46  
Digərləri "Breyn Rinq" yarışmasında gözlənilməz nəticə "BDU" "Qarabağ"a yenildi

Yanvar ayının 29-da İctimai Televiziyanın efirində Azərbaycanın ən böy

arrow Ətraflı
İrana endirilən zərbələrin məqsədi budur like
  • 30 Yan 10:38  
Digərləri İrana endirilən zərbələrin məqsədi budur

İrana zərbələr Tehranı Rusiya ilə əməkdaşlıqdan imtinaya məcbur etmə

arrow Ətraflı
“2530 çörək alıram, mənim qədər çörək yeyən görsəniz, qorxarsınız...” like
  • 30 Yan 10:32  
Şou-biznes “2530 çörək alıram, mənim qədər çörək yeyən görsəniz, qorxarsınız...”

"Həyatda başımıza gələn hadisələr insanları tanımaq üçündür.

arrow Ətraflı
Bu, Bakının qələbəsinə İranın isteriyasıdır like
  • 30 Yan 10:24  
Dünya Bu, Bakının qələbəsinə İranın isteriyasıdır

Tehran rejiminin beynəlxalq hüquqa zidd olan son hərəkətləri onun Cənubi

arrow Ətraflı
Ermənistanda hərbçi özünü güllələdi like
  • 30 Yan 10:19  
Digərləri Ermənistanda hərbçi özünü güllələdi

Ermənistanda hərbi hissələrin birində hərbçi özünü güllələyib.

arrow Ətraflı
Qəbələdə meşədə tapılan insan skeleti ilə bağlı like
  • 30 Yan 10:14  
Digərləri Qəbələdə meşədə tapılan insan skeleti ilə bağlı

Ötən gün Qəbələdə meşədə tapılan insan skeleti ilə bağlı bəzi tə

arrow Ətraflı